“Qarabağ” Finlandiyanın “HİK” komandasını 2:1 hesabı ilə məğlub edib
Oyunun 85-ci dəqiqəsində Qarabağın vurduğu qol komandaya zəfər gətirib.
Avqustun 10-da Ağdamın “Qarabağ” klubu UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda Finlandiyanın “HİK” komandası ilə qarşılaşıb.
Azərtac xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşdə ağdamlılar 2:1 hesabı ilə qalib gəliblər.
“Qarabağ”ın aşkar üstünlüyü şəraitində keçən görüşdə “köhlən atlar” matçın əvvəlində hesabı açsalar da, bu qol hesaba alınmayıb. Ağdamlıların çoxsaylı hücumlarına baxmayaraq, görüşün birinci hissəsində hesab açılmayıb.
Fasilədən sonra azarkeşlər daha maraqlı qarşılaşma izləyiblər. Çoxsaylı hücumlar təşkil edən “Qarabağ” matçın 76-cı dəqiqəsində istəyinə çatıb. Abdullah Zubirin rəqibin cərimə meydançasına ötürdüyü topa hamıdan tez yetişən Leandro Andrade qapını dəqiq nişan alıb – 1:0.
Görüşün 77-ci dəqiqəsində “HİK” hesabı bərabərləşdirməyə nail olub. Antoni Olusanya komanda yoldaşı Santeri Hostikkanın ötürməsini qola çevirməyi bacarıb – 1:1.
Lakin qonaqların qol sevinci cəmi səkkiz dəqiqə çəkib. Oyunun 85-ci dəqiqəsində Qarabağın heyətində Cuninyonun vurduğu top müdafiəçiyə toxunaraq istiqamətini dəyişsə də, tora daxil olub – 2:1.
Matçın qalan dəqiqələrində hər iki komanda, xüsusən də “Qarabağ” bir neçə qol epizodu yaratsa da, oyunda hesab dəyişməyib.
Beləliklə, “Qarabağ” komandası UEFA Avropa Liqasının III təsnifat mərhələsinin birinci turunda qələbə qazanmaqla cavab matçı üçün əlverişli imkan yaradıb.
 

Bölmənin digər xəbərləri

20 Aprel 2025 "Formula-1": Səudiyyə Ərəbistanı Qran-prisinin təsnifat mərhələsinin qalibi bəlli oldu
20 Aprel 2025 Hamı bu azərbaycanlıdan danışır: Dünyada cəmi 2 nəfərdir
19 Aprel 2025 Bu gün "Qarabağ" - "Neftçi" oyunu var
19 Aprel 2025 Messi uşaqlarının sevimli futbolçularını açıqladı
18 Aprel 2025 Həftənin rəmzi komandası açıqlanıb
17 Aprel 2025 UEFA Çempionlar Liqası: Bu gün 1/4 final mərhələsinə yekun vurulub
16 Aprel 2025 AFFA-nın etirafı – Oyunları kim satır və alıcı kimdir?
15 Aprel 2025 “Qarabağ”a 14 hücumçu təklif olundu – Qurban Qurbanov neçəsini seçəcək?
14 Aprel 2025 Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionu olub
13 Aprel 2025 Keçmiş futbolçu Əliyev Kiyevdə saxlanılıb
13 Aprel 2025 “Beşiktaş” “Başakşəhər”lə bacarmadı
12 Aprel 2025 Şimali Koreya ilə qonşuluq: AFFA-nın 33 milyonu və futbolumuzun “inkişafı”
11 Aprel 2025 Alisson Bekerin Türkiyə nəhənginə transferi baş tutmadı - SƏBƏB
10 Aprel 2025 UEFA Çempionlar Liqası: PSJ və “Barselona” əzmkar qələbə qazanıblar
09 Aprel 2025 Deklan Rays "Real Madrid"ə vurduğu qollarla adını Çempionlar Liqasının tarixinə yazdırdı
08 Aprel 2025 “Sabah”da ara qarışıb: 20 min manatı kim mənimsəyib?
08 Aprel 2025 Dünya bu matçdan danışır - 120 min azarkeş
07 Aprel 2025 Mövsümün ilk qələbəsi Yaponiyada gəldi
07 Aprel 2025 Bəhram Rəcəbzadə rəqibini 3 dəfə nokdaun etdi - DÖYÜŞÜN TAM VİDEOSU
06 Aprel 2025 Mourinyonun qovulması “Fənərbağça”ya baha başa gələ bilər - Təzminat məbləği məlum oldu

Dünyapress TV

Xəbər lenti