Sosial Xidmətlər Agentliyində nə baş verir: -
Media qurumlarında yer alan xəbərə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyində baş verən insidentlə bağlı iki nəfər saxlanılıb.

Qeyd edilir ki, 1992-ci il təvəllüdlü, Bakı şəhərində anadan olmuş G.H və 1991-ci il təvəllüdlü, Hacıqabul rayon sakini D.F polis əməkdaşları tərəfindən tutulublar. Həmin şəxslərin saxlanılmasına səbəb agentliyin inzibati binasında səs-küy salmaları olub. Məlumata görə, 2025-ci il aprelin 3-də onlar Sosial Xidmətlər Agentliyinin binasına gələrək İdarə Heyətinin sədri Vüqar Behbudovla görüşmək istəyiblər.

Görüş baş tutmadıqda G.H və D.F günün ikinci yarısında yüksək səslə danışaraq və işçilərə qarşı təhqiramiz ifadələr işlədərək narazılıqlarını bildiriblər. Daha sonra onlar binanın qapısını dəfələrlə əllə döyərək hər hansı əməkdaşın diqqətini çəkməyə və onlara yaxınlaşmasına çalışıblar. Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddələri üzrə protokol tərtib olunub. Məhkəmənin qərarı ilə G.H və D.F 8 sutka inzibati həbs cəzası alıblar.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyindən "Cebheinfo.az"-ın sorğusuna cavab olaraq verilən məlumata görə, ötən həftə Sosial Xidmətlər Agentliyinin “Məzun evi” sosial xidmət müəssisəsinin bir qrup sakini agentliyə müraciət edərək, müəssisənin digər bir qadın sakininin davranışlarından narazı olduqlarını bildirib, onun “Məzun evi”ndən çıxarılmasını xahiş ediblər:

"Həmin “Məzun evi”ndə mənzillə təmin edilmiş imtiyazlı şəxsin həyat yoldaşı olub və nikahları pozulduğu zaman əri mənzili tərk edib, hazırda həmin mənzildə üç övladı ilə birgə yaşayır. Sakinlər agentliyin rəhbər vəzifəli şəxsləri tərəfindən qəbul edilib, onlara müvafiq izahatlar verilib və profilaktik söhbət aparılıb, müraciətləri aidiyyəti üzrə müvafiq quruma göndərilib. Qəbula gələn sakinlərdən bir qismi agentliyin əməkdaşlarına qarşı təhqiramiz ifadələr işlədib, onlara qarşı kobud davranıb, hətta qurumun inzibati binasının qapılarını vurub sındırmağa çalışıblar. Bununla əlaqədar hüquq mühafizə orqanlarına müraciət olunub".
 

Bölmənin digər xəbərləri

13 Aprel 2025 "Penn State"in riyazi bilikləri ilə təəccübləndirən azərbaycanlı dahisi
13 Aprel 2025 Gündəmi zəbt edən qəzadakı taksi sürücüsünə yeni maşın hədiyyə ediləcək
13 Aprel 2025 Biznesmen Balayar Ağamalıyev İNTİHAR ETDİ
13 Aprel 2025 Azərbaycanda video operator faciəvi şəkildə öldü - FOTO
13 Aprel 2025 Xanlar Vəliyevin əleyhinə səs verən yeganə deputat - Səbəbi açıqlandı
12 Aprel 2025 Türkiyədə yaşayan jurnalist Bakıdakı evinin əlindən alınması problemi ilə üzləşib
12 Aprel 2025 Bakı-Tbilisi qatarı ilə sərnişin daşımalarının bərpası təxirə salınıb
12 Aprel 2025  “Tikinti şirkəti söz verir, amma heç bir iş görülmür” - NARAZILIQ VAR...
12 Aprel 2025 Borcluların ölkədən getmək hüququ yeni qaydada məhdudlaşdırılacaq
12 Aprel 2025 Sürücünün oğlu hər şeyi açıqladı: “Bolt” yalan danışır”
11 Aprel 2025 Baş həkim klinikasına lift qoymağa icazə üçün 95 min verdi – Mənimsənildi
11 Aprel 2025 Səlahiyyət müddəti başa çatır: Ona yenidən etimad göstəriləcəkmi? - AKTUAL
11 Aprel 2025 Tibbi qurumların müəmmalı QAYDASI - Ölüm şəhadətnaməsi niyə GECİKDİRİLİR?
10 Aprel 2025 Azərbaycanda bağçadan çıxan uşaqlara itlər hücum etdi: Çox sayda yaralı XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ
10 Aprel 2025  Telman İsmayılov necə müflis oldu? - Kadırov izi...
10 Aprel 2025 “Şirkət “kupça”ları verməməklə əlavə pul qazanır, 3 min alır” - BU NƏDİ BELƏ?..
09 Aprel 2025 DİPLOMATİK KORPUSUMUZUN “AĞIR ARTİLLERİYALARI” – “Vurulmuşlar”, “makafatlandırılmışlar”, “elit ailələr”...
09 Aprel 2025 “ƏDV-ni geri al”da GERİ ALMAQ PROBLEMİ... - NƏ ETMƏLİ?
09 Aprel 2025  Heydərovların “London macərası” başa çatdı - DETALLAR
08 Aprel 2025 Bakıda velosiped yolu NƏYƏ LAZIMDIR? İşi bilmirsiz, İSTEFA VERİN! -Tural Abbaslı kimlərə OD PÜSKÜRDÜ? - VİDEO

Dünyapress TV

Xəbər lenti