Bakıda bu binaların qiyməti süni formada ARTIRILIR - MÖHTƏKİRLƏR İŞ BAŞINDA!
2016-cı ildən etibarən Bakıda köhnə, istismar müddətini bitirmiş və qəzalı vəziyyətdə olan binalar sökülərək yenibinalar ilə əvəzlənib. Hazırda Bakıda minlərlə istismar müddətini bitirmiş köhnə çoxmənzilli bina var. Bakı günü-gündən inkişaf edir. 2, 5, 7 və 9 mərtəbəli köhnə binalar istismar müddətini bitirsə də hələ də onlardan istifadə edilir.

Bəs Bakıda aparılan söküntü işləri mənzillərin bahalaşmasına səbəb ola bilərmi? Mövzu ilə bağlı Sonxeber.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib ki, paytaxt Bakı şəhərində bəzi rəqəmlərə görə 11 minə yaxın istismar müddətini bitirmiş köhnə çoxmənzilli yaşayış binaları var:

"Həmçinin paytaxtın mərkəz və mərkəzə yaxın ərazilərində fərdi yaşayış evlərindən ibarət olan çox böyük yaşayış massivləri var ki, onlar istismar müddətini bitirmiş və şəhərin xarici estetik gözəlliyinə xələl gətirir. 2016-cı ildən başlayaraq Nazirlər Kabinetinin 86 saylı sərəncamına əsasən paytaxt Bakı şəhərində istismar müddətini bitirmiş və qəzalı vəziyyətdə olan köhnə çoxmənzilli yaşayış binalarının söküntüsü prosesi davam edir. Bu günə qədər onlarla çoxmənzilli yaşayış binaları sökülüb. Artıq 2023-cü ilin dekabr ayında Bakı şəhərinin baş planı təsdiqləndi. 2040-cı ildə Bakı şəhəri baş planda göstərildiyi kimi tikilib təhvil verilməlidir. Köhnə binalar sökülərək əvəzində yenitikili binalar ilə əvəzlənəcək. Digər hissəsi isə dövlət ehtiyacları üçün alınaraq infrastruktur üçün istifadə olunacaq".

Ekspertin sözlərinə görə, mənzillərin söküntüsü köhnə tikili binalara olan tələbatı artırır. Köhnə tikili binalar ipoteka kreditinə çevrilməsə də onların süni formada qiymət artımı davam edir:

"Bu tip binalardan mənzil alan şəxslər daha çox yatırım üçün mənzilləri alaraq onların söküntüsünü gözləyir. Hər hansı bir köhnə tikili bina sökülərkən onun yerində inşa olunan yeni tikili binada vətəndaşın otaq sayına uyğun daha böyük sahəsi olan mənzillər təqdim olunur. Bu mənzillərin bazar dəyəri vətəndaşın köhnə mənzilindən daha baha qiymətə bazarda dəyərləndirilir. Bundan əlavə, vətəndaşın evi sökülərkən ona yeni mənzil verilən günə qədər ortalama 2-3 il müddətinə vətəndaşa hər ay kirayə və köç xərcləri ödənilir. Bu baxımdan söküntülərin sürətlənməsi daha çox ona görə vacibdir ki, sökülən binalar daha çox qəzalı vəziyyətdə olan binalardır. Hər hansısa bir zəlzələ yaxud təbii fəlakət baş verərsə, ilk olaraq qəzalı vəziyyətdə olan binalar zərər görmüş olacaq. İnsan tələfatı bu zaman qaçınılmaz olacaq. Vətəndaşların özləri də onların qəzalı vəziyyətdə olan binaların sökülməsinə maraq göstərməlidir. Bu onlara gələcəkdə baş verə biləcək hər hansı bir təhlükədən qorumuş olur. Başqa bir tərəfdən vətəndaşın əmlakının dəyəri iki dəfəyə qədər yeni mənzillər ilə dəyərləndirilir".
 

Bölmənin digər xəbərləri

20 Aprel 2025 60-dan çox şagird bu gün keçiriləcək buraxılış imtahanında iştirak edə bilməyəcək - SƏBƏB
20 Aprel 2025 Türkiyədə turistlər üçün hazırlanmış saxta avro sikkələri müsadirə olundu
20 Aprel 2025 Bu gün Bakının 550 küçəsi yuyulub
20 Aprel 2025 32 nəfərin zəhərləndiyi "Venesiya"da bu axşam da toy var - Bir nəfər 80 manatdan başlayır
20 Aprel 2025 Adı plastik cərrahların siyahısında olmayanların aqibəti necə olacaq? - VİDEO
20 Aprel 2025 İntensiv yağıntı zamanı su altında qalan maşınların aqibəti necə olacaq? - VİDEO
19 Aprel 2025 Nazir müavini Saməddin Əsədovun qanunsuzluqları aşkarlandı- Tenderlərdə bu qədər vəsaiti.....
19 Aprel 2025 Qanunsuz mərc oyunları - 29 milyon dövriyyəsi olan Urfan Quliyev necə bəraət alıb?
19 Aprel 2025 Azərbaycanda “brend mallar” adı altında keyfiyyətsiz məhsullar satılır – HEÇ BİR QURUM MƏSULİYYƏTİ ÜZƏRİNƏ GÖTÜRMƏK İSTƏMİR
19 Aprel 2025 Anar Axundovla Valeh Mirzəliyevin 1.3 milyonluq vəsaiti.....-Qalmaqal
18 Aprel 2025 Bakıda həmin vaxt avtobuslardan pulsuz istifadə ediləcək?
18 Aprel 2025 İcra Hakimiyyəti məndən hər ay 500 manat istəyir
18 Aprel 2025 Təhsil Tələbə Krediti Fondu kimlərə kredit verib? - Rəsmi yoxlama aparıldı, ortaya elə faktlar çıxdı ki...
18 Aprel 2025 Bakıda təhlükəli vəziyyət: Körpünü bu balaca taxta saxlayır – FOTO
18 Aprel 2025 Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin bu əmlaklarına həbs qoyulacaq-Siyahı
18 Aprel 2025 Məşhur plastik cərrahlara qadağa - Siyahıda yoxdular
18 Aprel 2025 "Şərur" MTK-nın mənzillərini su damır- Video
18 Aprel 2025 Rusiya İran casusunu Azərbaycana vermədi - DETALLAR
18 Aprel 2025 Kürdəmirdə 2 yaşlı körpə xəstəxanada öldü
17 Aprel 2025 Bakıda ataya hücum edib, uşaqlarını qaçırdılar

Dünyapress TV

Xəbər lenti