Çinin şimal-qərbində baş verən daşqınlar nəticəsində azı dörd nəfər ölüb, 27 nəfər itkin düşüb.
Bu barədə regional fövqəladə hallar idarəsi məlumat yayıb.
Təbii fəlakət Datonq dairəsində baş verib.
Hökumət təbii fəlakətə qarşı tədbirlərin yüksək səviyyəsini elan edib.
Xatırladaq ki, bir neçə gün öncə Çendu şəhərində (Siçuan əyaləti) Landşaft Parkı ərazisindəki dağ çayında daşqın olub, suyun səviyyəsi kəskin qalxıb, axın istirahət zonasında quraşdırılmış düşərgələri və bir neçə çadır şəhərciyini aparıb. Nəticədə azı yeddi nəfər həlak olub, səkkiz nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.