“Raquf Orucov Kuboku” beynəlxalq cüdo turniri bərpa olunur
Əfsanəvi kəşfiyyatçı, şəhid polkovnik-leytenant Raquf Orucovun və torpaqlarımızın azadlığı uğrunda canını qurban verən hərbçilərimizin xatirəsinə həsr olunan beynəlxalq cüdo turniri 4 illik fasilədən sonra bərpa edilir. Ənənəvi turnirdə bu dəfə 20 yaşadək gənclər (U-20) qüvvələrini sınayacaqlar. Turnirin təşkilatçısı, “Azman Holdinq”in tərkibinə daxil olan “Judo Club 2012” idman klubunun direktoru Mübariz Cəfərov yeni formatda keçiriləcək turnir barədə məlumat verərkən deyib:
- Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı möhtəşəm qələbələr, ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa edilməsi cəmiyyətimizdə böyük fərəh və qürur hissi doğurub. “Raquf Orucov Kuboku” beynəlxalq cüdo turniri məhz belə əlamətdar bir dövrdə bərpa edilir. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə noyabrın 16-17-də Bakı İdman Sarayında keçiriləcək turnirdə ölkəmizin idmançıları ilə yanaşı, Türkiyə, Gürcüstan, Qazaxıstan, Tacikistan, Dağıstan (Rusiya) və Çexiyanı təmsil edən 200-ə yaxın cüdoçu iştirak edəcək. Turnir Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü “Judo Club 2012” idman klubunun təsisçisi, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, usta cüdoçular arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalib və mükafatçısı olan Azər Əsgərovun təşəbbüsü ilə 2017-ci ildən keçirilir. Həmin ildə və 2018-2019-cu illərdə turnir U-20 yaş qrupu üzrə komanda yarışı kimi təşkil olunub. Koronavirus pandemiyası ilə əlaqədar olaraq yaranan dörd illik fasilədən sonra isə turnirin, Azərbaycan Cüdo Federasiyasının tövsiyəsi ilə, eyni yaş qrupunda fərdi qaydada keçirilməsi qərara alındı.
Şəhidlərimizin xatirəsinə hörmət və ehtiram əlaməti olaraq təşkil olunan ənənəvi turnirin məqsədi vətənpərvərlik hissinin və döyüş ruhunun gənclərə aşılanması, onların Vətənin müdafiəsinə hazırlıq səviyyəsinin artırılması, idmançılar arasında dostluq və yoldaşlıq münasibətlərinin möhkəmləndirilməsidir.
Qeyd edim ki, istər şəhidlərimizin əziz xatirəsinə ehtiram göstərilməsinə, istərsə də gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə dəstək verilməsinə Azər müəllim xüsusi həssaslıqla yanaşır. “Raquf Orucov Kuboku” beynəlxalq cüdo turnirinin təşəbbüskarı olmaqla yanaşı o, Qusarda Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun xatirəsinə həsr olunmuş kikboksinq turnirinin keçirilməsinə də öz töhfəsini verib, həmçinin 44 günlük Vətən müharibəsi dövründə hərbçilərimizə maddi-mənəvi dəstək tədbirlərində şəxsən fəal iştirak edib.
“Raquf Orucov Kuboku” turnirinin bərpası klubumuz və onun təsisçisi üçün çox əlamətdar hadisədir. Əvvəlki üç turnir kimi bu dəfə də yarışların yüksək səviyyədə keçirilməsi üçün bütün zəruri tədbirlər görülüb. İnanırıq ki, turnir yenə də ölkəmizdə və onun hüdudlarından kənarda böyük maraq doğurmaqla yanaşı, gənc cüdoçulara yarış təcrübəsi qazanmaq, öz döyüş ustalığını təkmilləşdirmək imkanı yaradacaq.
Turnirin açılış mərasimi noyabrın 16-da saat 15:00-da Bakı İdman Sarayında keçiriləcək. Yarışın media dəstəkçisi İdman TV və ASAN Radiodur. Turnirin açılış və mükafatlandırma mərasimində dövlət və hökumət nümayəndələrinin, parlament üzvlərinin, tanınmış idmançıların, şəhid ailələrinin, Qarabağ müharibəsi veteranlarının iştirakı gözlənilir.
Xatırlatmaq istərdim ki, 2016-cı ilin Aprel döyüşləri müasir hərb tariximizin şanlı səhifəsidir. Qarabağda böyük zəfərimizin başlanğıcı olan bu döyüşlərdə şəhidlik zirvəsinə ucalan əfsanəvi kəşfiyyatçı, polkovnik-leytenant Raquf Orucovun və torpaqlarmızın azadlığı uğrunda canını qurban verən bütün qəhrəmanlarımızın xatirəsi xalqımızın qəlbində və yaddaşında əbədi yaşayacaqdır.

Bölmənin digər xəbərləri

20 Aprel 2025 "Formula-1": Səudiyyə Ərəbistanı Qran-prisinin təsnifat mərhələsinin qalibi bəlli oldu
20 Aprel 2025 Hamı bu azərbaycanlıdan danışır: Dünyada cəmi 2 nəfərdir
19 Aprel 2025 Bu gün "Qarabağ" - "Neftçi" oyunu var
19 Aprel 2025 Messi uşaqlarının sevimli futbolçularını açıqladı
18 Aprel 2025 Həftənin rəmzi komandası açıqlanıb
17 Aprel 2025 UEFA Çempionlar Liqası: Bu gün 1/4 final mərhələsinə yekun vurulub
16 Aprel 2025 AFFA-nın etirafı – Oyunları kim satır və alıcı kimdir?
15 Aprel 2025 “Qarabağ”a 14 hücumçu təklif olundu – Qurban Qurbanov neçəsini seçəcək?
14 Aprel 2025 Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionu olub
13 Aprel 2025 Keçmiş futbolçu Əliyev Kiyevdə saxlanılıb
13 Aprel 2025 “Beşiktaş” “Başakşəhər”lə bacarmadı
12 Aprel 2025 Şimali Koreya ilə qonşuluq: AFFA-nın 33 milyonu və futbolumuzun “inkişafı”
11 Aprel 2025 Alisson Bekerin Türkiyə nəhənginə transferi baş tutmadı - SƏBƏB
10 Aprel 2025 UEFA Çempionlar Liqası: PSJ və “Barselona” əzmkar qələbə qazanıblar
09 Aprel 2025 Deklan Rays "Real Madrid"ə vurduğu qollarla adını Çempionlar Liqasının tarixinə yazdırdı
08 Aprel 2025 “Sabah”da ara qarışıb: 20 min manatı kim mənimsəyib?
08 Aprel 2025 Dünya bu matçdan danışır - 120 min azarkeş
07 Aprel 2025 Mövsümün ilk qələbəsi Yaponiyada gəldi
07 Aprel 2025 Bəhram Rəcəbzadə rəqibini 3 dəfə nokdaun etdi - DÖYÜŞÜN TAM VİDEOSU
06 Aprel 2025 Mourinyonun qovulması “Fənərbağça”ya baha başa gələ bilər - Təzminat məbləği məlum oldu

Dünyapress TV

Xəbər lenti