"Qalatasaray" "Fənərbağça"ya görə bu oyunu qurban verdi"
"Bir azarkeş kimi deyə bilərəm ki, "Qalatasaray" "AZ Alkmaar"la oyuna tam köklənməmişdi".

Bu sözləri Offsideplus.az saytına açıqlamasında UEFA nümayəndəsi Orxan Hüseynzadə deyib.

O, ötən həftə Avropa Liqasının pley-off mərhələsində "Qalatasaray"ın Hollandiyanın "AZ Alkmaar"la cavab matçında iş başında olub.

Həmyerlimizin sözlərinə görə, qarşılaşma yüksək səviyyədə təşkil edilib: "UEFA nümayəndəsi kimi ətraflı açıqlama vermək hüququm yoxdur. Bu mənim müqaviləmdə də yazılıb. Sadəcə, təhlükəsizlik və təşkilati işlərə cavabdeh şəxs kimi onu qeyd edərdim ki, oyunda heç bir neqativ hal yaşanmadı. Güclü qar da təşkilati məsələlərə əngəl törətmədi. Stadionun ot örtüyünün qızdırıcı sistemi olduğuna görə, qar tamamilə ərimişdi. Görüşə azarkeş marağı da böyük idi. Oyuna 37 min azarkeş gəlmişdi".

Orxan Hüseynzadə "Qalatasaray"ın qələbə qazana bilməməsi barədə də fikirlərini görüşüb: "Məncə, "Qalatasaray" 4 gün sonra "Fənərbağça" ilə derbini nəzərə alıb, "AZ Alkmaar"la matçı qurban verdi. Onsuz da Hollandiya səfərindən böyükhesablı məğlubiyyətlə dönmüşdülər. Növbəti mərhələyə çıxmaq şansı az idi. "Fənər"lə oyundan öncə əbəs yerə çox güc itirmək istəmədilər".

Qeyd edək ki, "Qalatasaray" - "Fənərbağça" derbisi bu gün Bakı vaxtilə saat 21-də start götürəcək.
 
 
 

Bölmənin digər xəbərləri

26 Fevral 2025 Nurlana Məmmədzadə vəzifəsindən azad edildi
26 Fevral 2025 İspaniya Kuboku: "Barselona" - "Atletiko" matçında 8 qol vuruldu
25 Fevral 2025 Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçirildi VİDEO
24 Fevral 2025 Azərbaycanlı UFC döyüşçüsü həmyerlisi üçün polyak rəqibindən "qisas almaq" istəyir VİDEO
24 Fevral 2025 Türkiyə millisinin futbolçusu "Barselona"nın hədəfində
23 Fevral 2025 Mayk Tayson parkinson xəstəliyinə tutulub?
22 Fevral 2025 Bəzi futbol matçları təxirə salındı
20 Fevral 2025 İlk 25 oyununda komandası ən çox xal toplayan 10 məşqçi — Premyer Liqada
19 Fevral 2025 Arda Gülərdən ŞOK AYRILIQ QƏRARI
19 Fevral 2025 Türkiyədə idmançıları daşıyan avtobus aşdı: Ölənlər və yaralananlar var - VİDEO
17 Fevral 2025 Əfsanəvi ser Aleks Ferqyuson bir oyun üçün məşqçilik karyerasını bərpa edəcək
17 Fevral 2025 “Qarabağ" səfərdə "Neftçi"ni məğlub etdi
16 Fevral 2025 "Real Madrid" üçün şok xal itkisi - VİDEO
16 Fevral 2025 Rauf Məmmədov və Günay Məmmədzadə şahmat üzrə Azərbaycan çempionu oldular
16 Fevral 2025 Şəhriyar Məmmədyarov: "Mən bu çempionatda özümü qalib sayıram"
15 Fevral 2025 Azərbaycan çempionatında Rusiya bayrağı ilə yarışdı – QALMAQAL
14 Fevral 2025 Messini rinqə çağırdılar
13 Fevral 2025 Tanınmış futbolçunun evinə girib onu və arvadını silahla... — FOTOLAR
13 Fevral 2025 UEFA bu klublarımıza maliyyə ayırdı
12 Fevral 2025 Kadidən meydana girən kimi mükəmməl assist və qol - VİDEO

Dünyapress TV

Xəbər lenti