“Hörmətli sürücülər, bir parklanma məntəqəsində iki nişanın yanaşı olması sizi çaşdırmasın. Bu, qanunla yolveriləndir”. Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Parklanma yerlərinin təşkili zamanı əlilliyi olan şəxslər mütləq qaydada nəzər alınır. Fiziki imkanları məhdud sürücülərin avtomobilləri üçün xüsusi yerlər müvafiq yol nişanları ilə təchiz edilir. Əlillər üçün ayrılan parklanma yerlərində yalnız əlil avtomobili nişanı ilə nişanlanmış nəqliyyat vasitələri dura bilər. Bu yerlərdə digər nəqliyyat vasiələrinin parklanmasına görə 60 AZN məbləğində cərimə edilir.