İşi ancaq məktəbdə pul yığmaq olan valideyn komitələri:
Azərbaycan ümumtəhsil məktəblərində valideyn-məktəb, məktəb-valideyn fəaliyyətini tənzimləyən komitələr var.

Lakin "valideyn komitəsi" kimi tanınan qrupların fəaliyyəti heç də ürəkaçan deyil. Vəzifəsinin ancaq bayramlar, müxtəlif tədbirlər, ad günlərinin təşkilindən ibarət olduğunu düşünən valideynlərin özləri də komitələrin fəaliyyətindən narazıdılar. Ancaq əlamətdar günlərdə fəallaşan komitələr valideynlərdən pul yığmaqla məşğuldurlar. Cəmiyyətdə neqativ məsələlərdə adı hallanan valideyn komitələrinin sədr seçiminin də nəyə əsaslandığı məlum deyil. Ümumiyyətlə, məktəb və valideyn arasında əlaqə yaratmaq üçün bu komitələrə ehtiyac varmı?

Komitənin vəzifəsi nədən ibarətdir?

DİA.AZ-ın məlumatına görə, təhsil eksperti Elşən Qafarov məsələ barədə Cebhe.info-ya bildirib ki, məktəblərdə valideynlərlə işləyən ayrıca direktor müavini olmalıdır:

"Bu, beynəlxalq təcrübədə və təhsili inkişaf etmiş ölkələrdə də var. Həmin müavinin işi valideyn komitələri və valideynlərlə iş qurmaqdır. İndi “Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” adlı qeyri-hökumət təşkilatı var. Həmin QHT ölkə üzrə baxanda, böyük sayda olmayan yəni 100-dən aşağıdır, onların da yarıdan çoxu fəaliyyətsizdir. Məktəblərdə özəkləri var. Məktəblərdə yerli valideyn komitələri başqa anlayışdır, bütün valideyn komitələri “Valideyn-Müəllim Assosiasiyası”nın qruplaşması deyil".

Ekspert hesab edir ki, valideyn komitələrinin işi qanunvericiliyə əsaslanmalıdır:

"Düşünürəm ki, bununla bağlı Elm və Təhsil Nazirliyi əsasnamə qəbul etməlidir. Yəni valideyn komitələrinin vəzifələri, hüquqları, məsuliyyəti açıq şəkildə göstərilməlidir. Həmişə bu haqda danışırıq, amma valideyn komitələrinin əsasnaməsini təsdiqləyə bilmirik. Hazırda siniflərdə sinif valideyn komitələrinin böyük əksəriyyəti məktəbdəki müəyyən neqativ hallarda əsas aparıcı rol oynayır, hər hansı məsələdə pul yığmalar və s. Əslində, valideyn komitələrinin işi məktəblə valideynlər arasındakı əlaqələri möhkəmləndirmək, əməkdaşlığı genişləndirməkdən ibarətdir. Şagirdlərin istər tədris, istər təlim prosesində inkişafı üçün valideynlərlə məktəbin əməkdaşlığını qurmalıdır. Yəni bu əməkdaşlıq son nəticədə şagirdin istər təlim nəaliyyətlərinin, istərsə də tədris prosesinin inkişafına gətirib çıxarmalıdır".

Elşən Qafaraov komitəyə daha çox üzdə olan, lazım olanda digər valideynlərdən pul tələb etməyi bacaran, bu şəkildə təşkilatçılığı bacaran insanların seçildiyini vurğulayıb:

"Təəssüf olsun ki, bizdə valideyn komitələri adətən pul yığmağı bacaran insanlardan seçilir. Amma valideyn komitəsinin sədrləri elə insanlar olmalıdır ki, ziyalılığı, tərbiyəsi, məktəbə, müəllimə olan münasibəti ilə fərqli bir baxış sərgiləyə və digər valideynləri də arxasınca apara bilsinlər. Çox təssüf ki, bu yoxdur. Yox sözü də yenə nazirlikdən gəlir. Çox vaxt məktəb və müəllimin adı hallanmasın deyə onun təhsilli olması, valideynlər arasında nə dərəcədə nüfuzlu olması önəm daşımır. Həmin valideynin bacarığı lazım olanda müəyyən yığımları yığıb-yığmaması ilə ölçülür. Valideyn komitəsinin sədrləri və üzvləri üçün müəyyən meyarlar olmalıdır ki, kimlər komitə sədri ola bilər. Bunun üçün də əsasnamə olmalıdır. Bizim ümumtəhsil məktəblərində isə valideyn komitəsinin fəaliyyəti ilə bağlı nizamnamələr yoxdur".

Ekspert qeyri-hökumət təşkilatlarının məktəb rəhbəri ilə müqavilə bağlayaraq birgə fəaliyyətinin mümkün olduğunu deyib:

“"Valideyn -Müəllim Assosiasiyası” məktəbdə fəaliyyət göstərəcəksə, məktəb rəhbərliyi ilə müqavilə bağlamalıdır. Qanunvericilikdə də var ki, hər bir təhsil müəssisəsi fiziki və hüquqi şəxslərlə qanunvericilik çərçivəsində əməkdaşlıq edə bilər. Lakin bizdə bu məsələ fərqli prizamadan qurulur. Assosiasiyası olsun, valideyn komitəsi olsun bunların işi təkcə pul yığmaq deyil, bunların işi istər mənəvi, istər psixoloji, yeri gələndə maddi məsələlərlə bağlı müəllim və məktəblə əməkdaşlıq etməkdən ibarətdir. Biz yalnız bir parametri götürürük. O da məktəbin, müəllimin adına, nüfuzuna ciddi xələl gətirir".

Bölmənin digər xəbərləri

01 May 2025 Polis Türkiyəyə qaçan gənci geri çağırıb və maşnını geri qaytarıb
01 May 2025 Bakının mərkəzində dəhşətli terrorun detalları – Sifariş Ermənistandan verilib
01 May 2025 Səhiyyə Sovet dönəminə qayıdır: Təyinat veriləcək?
01 May 2025 Azərbaycanın məşhur iş adamı xeyli tələbəni aldadıb - ŞOK İDDİA
30 Aprel 2025  "İsfəndiyar Axundovun buna haqqı yoxdur, çünki bu, qeyri-qanunidir" - AÇIQLAMA
30 Aprel 2025 Jurnalistlərlə bağlı qaydaya dəyişiklik edildi
30 Aprel 2025 Veysəloğlu Şirkətlər Qrupu iki nüfuzlu mükafata layiq görüldü
29 Aprel 2025 "KUPÇA" VƏ NOTARİAL MÜQAVİLƏ TƏLƏBİ LƏĞV OLUNUR? - "Ali Məhkəmənin qərarını gözləyirik..."
29 Aprel 2025 ETX: “Azərpoçt”un adından dələduzluq edilir
29 Aprel 2025 Səssiz təhlükə böyüyür - Vətəndaşlara xəbərdarlıq
29 Aprel 2025 Sərhədlər bağlanandan sonra Azərbaycandan köçənlərin sayı kəskin artıb – Ölkələrin siyahısı
28 Aprel 2025 “Azərsun Holdinq”ə məxsus şirkətdə ciddi pozuntular aşkarlandı
28 Aprel 2025 Gəncədə Şəhid şəkillərinin söküləcəyi cəmiyyətin qəzəbinə səbəb oldu -VİDEO
27 Aprel 2025 İranda limanda partlayışda yaralıların sayı 700 keçib
27 Aprel 2025 İranda limanda partlayış nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb
27 Aprel 2025  "Zəhmət olmasa, bu qurumla bağlı bir tədbir görün" - ÇAĞIRIŞ
27 Aprel 2025  Heydərov 'saman çöpü'ndən İKİƏLLİ YAPIŞIB - ARTIQ QƏRAR ANIDIR
26 Aprel 2025 Vaqif Əsədovdan maraqlı açıqlama: "Sea Breez"dən 2-3 mənzil alacam" - VİDEO
26 Aprel 2025 Azərbaycanda məktəbliləri daşıyan mikroavtobus aşdı: Çox sayda xəsarət alan var
26 Aprel 2025 SON XƏBƏRLƏR! İstanbulda güclü zəlzələ baş verib

Dünyapress TV

Xəbər lenti