Türkiyə Superkubokunun Xankəndidə keçirilməsi mümkündür? - AFFA-dan açıqlama
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilməli olan Türkiyə Superkubokunun “Qalatasaray” – “Fənərbağça” final oyunu üçün Azərbaycan sosial şəbəkələrində kampaniya başladılıb.

Azərbaycan əsilli türkiyəli siyasətçi Sinan Oğanın Xankəndidə oyunun keçirilməsi ilə bağlı təklifindən sonra sosial media fəalları qardaş ölkənin final matçının Bakıda baş tutmasını istəyirlər.

Məsələ ilə bağlı Prosport.Az-a danışan AFFA-nın Mətbuat Xidmətinin rəhbəri Elnur Məmmədli bildirib ki, bu ilin yay aylarında Türkiyə Futbol Federasiyasının ovaxtkı baş katibi Superkubok oyunu ilə əlaqədar onlarla əlaqə saxlamışdı:

“O bildirdi ki, Azərbaycanla yanaşı, Səudiyyə Ərəbistanı variantı da var, ümumiyyətlə, oyun Azərbaycanda keçirilsə, buna necə baxarsınız? Bizim də cavabımız belə oldu ki, təbii ki, müsbət. Maliyyə məsələləri həmin söhbət əsasında müzakirə olunmayıb. Türkiyə Futbol Federasiyasının sabiq baş katibi danışıq əsasında bildirdi ki, hələ oyuna çox var, matç yanvarda olacaq, lazım gələrsə, yenidən sizə müraciət edəcəyik. Türkiyə tərəfi ilə danışıqlar yalnız bundan ibarət olub. Bundan sonra bu məsələ ilə bağlı bizimlə əlaqə saxlanılmayıb”.
Yenidən müraciət ehtimalı ilə bağlı suala E.Məmmədlinin cavabı belə oldu:

“İlk növbədə klubların təqviminə baxmaq lazımdır. Ümumiyyətlə, bu oyun nə vaxt keçiriləcək, hələ məlum deyil. Bütün bu məsələlər təbii ki, müzakirə olunmalıdır. Xankəndi məsələsi isə ölkə rəhbərliyi səviyyəsində qəbul edilən qərardır”.

Xatırladaq ki, dünən sözügedən matç ləğv edilib. Buna səbəb kimi Səudiyyə Ərəbistanının hər iki komandaya Türkiyə Respublikasının 100 illiyi ilə bağlı Atatürkə dair pankarta, formaya və İstiqlal Marşının oxunmasına qoyulan qadağası göstərilir. Bu qadağadan sonra hər iki komanda vahid qərar qəbul edərək Türkiyəyə qayıtmaq qərarı verib. Nəticədə Səudiyyə Ərəbistanındakı Superkubok matçı ləğv edilib.
 

Bölmənin digər xəbərləri

20 Aprel 2025 "Formula-1": Səudiyyə Ərəbistanı Qran-prisinin təsnifat mərhələsinin qalibi bəlli oldu
20 Aprel 2025 Hamı bu azərbaycanlıdan danışır: Dünyada cəmi 2 nəfərdir
19 Aprel 2025 Bu gün "Qarabağ" - "Neftçi" oyunu var
19 Aprel 2025 Messi uşaqlarının sevimli futbolçularını açıqladı
18 Aprel 2025 Həftənin rəmzi komandası açıqlanıb
17 Aprel 2025 UEFA Çempionlar Liqası: Bu gün 1/4 final mərhələsinə yekun vurulub
16 Aprel 2025 AFFA-nın etirafı – Oyunları kim satır və alıcı kimdir?
15 Aprel 2025 “Qarabağ”a 14 hücumçu təklif olundu – Qurban Qurbanov neçəsini seçəcək?
14 Aprel 2025 Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionu olub
13 Aprel 2025 Keçmiş futbolçu Əliyev Kiyevdə saxlanılıb
13 Aprel 2025 “Beşiktaş” “Başakşəhər”lə bacarmadı
12 Aprel 2025 Şimali Koreya ilə qonşuluq: AFFA-nın 33 milyonu və futbolumuzun “inkişafı”
11 Aprel 2025 Alisson Bekerin Türkiyə nəhənginə transferi baş tutmadı - SƏBƏB
10 Aprel 2025 UEFA Çempionlar Liqası: PSJ və “Barselona” əzmkar qələbə qazanıblar
09 Aprel 2025 Deklan Rays "Real Madrid"ə vurduğu qollarla adını Çempionlar Liqasının tarixinə yazdırdı
08 Aprel 2025 “Sabah”da ara qarışıb: 20 min manatı kim mənimsəyib?
08 Aprel 2025 Dünya bu matçdan danışır - 120 min azarkeş
07 Aprel 2025 Mövsümün ilk qələbəsi Yaponiyada gəldi
07 Aprel 2025 Bəhram Rəcəbzadə rəqibini 3 dəfə nokdaun etdi - DÖYÜŞÜN TAM VİDEOSU
06 Aprel 2025 Mourinyonun qovulması “Fənərbağça”ya baha başa gələ bilər - Təzminat məbləği məlum oldu

Dünyapress TV

Xəbər lenti