
AFFA İcraiyyə Komitəsinin yeni tərkibi bəllidir. “Futbolinfo” növbəti 4 ildə futbol təsərrüfatında əsas qərarverən qurum olacaq İK-nın 13 nəfərlik siyahısını əldə edə bilib.
Aprelin 2-də AFFA prezidenti Rövşən Nəcəflə yanaşı, aşağıda adını qeyd etdiyimiz şəxslər də seçiləcək. Qeyd edək ki, ilkin siyahıda adını göstərdiyimiz İqor Ponomaryov İcraiyyə Komitəsində olmayacaq.
Rövşən Nəcəf (gələcək AFFA prezidenti, SOCAR-ın prezidenti)
Elşad Nəsirov (köhnə komandadan qalan SOCAR-ın vitse-/prezidenti)
Könül Mehtiyeva (AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, köhnə komandadan qalıb)
Səməd Qurbanov (veteran futbolçu)
Maqsud Adıgözəlov (“Sabah”ın prezidenti)
Balakişi Qasımov (İTV-nin baş direktoru)
Fərid Mansurov (köhnə komandadan qalıb)
Ülvi Mansurov (“Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru, bəstəkar Eldar Mansurovun oğlu)
Qurban Qurbanov (“Qarabağ”ın baş məşqçisi)
Zaur Axundov (“Silk Way Holding” MMC-nin prezidenti, vaxtilə AZAL futbol klubunun rəhbərlərindən olub, futzal federasiyasının prezidenti olan adaşını əvəz edəcək)
Sərxan Hacıyev (AFFA-nın baş katibi)
Nadir Quliyev (Sumqayıt stadionunun direktoru, tam dəqiq deyil)
Mister X (adını dəqiqləşdirə bilmədiyimiz yeganə şəxs, amma Təhsil Nazirliyindən olacağı dəqiqdir)
Beləliklə, 13 nəfərdən 11-nin adı artıq bəllidir. Siyahıya baxaraq futbolumuzun idarəçiliyinin kimlərə tapşırıldığına özünüz qərar verin.
Maraqlı məqam AFFA-nın baş katibi Sərxan Hacıyevin də İK üzvü olacağıdır. Bu isə onn boşaltdığı posta yeni təyinat olacağından xəbər verir.