1950-ci illərdə İstanbulda üç polis təqaüdə çıxdıqdan sonra dolanışıq dərdi ilə üz-üzə qalır. Onlar əvvəlki işlərinə görə tanındıqları bir binanı kirayəyə götürərək “Küçükpazar Karakolu” adlı saxta polis bölməsi qururlar. Hər şeyi gerçək bir polis bölməsinə uyğun şəkildə təşkil edirlər və işlərinə davam edirlər. Hətta yerli polis rəisinin məlumatı olmadan bu bölgədəki cinayət işlərini də idarə edirlər. Bir müddət sonra, əsl polis bölməsindən bir məmur kömür paylanması üçün göndərilir və "Küçükpazar Karakolu" haqqında heç bir məlumatın olmadığını anlayır. Nəhayət, məsələ şəhər polis rəhbərliyinə çatır və bölgə rəisi bu saxta karakolu qanuniləşdirmək qərarına gəlir. Bu hadisə illər boyu xatırlanmaz, amma saxta olaraq qurulan bu karakol sonradan rəsmi status qazanır! Tərxan Paşazadə TEREF