Baltalı qovğanın yeni epizodu
Ağadadaş Ağayevin "Medera” hospitalını məhkəməyə verməsi təbiidir. İlk gündən bəlliydi ki, bu qovğada tərs bir şeylər, əndazələrin aşılması hadisəsi var.

İyul ayının üçüncü ongünlüyündə baş verən dava-dalaşın tərəfləri tanınmış sənətçi və klinikanın gözətçisi olsa da, ölkəni başına götürmüş qalmaqalda bir ilk baxışdan gözə görünməyən tərəf də vardı.

Bu, məhz “Medera” klinikasıydı. Adi bir məişət hadisəsini ölkənin ictimai-siyasi gündəminə pərçim edən, 7-dən 77-yə qədər hər kəsin bildiyi, müzakirə etdiyi bir ixtilafa dönüşdürən klinika rəhbərliyi olmuşdu.

Söz yox, yaşadığı ağrı-acı üzündən əsəblərini cilovlaya bilməyən sənətçi də, ona artıqlaması ilə cavab göstərən mühafizəçi də qatıldıqları davaya görə məsuliyyət, özü də cinayət məsuliyyəti daşıyırlar, amma klinika rəhbərliyinin məsuliyyət payı daha böyükdür.

Ona görə də Ağadadaş Ağayevin vəkili baş vermis hadisənin videogörüntülərini, onun klinikada müayinə və müalicəsi ilə bağlı məlumatları razılığı olmadan, qanunsuz formada ictimailəşdirildiyini, bunun hüquq normalarına zidd olduğunu bəyan edərkən haqlıdır.

Vəkil düz deyir, həmin görüntülər gerçəkdən də A.Ağayevin şəxsi həyatının gizliliyini pozub, onun şərəf və ləyaqətinə, ictimai nüfuzuna ciddi, bərpaolunmaz zərər vurub.

Təsəvvür edin ki, 42 ildən bəridir ölkənin şou-biznes sferasında populyar olan, hər kəsin tanıdığı bir sənətçi klinika rəhbərliyinin səyi nəticəsində ictimaiyyətə cinayətkar kimi təqdim edildi və xalqda yaradılmış ilk rəy sona qədər eyni cür qaldı, hələ də elədir.

Hadisə barədə “Medera” tərəfindən müxtəlif media qurumlarına servis edilən ilk xəbərin başlığı beləydi: “Ağadadaş Ağayev adam baltaladı”.

Sonra onsuz da brend olan bu ad-soyadın sıradan birinə, Ağayev Ağadadaş adlı başqa və adi adama məxsus olmadığını göstərmək üçün müvafiq başlığa “müğənni” sözü də əlavə edildi.

Ardınca təfərrüatlar yayıldı, məlum oldu ki, müğənni heç də kimisə baltayla şaqqalamayıb, üstünə gələn adama 10-15 metrdən balta atıb və balta klinikanın qapısından içəri keçib.

Bütün bu hadisələrin hamısının klinikanın İT mütəxəssisləri tərəfindən montaj edilmiş videogörüntüləri gen-bol yayılırdı.

Sonra iddia olundu ki, A.Ağayevin atdığı balta klinikanın xadiməsini yaralayıb. Ancaq ortada yaralı yox idi, sadəcə, bir qadının adı çəkilirdi. Daha sonra bəlli oldu ki, balta qadını ciddi yaralamayıb, eləcə, sapı qadının ayağına toxunub. Videoların birində görünürdü ki, bir qadın qıvraq hərəkətlə baltanı yerdən götürüb gizlətməyə aparır.

Lap axırda mühafizəçinin 67 yaşlı müğənnini idman fəndi ilə yerə çırpdığını, ona lazım olduğundan artıq zor tətbiq etdiyini əks etdirən görüntülər meydana çıxdı.

Bütün bunları “Medera” klinikası edirdi. Onun şəfa ocağı, yoxsa piar mərkəzi, montaj studiyası olması bəlli deyildi.

O zaman bir çox jurnalistlər məhz bu məqama vurğu edir, klinikanın sönükən ocağa benzin çilədiyini yazırdılar. Amma hamının başı tərəf tutmağa qarışmışdı, bir tirə xalq artistini yamanlayırdı, bir tirə onu müdafiə edir, mühafizəçini haqlı elan edirdi.

Budur, indi yayılmış istintaq materiallarına, həssas məlumatlara, məhkəmənin hökmü olmadan bir insanın cinayətkar adlandırılmasına görə cavab vermək lazımdır.

Maraqlıdır, “Medera” klinikasının rəhbərliyi nəyə görə həm özünü, həm də məşhur sənətçini dilə-dişə salmaq yolu seçib və bu işi belə canfəşanlıqla, hay-küylə, nyu-media fəndləri ilə həyata keçirirdi?

Buna səhih cavabı klinika rəhbərliyi verə bilər. Amma güman ki, onlar zeytun yağı kimi üzə çıxmaq səciyyəsi daşıyan hərəkətlərin qanun pozuntusu və özlərinin ziyanına olduğunu anlamayıblar.

Hazırda ölkədə hamı “Medera”nı Ağadadaş Ağayevin başına gələn hadisəyə görə tanıyır.

Elə Ağadadaş Ağayevin adı çəkiləndə də yada düşən ilk şey onun son 43 ildə oxuduğu mahnılar olmur, əlinə balta götürüb klinikaya hücum etməsi olur.

Bu hadisənin ölkədəki ictimai-siyasi ortamı nə qədər gərginləşdirdiyi, sinfi ziddiyyətləri üzə çıxardığını nəzərə alsaq, bu qovğanı bu şəkildə ictimailəşdirənlərin nə boyda qəbahətə yol verdikləri anlaşılar.

Gerçəkdən də bu hadisəyə görə insanlar cəbhələşmişdilər: orta təbəqədən aşağıda yaşayan insanlar kütləvi şəkildə müğənnini döyən mühafizəçinin tərəfindəydilər və bir “ağ adam”ın cəzalandırılması onlara ləzzət eləmişdi. Eyni zamanda özünü orta təbəqədən yuxarıda sayan adamlar da sənətçini bir proletar tərəfindən incidilən ağa rolunda görür, onun tərəfini tuturdular.

Qoy “Medera”nın cavabdehləri məhkəmədə desinlər, görək, niyə belə hərəkət ediblər.

Xalid KAZIMLI - Musavat.Com
 

Bölmənin digər xəbərləri

21 Aprel 2025 ABŞ-də təyyarə qəzası: Ölənlər var
21 Aprel 2025 “EŞKİYA DÜNYAYA HÜKÜMDAR OLMAZ” HİKAYESİ…
21 Aprel 2025 Bakıda şadlıq sarayında KÜTLƏVİ DAVA: Polis müdaxilə ETDİ
21 Aprel 2025 Qəzada sağ qalan sürücünü köməyə gələn kranın trosu öldürdü
21 Aprel 2025 Bakıdakı yanğın zamanı beş avtomobil külə döndü — VİDEO
21 Aprel 2025 Uşağa pul göstərib sonra oğurlayıbmış — VİDEO
20 Aprel 2025 60-dan çox şagird bu gün keçiriləcək buraxılış imtahanında iştirak edə bilməyəcək - SƏBƏB
20 Aprel 2025 Türkiyədə turistlər üçün hazırlanmış saxta avro sikkələri müsadirə olundu
20 Aprel 2025 Bu gün Bakının 550 küçəsi yuyulub
20 Aprel 2025 32 nəfərin zəhərləndiyi "Venesiya"da bu axşam da toy var - Bir nəfər 80 manatdan başlayır
20 Aprel 2025 Adı plastik cərrahların siyahısında olmayanların aqibəti necə olacaq? - VİDEO
20 Aprel 2025 İntensiv yağıntı zamanı su altında qalan maşınların aqibəti necə olacaq? - VİDEO
19 Aprel 2025 Nazir müavini Saməddin Əsədovun qanunsuzluqları aşkarlandı- Tenderlərdə bu qədər vəsaiti.....
19 Aprel 2025 Qanunsuz mərc oyunları - 29 milyon dövriyyəsi olan Urfan Quliyev necə bəraət alıb?
19 Aprel 2025 Azərbaycanda “brend mallar” adı altında keyfiyyətsiz məhsullar satılır – HEÇ BİR QURUM MƏSULİYYƏTİ ÜZƏRİNƏ GÖTÜRMƏK İSTƏMİR
19 Aprel 2025 Anar Axundovla Valeh Mirzəliyevin 1.3 milyonluq vəsaiti.....-Qalmaqal
18 Aprel 2025 Bakıda həmin vaxt avtobuslardan pulsuz istifadə ediləcək?
18 Aprel 2025 İcra Hakimiyyəti məndən hər ay 500 manat istəyir
18 Aprel 2025 Təhsil Tələbə Krediti Fondu kimlərə kredit verib? - Rəsmi yoxlama aparıldı, ortaya elə faktlar çıxdı ki...
18 Aprel 2025 Bakıda təhlükəli vəziyyət: Körpünü bu balaca taxta saxlayır – FOTO

Dünyapress TV

Xəbər lenti