Hakimiyyətin hüquqdan xəbərsiz hüquqşünas deputatı: digər namizəd qanunsuzluq aşkarladı
69 saylı Biləsuvar Dairə Seçki Komissiyasından (DSK) bitərəf kimi namizədliyini irəli sürmüş Nurlan Mirəli ötən seçkilərdə həmin dairədən mandat almış, hazırda isə namizəd olan Bəhruz Məhərrəmovun qanun pozuntusuna yol verdiyini deyir.

Bu barədə Nurlan Mirəli sosial media hesabında fotoşəkil paylaşıb.

O qeyd edib ki, Bəhruz Məhərrəmov Seçki Məcəlləsini kobud şəkildə pozub və onunla bağlı hüquqi tədbirlər görülməlidir:

"69 saylı Biləsuvar DSK-dan namizəd və hazırda Biləsuvarın təyin olunmuş deputatı Bəhruz Məhərrəmov kobud qanun pozuntusuna yol verib, birbaşa Seçki Məcəlləsinin tələbini pozub. Qanunla namizədin posterinin və plakatının aşağı hissəsində mətbənin, sifarişçinin və tirajın sayını qeyd edilməlidir, amma Bəhruz Məhərrəmov bunu etməyib".

Onun sözlərinə görə, DSK da namizədin bu qanunsuzluğuna göz yumub: "DSK buna göz yumub, heç bir tədbir görməyib. Mən dünən aşkarladıqdan və fotolar çəkdikdən sonra bu gün tezbazar hər yerdə posterləri dəyişirlər".

Nurlan Mirəli "Arqument.az"a deyib ki, baş verən qanun pozuntusu ilə bağlı Mərkəzi Seçki Komissiyasına rəsmi müraciət edəcək və Bəhruz Məhərrəmovun namizədliyinin ləğvini tələb edəcək:
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-08_1723549745_1.jpg
"Bu qanun pozuntusu namizədliyin ləğvini nəzərdə tutur və sabah bununla bağlı Mərkəz Seçki Komissiyasına müraciət edəcəyəm. Sübut olaraq demək olar ki, bütün məntəqələrdə videoçəkiliş və şəkillər var".

Mirəli "Arqument.az"a onu da qeyd edib ki, bu məsələni hüquqi müstəvidə sona qədər davam etdirəcək.

Bəs qanun nə deyir?

Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 87.3-cü maddəsinə görə, "seçkiqabağı çap və audiovizual təşviqat materiallarında bu materialları hazırlayan və hazırlanmasını sifariş edən təşkilatların adı, materialların tirajı və buraxılış tarixi barədə məlumat olmalıdır".

Həmçinin Məcəllənin 87.4-cü maddəsində deyilir: "Çap olunan seçkiqabağı təşviqat materialları haqqında tam məlumatları və ya onların surətlərini qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu seçki komissiyasına təqdim etməlidir. Göstərilən materiallarla birlikdə müvafiq seçki komissiyasına bu materialları sifariş edən və hazırlayan təşkilatların ünvanları barədə məlumat da təqdim edilməlidir".

Daha sonra Məcəllənin 87.5-ci maddəsində qeyd olunur ki, "seçkiqabağı təşviqat materiallarının bu Məcəllənin 87.3-87.4-cü maddələrinin tələblərini pozmaqla yayılması qadağandır".

Bəs Dairə Seçki Komissiyası nə etməlidir?

Məcəllənin 87.9-cü maddəsinin tələbinə görə, saxta seçkiqabağı çap, audiovizual və digər təşviqat materiallarının və ya bu Məcəllənin 87.3-cü, 87.4-cü, 87.7-ci, 87.8-ci maddələrinin tələblərinin pozulması ilə seçkiqabağı təşviqat materiallarının yayılması barədə məlumat alan seçki komissiyası müvafiq tədbirlər görməli, hüquq mühafizə orqanlarına və digər orqanlara qanunazidd təşviqatın dayandırılması və qanunsuz yayılan seçkiqabağı təşviqat materiallarının götürülməsi barədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və ya Cinayət Məcəlləsinə uyğun olaraq məhkəməyə müraciət etməlidir.

Bəhruz Məhərrəmov qanunu bilmir?

Bəhruz Məhərrəmovun avtobioqrafiyasında qeyd olunur ki, o, hüquqşünas alim, hüquq üzrə fəlsəfə doktoru, dosentdir.

Bununla yanaşı, Azərbaycan Respublikasının Milli Məclisinin VI çağırış deputatı, Vəkillər Kollegiyasının üzvüdür.

2012-ci ildən BDU hüquq fakültəsində elmi-pedaqoji fəaliyyətlə məşğuldur.

3 kitab, 7 tədris proqramı, 30-dan artıq elmi məqalənin müəllifidir.

İxtisasca hüquqşünas və həmçinin Vəkillər Kollegiyasının üzvü olan Məhərrəmovun Seçki Məcəlləsindən xəbərsiz olması anlaşılan deyil. Görünür, daha çox siyasi açıqlamaları ilə gündəmə gələn deputat qanunları oxumur və ya bu addımları bilərəkdən edir. Hakimiyyətin yeni kadr kimi təqdim etdiyi deputatın hüquqi bilgiləri bu səviyyədədirsə, onun Milli Məclisdə qəbul olunmuş qanunlara münasibəti və necə səs verməsi də suallar yaradır.

Bu suallara cavab almaq üçünsə Bəhruz Məhərrəmovla əlaqə saxlamaq mümkün olmayıb.
 

Bölmənin digər xəbərləri

21 Aprel 2025 ABŞ-də təyyarə qəzası: Ölənlər var
21 Aprel 2025 “EŞKİYA DÜNYAYA HÜKÜMDAR OLMAZ” HİKAYESİ…
21 Aprel 2025 Bakıda şadlıq sarayında KÜTLƏVİ DAVA: Polis müdaxilə ETDİ
21 Aprel 2025 Qəzada sağ qalan sürücünü köməyə gələn kranın trosu öldürdü
21 Aprel 2025 Bakıdakı yanğın zamanı beş avtomobil külə döndü — VİDEO
21 Aprel 2025 Uşağa pul göstərib sonra oğurlayıbmış — VİDEO
20 Aprel 2025 60-dan çox şagird bu gün keçiriləcək buraxılış imtahanında iştirak edə bilməyəcək - SƏBƏB
20 Aprel 2025 Türkiyədə turistlər üçün hazırlanmış saxta avro sikkələri müsadirə olundu
20 Aprel 2025 Bu gün Bakının 550 küçəsi yuyulub
20 Aprel 2025 32 nəfərin zəhərləndiyi "Venesiya"da bu axşam da toy var - Bir nəfər 80 manatdan başlayır
20 Aprel 2025 Adı plastik cərrahların siyahısında olmayanların aqibəti necə olacaq? - VİDEO
20 Aprel 2025 İntensiv yağıntı zamanı su altında qalan maşınların aqibəti necə olacaq? - VİDEO
19 Aprel 2025 Nazir müavini Saməddin Əsədovun qanunsuzluqları aşkarlandı- Tenderlərdə bu qədər vəsaiti.....
19 Aprel 2025 Qanunsuz mərc oyunları - 29 milyon dövriyyəsi olan Urfan Quliyev necə bəraət alıb?
19 Aprel 2025 Azərbaycanda “brend mallar” adı altında keyfiyyətsiz məhsullar satılır – HEÇ BİR QURUM MƏSULİYYƏTİ ÜZƏRİNƏ GÖTÜRMƏK İSTƏMİR
19 Aprel 2025 Anar Axundovla Valeh Mirzəliyevin 1.3 milyonluq vəsaiti.....-Qalmaqal
18 Aprel 2025 Bakıda həmin vaxt avtobuslardan pulsuz istifadə ediləcək?
18 Aprel 2025 İcra Hakimiyyəti məndən hər ay 500 manat istəyir
18 Aprel 2025 Təhsil Tələbə Krediti Fondu kimlərə kredit verib? - Rəsmi yoxlama aparıldı, ortaya elə faktlar çıxdı ki...
18 Aprel 2025 Bakıda təhlükəli vəziyyət: Körpünü bu balaca taxta saxlayır – FOTO

Dünyapress TV

Xəbər lenti