Rəsul Quliyevin sonuncu cəhdi... -
Vaxtı ilə hakimiyyətdə yüksək postlarda təmsil olunmuş, sonrakı illərdə isə mövqelərini dəyişərək iqtidarın rəqiblərinə çevrilmiş məmurların əksəriyyəti ya yenidən əvvəlki mövqelərinə qayıdıblar, ya da iqtidara "konstruktiv müxalifət” rolunu oynamağa başlayıblar.

Siyahı kifayət qədər geniş və zəngindir: Prezidentin sabiq köməkçisi Eldar Namazov, keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli, keçmiş dövlət katibi Lalə Şövkət, keçmiş Səhiyyə naziri Əli İnsanov və sair. Həmçinin, mərhum Prezident Ayaz Mütəllibovun ölkəyə qayıtmasını, eks-prezidentlər haqqında qanunun ona və ailəsinə şamil olunmasını da xatırlatmaq yerinə düşər.

Bu gün sözügedən şəxslərə hər hansı məhdudiyyət yoxdur, hətta iqtidar və dövlət mediasının tribunaları da onlar üçün açıqdır. Onlar dövlət tədbirlərinə dəvət alır, hökumətin yürütdüyü daxili və xarici siyasəti müdafiə edirlər.

Bu zümrənin içində nədənsə hakimiyyətə qarşı "silahı çoxdan yerə qoyub”, Prezident İlham Əliyevi dəstəkləyən eks-spiker Rəsul Quliyev gözə dəymir. Baxmayaraq ki, o, bəzi həmkarlarından daha əvvəl müxaliflik etmək fikrindən daşınıb, çoxsaylı açıqlamalarında hakimiyyət rəhbərliyinə reveranslar edib.

Bu günlərdə tanınmış kinorejissor Eldəniz Quliyev tərəfindən R.Quliyevin 75 illik yubileyi ilə əlaqədər hazırlanmış sənədli filmdə eks-spikerin, onun haqqında fikir söyləyən ziyalıların, eləcə də R.Quliyevin yaxınlarının dilindən bu cür çağırışlar səslənir. Onun ölkəyə qayıdışına "yaşıl işıq” yandırılmasının vacibliyi xüsusi ilə qeyd olunur.

Rəsul Quliyev özü isə Azərbaycan Prezidenti haqqında "İlham Əliyev Azərbaycan xalqının qəhrəmanıdır” ifadəsini işlətməklə keçmişdəki bütün umu-küsülərinin üstündən xətt çəkdiyini göstərir. Vurğulamaq yerinə düşər ki, onun hakimiyyətə dəstək mövqeyi bir çox kolleqalarından fərqli olaraq açıq, ardıcıl və səmimi təsir bağışlayır.

Bəs, Rəsul Quliyev ölkəyə qayıdarsa, onu nə gözləyir? Təxminən 30 il əvvəlki fəaliyyətini əhatə edən cinayət işi hələ də qüvvədədirmi?

Sabiq parlament sədrinin vəkili olmuş Osman Kazımov "AzPolitika.info”ya bildirib ki, R.Quliyev haqqında ötən əsrin 90-cı illərində açılmış cinayət işinin istintaqı dayandırılıb. Eks-spiker külli miqdarda dövlət əmlakını mənimsəmə və ələ keçirmə maddəsi ilə təqsirli bilinib: "Hazırda onun istintaqdan yayınması ilə əlaqədər cinayət işinin istitntaqı dayandırılıb, barəsində axtarış və həbsetmə qərarı verilib. Əgər ölkəyə qayıdarsa, istintaqın dayandırılması ilə bağlı qərar ləğv olunacaq və cinayət təqibi davam etdiriləcək”.

Beləliklə, R.Quliyevin ölkəyə qayıdışı ancaq siyasi razılıq əsasında baş tuta bilər. Onun iqtidara reveranslarının, xüsusi ilə özü haqda sənədli filmdə səsləndirdiyi mövqeyinin hakimiyyət rəhbərliyində dəyərləndirilib-dəyərləndirilməyəcəyini zaman göstərəcək.

Ehtimal etmək olar ki, eks-spiker də digər keçmiş hakimiyyət kolleqaları kimi bağışlana, 2023-cü ildə onun ölkəyə dönüşünə şərait yaradıla bilər. Amma onun uzun müddət Azərbaycanda qalması da real görünmür. Çünki ötən 26 ildə ABŞ-da məskunlaşmış və yəqin ki, müəyyən mənada Amerika cəmiyyətinə inteqrasiya olunmuş Quliyevlərin yenidən Azərbaycanda həyat qurması inandırıcı görünmür.

Eks-spiker yəqin ki, ölkəsinə qayıtmağa can atır, burada daimi yaşamağa yox. O, sadəcə iqtidarla düşmənçilik səhifəsini bağlayıb ömrünün ahıl çağlarını rahat yaşamağa çalışır..
 

Bölmənin digər xəbərləri

24 Noyabr 2024 AZƏRBAYCANLI İSTANBULDA 70 KQ QIZILLA TUTULDU - Kimliyi və hadisənin detalları bilindi + VİDEO
24 Noyabr 2024 Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23 Noyabr 2024 70 kq qızılla tutulan diplomatımız bu səfirlikdə işləyir - Bakıya gətirildi
23 Noyabr 2024 Restoranlarda təklif olunan ucuz setlər təhlükəlidir? - “Belə istisnalar var”
23 Noyabr 2024 “Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... BƏLAYA DÜŞDÜ!
22 Noyabr 2024 Cavid Qurbanov köməkçisini Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin etdirdi - BU DA BELƏ.
21 Noyabr 2024 Acun Ilıcalı barədə araşdırma başladıldı
21 Noyabr 2024 Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik - Emin Əmrullayev
20 Noyabr 2024 4 yaşlı uşağı yırtıcı parçalayıb - Ata-anası biçində olarkən...
20 Noyabr 2024 Qızını özlərindən çox gözəl olduğunu düşünən ata DNT TESTİ ETDİ
20 Noyabr 2024 Bakıda “Fermerlər üçün İqlim Maliyyəsinin işlək mexanizmi” mövzusunda panel müzakirələr keçirilib
20 Noyabr 2024 YENİ DƏLƏDUZLUQ: Smartfonlara toy dəvətnamələri göndərərək, vətəndaşları ALDADIRLAR
20 Noyabr 2024 Tramp türk həkimə yüksək vəzifə verdi
19 Noyabr 2024 COP29 çərçivəsində hansı sazişlər imzalanıb ?
19 Noyabr 2024 Dünyanın ən yaxşıları arasında Azərbaycanın hansı universitetləri var? – SİYAHI
19 Noyabr 2024 Azərbaycanlı tələbələrə böhtan: Rusiya universitetindən qovmaq istəyirlər? - VİDEO
19 Noyabr 2024 Üç yaşlı uşaq suda boğularaq ölüb
18 Noyabr 2024 Ən dadlı naringiləri necə seçmək olar?
18 Noyabr 2024 Rusiyada silsilə qətllər törədən erməni ələ keçdi
18 Noyabr 2024 Yeni inşa olunan yerüstü keçidi aşdı - Yol bağlandı - FOTO

Dünyapress TV

Xəbər lenti