Bakıda şadlıq saraylarında menyu qiymətləri... - Sahibkar SİRLƏRİ AÇDI
Toy etmək istəyənləri maraqlandıran ən vacib məsələlərdən biri də şadlıq evlərindəki qiymətlərdir. Bakıda xeyli sayda şadlıq evləri var ki, hər biri də qiymətinə görə seçilir.

Redaktor.az ən məşhur olan şadlıq evlərindən bəzilərinin menyu qiymətlərini təqdim edir:

"Saphir" - 150 AZN-dən;

"Neolit" - 100 AZN-dən;

"Grand Opera" - 120 AZN-dən;

"Badi Səba" - 37 AZN-dən;

"Yeganə" - 100 AZN-dən;

"İmperial" - 55 AZN-dən;

"Altun" - 65 AZN-dən;

"Kolizey" - 55 AZN-dən;

"Elux Events Hall" - 220 AZN-dən;

"Grand Neon" - 60 AZN-dən başlayan menyuların qiyməti bəzi hallarda qonaq sayına görə dəyişir və artır.

Maraqlıdır, bu qiymətlər arasındakı fərqliliyin səbəbi nədir və nədən asılıdır?

Bu barədə Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi Redaktor.az-a açıqlamasında bildirdi ki, şadlıq evlərinin qiymətləri müxtəlifdir və bahalaşma müşahidə olunur:

"Bu, qida məhsullarının və digər mal-materialların qiymətinin, işçi güvvəsinin xərclərinin artması kimi amillərdən asılıdır. Nəzərə almaq lazımdır ki, toyun xərcləri yalnız iaşə xidməti ilə məhdudlaşmır, burada foto-video çəkilişlər, müxtəlif animaslyalar, gül-çiçək, nigahın rəsmiləşdirilməsi, bəy və gəlin paltarları, saç düzümü, avtomobil icarəsi və daha nələri bu siyahıya əlavə edə bilərik. Bu xidmətlərin xərcləri bir çox hallarda şadlıq sarayının banket xidmətinin qiymətlərindən baha başa gəlir".

Sahibkar Mahir Zeynalov isə qeyd etdi ki, menyuların qiymət fərqlərinin böyük olmasının səbəbi həm yeməklərin və içkilərin çeşidləri, həm də keyfiyyəti ilə bağlıdır:

"Ümumiyyətlə, zalların özündə masalara verilən servizlərdə belə fərqlər mövcuddur. 40-50 manatlıq menyuda ola bilsin ki, bir çox çeşid yazılsın, amma stola verilən daha az olmuş olsun. Məsələn, 60 manatlıq menyularda verilən balıq panqasiusdur ki, kilosu 5-10 manatdır və çox yararsız balıqdır. Amma 100-150 manatlıq menyuda asetrin verilir. Aşağı qiymətli menyuda əgər ancaq yerli spirtli içkilərdirsə, bahalı menyuda rus, ukrayna içkiləri verilir".

Mahir Zeynalovun sözlərinə görə, 100-150-200 manatlıq menyular keyfiyyət cəhətdən bir-birinə yaxındır:

"Sadəcə olaraq balıq çeşidlərinin çoxluğu və spirtli içkilərin qiyməti menyunun da qiymətini dəyişir. Məsələn, 100 manatlıq menyuda qara kürü verə bilməyəcəklər, amma 150 manatlıq menyuda veriləcək. 200 manatlıq menyuda həm asetrin, həm beluqa, həm krevetka, həm qızıl balıq veriləcək, eyni zamanda hisə verilmiş balıq çeşidləri də olacaq ki, qiyməti dəyişən də elə bunlardır. Həmçinin xidmət edən personalın da çalışdığı qiymət ayrı-ayrıdır. 100-200 manatlıq menyuda işləyən xidmətçilər günlük 25-30 manat alırsa, 45-60 manatlıq menyuda işləyənlər 10-15 manat alırlar. Yüksək qiymətə çalışan personal daha professional olur. Həmin aşağı menyularda isə 15-18 yaşlı gənclər xidmət göstərir".

Ekspert 100-150-200 manatlıq menyulardakı içki fərqlərindən də danışdı:

"100 manatlıq menyuda sadə, 20-25 manatlıq viski, 150 manatlıqda 50-60 manatlıq, 200 manatlıqda isə 150-200 manatlıq viski verilir. Bütün spirtli içkilərin, meyvə sularının, qazlı içkilərin hər biri bu cür dəyişir. Məsələn, 150-200 manatlıq menyularda ancaq xarici meyvə şirələri və qazlı-qazsız sular verilir, ancaq 100-150 manatlıqlarda isə həm yerli, həm də xarici su və şirələr olur. 40-60 manatlıq menyularda isə ümumiyyətlə, sex malları verilir. Heç həmin məhsullara marketlərdə rast gəlmək olmur, ancaq şadlıq evləri üçün istehsal olunur və çox keyfiyyətsiz olurlar".
 

Bölmənin digər xəbərləri

20 Aprel 2025 60-dan çox şagird bu gün keçiriləcək buraxılış imtahanında iştirak edə bilməyəcək - SƏBƏB
20 Aprel 2025 Türkiyədə turistlər üçün hazırlanmış saxta avro sikkələri müsadirə olundu
20 Aprel 2025 Bu gün Bakının 550 küçəsi yuyulub
20 Aprel 2025 32 nəfərin zəhərləndiyi "Venesiya"da bu axşam da toy var - Bir nəfər 80 manatdan başlayır
20 Aprel 2025 Adı plastik cərrahların siyahısında olmayanların aqibəti necə olacaq? - VİDEO
20 Aprel 2025 İntensiv yağıntı zamanı su altında qalan maşınların aqibəti necə olacaq? - VİDEO
19 Aprel 2025 Nazir müavini Saməddin Əsədovun qanunsuzluqları aşkarlandı- Tenderlərdə bu qədər vəsaiti.....
19 Aprel 2025 Qanunsuz mərc oyunları - 29 milyon dövriyyəsi olan Urfan Quliyev necə bəraət alıb?
19 Aprel 2025 Azərbaycanda “brend mallar” adı altında keyfiyyətsiz məhsullar satılır – HEÇ BİR QURUM MƏSULİYYƏTİ ÜZƏRİNƏ GÖTÜRMƏK İSTƏMİR
19 Aprel 2025 Anar Axundovla Valeh Mirzəliyevin 1.3 milyonluq vəsaiti.....-Qalmaqal
18 Aprel 2025 Bakıda həmin vaxt avtobuslardan pulsuz istifadə ediləcək?
18 Aprel 2025 İcra Hakimiyyəti məndən hər ay 500 manat istəyir
18 Aprel 2025 Təhsil Tələbə Krediti Fondu kimlərə kredit verib? - Rəsmi yoxlama aparıldı, ortaya elə faktlar çıxdı ki...
18 Aprel 2025 Bakıda təhlükəli vəziyyət: Körpünü bu balaca taxta saxlayır – FOTO
18 Aprel 2025 Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin bu əmlaklarına həbs qoyulacaq-Siyahı
18 Aprel 2025 Məşhur plastik cərrahlara qadağa - Siyahıda yoxdular
18 Aprel 2025 "Şərur" MTK-nın mənzillərini su damır- Video
18 Aprel 2025 Rusiya İran casusunu Azərbaycana vermədi - DETALLAR
18 Aprel 2025 Kürdəmirdə 2 yaşlı körpə xəstəxanada öldü
17 Aprel 2025 Bakıda ataya hücum edib, uşaqlarını qaçırdılar

Dünyapress TV

Xəbər lenti