"Arsenal"ın yarımmüdafiəçisi Deklan Rays Çempionlar Liqasının tarixinə düşüb.
Oxu.Az xəbər verir ki, ingilis futbolçu turnirin pley-offunda bir oyunda cərimə zərbəsindən "Real Madrid"ə iki qol vuran ilk oyunçu olub.
O, 1/4 finalda standart vəziyyətdən sonra "Real Madrid"in qapısından iki top keçirib. Deklana kimi Çempionlar Liqasında 4 futbolçu bir matçda iki dəfə cərimə zərbəsindən fərqlənib. Əvvəllər "Barselona"da Rivaldo ("Milan", 2000), "Real Madrid"də Kriştianu Ronaldu ("Sürix", 2009), PSJ-də Neymar ("Srvena Zvezda", 2018) və "Qalatasaray"da Hakim Ziyeş ("Mançester Yunayted", 2023) bu uğura imza atıblar.
Qeyd edək, "Arsenal" 1/4 finalın ilk matçında öz meydanında "Real Madrid"in qapısından 3 cavabsız top keçirib.