Fotonu “Bravo”nun Azadlıq prospektindəki mağazasında çəkmişəm. Deyəsən, mağaza Badamlıya yeni ad verib. Əslində, Badamlının Bakıda satışını təşkil edən şəxslərə bu da azdır. Çünki öz işləri ilə məşğul olmurlar. Teref.az yazır ki, bunu jurnalist Məhəmmədəli Qəribli qeyd edib . Daha sonra Məhəmmədəli bəy yazır: Bir neçə ay əvvəl mən onların sosial mediada keçirdiyi “Zəfər Bayramı” müsabiqəsinin qalibi oldum, göz görə-görə mükafatımı vermədilər. Əminəm ki, onların bu özbaşınalığından “Badamlı”ya rəhbərlik edən lazımi adamların məlumatı olmayıb. “Badamlı”nın piar menecer Elvin müəllimə deyin, gedib təmsil etdiyi şirkətə aid məsulun adının düzgün yazılmasını tələb etsin!