UEFA Avropa Liqası: "Makkabi" ilk qələbəsini "Beşiktaş" üzərində qazandıYaradılıb 29.11.2024 09:02 | Baxış sayı: 69UEFA Avropa Liqasında V turun görüşləri keçirilir.Oxu.Az xəbər verir ki, İstanbul "Beşiktaş"ı nominal ev oyununda Təl-Əviv "Makkabi"si ilə üz-üzə gəlib.Matç yəhudi komandasının təhlükəsizliyi səbəbindən Türkiyədə deyil, Macarıstanda baş tutub.Oyun israillilərin turnirdəki ilk qələbəsi ilə əlamətdar olub. "Makkabi"nin 3 qoluna "Beşiktaş" yalnız 1 qolla cavab verib.Bu nəticədən sonra İsrail klubu turnir cədvəlində 3 xalla 31-ci yerdə qərarlaşıb. "Qara qartallar" isə 6 xalla 22-ci pillədədirlər. Facebook-da paylaş