"Azərbaycan Hava Yolları" aviaşirkətinin Bakı-İstanbul marşrutu üzrə həyata keçirilən reysdə problem yaranıb.
TEREF bildirir ki, bu barədə sərnişinlər Manşet.az-a məlumat veriblər.Onlar bildiriblər ki, əvvəlcə təyyarəyə mindirilsələr də bir saat sonra düşürülüblər.Sonra avtobuslarla digər əraziyə aparılıblar.Terminalın isə qapısı bağladılıb.Hadisə ilə bağlı "Azərbaycan Hava Yolları" aviaşirkətindən sərnişinlərə məlumat verilmir.