AFFA Altay Həsənova qarşı! Fərid Qayıbova işləməyə imkan vermirlər
DogruXeber.az: - Azərbaycan futbol federasiyaları assosiasiyası öz uğursuqluğunu gizlətmək və yaratdığı gərginliyin səmtini dəyişmək üçün, özünə yaxın KİV vasitəsi ilə həmləyə keçib. Hərəkatın başında “Etopaz”dan və AFFA-dan maliyyələşən bəzi idman saytları dayanır. Məlumdur ki, Fernandu Santuşun komandasının Millətlər liqasında rüsvayçılığı, “Boz ev”in inkişaf strategiyası layihəsi və icraçı vitse-prezident Sərxan Məmmədovun çevrəsində olan media qurumlarına dövlətdən pul ayırması böyük əks-səda doğurub. Rövşən Nəcəfi çətin durumda qoyan keçmiş şahmatçı, çıxış yolunu futbol meydanında hiyləgər gedişlər etməkdə görüb.

Hər dəfə çətinə düşəndə, öz mirzələri vasitəsi ilə Elxan Məmmədov “sazını dıqqıldadan” Sərxan Məmmədov, bu dəfə öz aləmində bir güllə ilə iki rəqibini vurmağa qərara gəlib – guya FİFA rəsmisi yaxın müddətdə Fərid Qayıbov yerinə nazir gəlmək istəyir (mənbə: sports.az) – hesablamayıb ki, bunu etməklə ölkə başçısı İlham Əliyevə yaxınlığı ilə bilinən AFFA icraiyyə komitəsinin üzvü Elşad Nəsirova, eləcə də Azərbaycan gimnastika federasiyanın (AGF) birinci vitse-prezidenti Altay Həsənovun bostanına daş atmış olub. Zatən son dönəmdə – “Misli” ilə əməkdaşlıqdan sonra – AFFA və PFL şübhəli işlərlə məşğuldurlar: Avropada siyasi təxribatçılara bağlı jurnalistləri və bloqçuları başqa ölkələrdən Azərbaycan hökümətinə təzyiq göstərən qüvvələrə xidmət edənlərlə əlaqəliləri, feministləri və LGBT tərəfdarı olan media mənsublarını qeydiyyata alıb, onların beynəlxalq çıxışını təmin edirlər. Bu xəbərlə isə, onlara göstərmək istəyirlər ki, guya hakimiyyət daxilində çatlar əmələ gəlib, mühüm kürsülər uğrunda amansız mübarizə gedir.

Gənclər və idman naziri hələ AGF-də uğurlu fəaliyyəti ilə tanınırdı. Ötən il olimpiya millimiz Paris-2024-də 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanmaqla, 206 ölkə arasında ilk dəfə 30-cu yerdə qərarlaşıb; olimpiya idman növlərində idmançılarımız dünya çempionatlarında 5 kərə fəxri kürsünün ən yüksək pilləsinə çıxmaqla tarixi zəfərə yiyələndiblər. Fərid Qayıbov özünü Avropa Gimnastikasının prezidenti olaraq da doğruldub. Sovetlərdən fərqli, bu idman növü müstəqillikdə birinci xanım Mehriban Əliyevanın federasiya prezidenti olması ilə xeyli inkişaf edib və bir çox yüksək nəticələrə nail olunub.

Paris oyunlarında bədii gimnastika üzrə qrup hərəkətləri yığmamızın final mərhələsinə adlaması, yekunda 5-ci yer tutması dünya ustadları tərəfindən yüksək qiymətləndirilib. Milli gimnastika arenası və bu idman qurğusuna daxil məşq binaları cahanda say-seçmələrdəndir. Altay Həsənov çox alicənab, sözübütöv, mətbuata açıq və səmimidir (gözəl insanın bu gün doğum günüdür). Onun yetişdirdiyi kadrlar beynəlxalq vəzifələrini layiqincə yerinə yetirirlər. Fərid Qayıbov təzə nazir olanda, silsilə görüşlər keçirirdi. Onların sırasında AFFA da vardı. Amma qarşı tərəfdən indiyədək heç bir rəhbər şəxsin GİN-in binasında fotosunu belə görməmişik. Bu azmış kimi, nazirliyin özünün nümayəndəsinə icraiyyə komitəsində təmsil olunmasına imkan vermədilər. Niyə? Qorxdular ki, 1-səhifəlik inkişaf strategiyası layihəsi yazan Fərid Qayıbov öz sahəsində yiyələndiyi zəfərə futbolda da nail olar. Bu üzdən gərginlik yaradaraq, onun fikrini ayrı səmtə yönləndirməyə çalışırlar. “Boz evdə” indi əyləşənlərə xatırladaq ki, Azərbaycan prezidenti Fərid Qayıbovu nazir təyin edərkən, ona verdiyi tapşırıq idmanda legionçuluğu azaltmaq, əsas diqqəti yerlilərə yönəltmək olub. AFFA futbolda legionçu həddini tamam ləğv edərkən, GİN-in rəsmi mövqeyini nəzərə almayaraq, dolayısı ilə İlham Əliyevin siyasətinə qarşı çıxıb.

“AFFA Sərxan”a yaxınlığı ilə bilinən teleaparıcı İlkin Xəlilov öz reportajında (sportinfo.az) ötən ilin yekununa qiymət verərkən, dövlətə şəxsi kinayəsini gizlətməyib və dolayısı ilə GİN-i hər il uğurları şişitrməkdə günahlandırıb. Sitat: “İl, ümumən, Azərbaycan idmanı üçün necə keçdi sualına cavab axtaraq. Ənənəvi olaraq, hər il verilən bu suala əsas cavabdeh qurum – gənclər və idman nazirliyinin də ənənəvi cavabı var. Nazirlik yarandığı 1994-cü ildən bu yana həmişə ilə bu şəkildə yekun vurur: İl Azərbaycan uğuru üçün uğurlu keçmişdir. “Uğurlu il” ifadəsi 2024-ün yekununda daha gurultulu səslənib. Çünki 2024-də ölkə idmanı tarixində bir il ərzində beynəlxalq yarışlarda rekord sayda – 1718 medal qazanılıb…”

Birincisi, deyilən, həqiqəti əks etdirmir. 1998-1999-2000-ci illərdə beynəlxalq yarışlarda mükafat göstəricisi öncəkinə nisbətdə aşağı olub və bu, GİN-in açıqlamasında rəsmən öz əksini tapıb (pandemiya dönəmində də nəticə enib). Belə olan halda, nazirlik, necə “hər il uğurlu keçib” ifadəsini işlədə bilər? İkincisi, ötən il olimpiya və paralimpiya oyunları, bir neçə multi-idman yarışları keçirilib və idmançılar bundan savayı, çox sayda beynəlxalq yarışlarda iştirak edərək fərqləniblər. Sözsüz ki, digər paralimpiada yarışlarında nəticələr də nəzərə alınıb. Üçüncüsü, təcrübəli reportyor nədənsə Paris-2024-də yekun nəticədə ilk dəfə (!) Azərbaycanın 30-cu yeru tutmasının üzərindən sakit keçib.

AFFA Altay Həsənova qarşı! Fərid Qayıbova işləməyə imkan vermirlər

Millimiz London-2012-də də bu yekun nəticəni göstərsə də, sonradan legionçu ağırlıqqaldıranımız Valentin Xristovun dopinqdə ilişməsi üzündən, komandamız 1 pillə aşağı düşüb. Yaxşı olardı ki, Sərxan Məmmədov təzə jurnalist dostu ilə tək içki masası arxasında əyləşməsin, hərdən ona şahmatı da öyrətsin. Yarışlarda güclü oynayanlardan çəkinir, sonra da özünü öyür ki, 2-ci olmuşam. Əsas rəqiblər olmadan 2-ci olmaq olar, amma dərslərindən “2” almayasan, çünki siyasət böyük məktəbdir. “İqtidaryönlü sayt” mövzusu ilə atılan yemi udanlar, çətin bunun əks üzünü görsünlər, mahiyyətini dərk etsinlər.

Qayıdaq, “Sumqayıt” futbol klubunun prezidenti Riad Rəfiyevin məhkəməyə verməsindən sonra, ondan qurtarıb yenidən Elxan Məmmədova keçən “AFFA Sərxan”ın yeni çevrəsindəki digər mirzəyə, Anar Səidə. Adları çəkilən bu idman jurnalistləri illərdir keçmiş baş katibə qarşı kin bəsləyirlər. Bu “qəhrəmanlar” adətən tənqidi yazıları və süjetləri şəxsi-qərəz üzərində qururlar. Nə dərin, dürüst araşdırmaya, nə də öncədən verilən səhih bilgiyə rast gəlinir. Dediklərini zatən hər kəs bilir, hətta həvəskarlar, adi vətəndaşlar da. O qədər bezdirirlər ki, idman adamı axırda məcbur qalıb hüquq-mühafizə orqanlarına müraciət edir. İşdən çıxarılma təhlükəsi ilə üz-üzə gələndə isə, məsələni ictimailəşdirib vəziyyətdən sürüşüb çıxırlar. Adama deyərlər, qorxursansa, niyə sataşırsan? Elan vermədən 5-10 nəfər yığıb “həmrəylik” turniri keçirərək ümumi idman jurnalistləri adından danışmağın özü ayrı bir ədəbsizlikdir!

Mənbə:https://allsport.az/

Dünyapress TV

Xəbər lenti