Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində ölkədə fəaliyyət göstərən 26 siyasi partiyadan 25-i öz namizədləri ilə iştirak edib.
Yeniavaz.com xəbər verir ki, seçkidə iştirak edən 25 partiyanın isə 14-nün sədri deputatlığa namziəd olub.
Onlardan 7-si seçki dairələri üzrə ən çox səs toplayan namizəd olub.
Deputatlığa namizəd olan partiya sədrləri arasında ən yükəsk səsi Demokratik İslahatlar Partiyasının sədri Mollazadə Asim Nazim oğlu toplayıb. Asim Mollazadə 22 saylı Nəsimi-Yasamal seçki dairəsində seçicilərin 58 faiz səsini (8 min 180 səs) toplaya bilib.
7 siyasi partiyanın sədri isə namizəd olduqları seçki dairəsində lider ola bilməyib. Onların arasında ən az səs topyan partiya sədri isə Gələcək Azərbaycan Partiyasının sədri İbrahimov Ağasif Şakir oğlu olub. Ağasif İbrahimov seçicilərin cəmi 2,1 faizinin səsini (360 səs) toplayıb.
Seçki dairəsində lider olan partiya sədrləri:
- Demokratik İslahatlar Partiyası – 22 saylı Nəsimi-Yasamal seçki dairəsi - Mollazadə Asim Nazim oğlu (DİP) – 8 min 180 səs (58 faiz).
- Böyük Azərbaycan Partiyası – 10 saylı Binəqədi üçüncü seçki dairəsi - Musayev Elşad Nəbi oğlu (BAP) – 11 min 576 səs (57 faiz).
- Ədalət, Hüquq, Demokratiya Partiyası – 36 saylı Xətai-Suraxanı seçki dairəsi - Həsənquliyev Qüdrət Müzəffər oğlu (ƏHD) – 9 min 55 səs (53,1 faiz).
- Azərbaycan Demokratik Maarifçilik Partiyası – 116 saylı Qəbələ seçki dairəsi - Musayev Elşən Məmmədhənifə oğlu (ADMP) – 10 min 432 səs (52,5 faiz).
- Böyük Quruluş Partiyası – 26 saylı Sabunçu birinci seçki dairəsi - Mustafa Fazil Qəzənfər oğlu - 8 min 651 səs (49,5 faiz).
- Milli Cəbhə Partiyası – 81 saylı İmişli seçki dairəsi - Nurullayev Razi Qulaməli oğlu (MCP) - 8 min 300 səs (48,4 faiz).
- Azərbaycan Milli İstiqlal Partiyası – 27 saylı Sabunçu ikinci seçki dairəsi - Əlizadə Arzuxan Baxşəli oğlu (AMİP) - 7 min 114 səs (43,5 faiz).
Seçki dairəsində lider ola bilməyən partiya sədrləri:
- Ağ Partiya – 21 saylı Nəsimi-Binəqədi seçki dairəsi - Abbaslı Tural Feyruz - 2 min 536 səs (27,8 faiz).
- Azərbaycan Xalq Partiyası – 68 saylı Sabirabad-Şirvan seçki dairəsi - Hüseyn Pənah Çodar oğlu - 3 min 112 səs (14,4 faiz).
- Klassik Xalq Cəbhəsi Partiyası – 43 saylı Sumqayıt ikinci seçki dairəsi Fəttayev Mirmahmud Mirəli oğlu - 1 410 səs (9,2 faiz).
- Respublikaçı Alternativ Partiyası – 22 saylı Nəsimi-Yasamal seçki dairəsi - Məmmədov İlqar Eldar - 933 səs (6,6 faiz).
- Yeni Zaman Partiyası – 118 saylı Ağdam-Xocalı seçki dairəsi - Ağayev Musa Habil oğlu - 1 690 səs (6,5 faiz).
- Azad Vətən Partiyası – 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsi - Nağı Akif Qazax oğlu - 1 216 səs (4,7 faiz).
- Gələcək Azərbaycan Partiyası – 8 saylı Binəqədi birinci seçki dairəsi - İbrahimov Ağasif Şakir oğlu - 360 səs (2,1 faiz).