“Surmalu” ticarət mərkəzində baş vermiş faciə ilə əlaqədar Ermənistanda avqustun 17-18-də iki günlük matəm elan edilib. Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. Xatırladaq ki, avqustun 14-də günorta İrəvanda “Surmalu” ticarət mərkəzində güclü partlayış və yanğın baş verib. Rəsmi məlumata görə, hadisə nəticəsində 16 nəfər ölüb, 3 nəfər itkin düşüb, 62 nəfər xəsarət alıb, 7 nəfər müxtəlif tibb məntəqələrində müalicə olunur.