Millət vəkili deyəndə həmişə yadımıza Parlamentdə danışan, xalqın içində olan, xalqın səsini yüksək tribunadan yuxarılara çatdıran şəxslər yada düşür. Son zamanlar Parlamentdə ən çox danışanlar yox, kommersantlar ön planda görünür. Biri un satır, biri dərman satır, biri siqaret satır, biri bina tikir. Kim nə edirsə xeyirli olsun, bizim heç kimin qazancında gözümüz yoxdur. Amma həkimin kommersiya ilə məşğul olması biraz qəbul olunmur. Böyük pulların olması o demək deyil ki, sən kommersanta çevrilməlisən. Elmin inkişafı istər həkim olsun, istər injiner, istər müəllim, hər zaman vacibdir. Bu günlərdə eşitdiyim bir xəbər məni çox düşündürdü. Millət vəkili "Limon" adı ilə açılan bir mağazanın bağlanmasını xahiş edib. Onun kimliyi haqqında geniş yazını sizlərə təqdim edəcəyik. //gundelik-baku.com//