“Ölüm cakkuzisi”: Robotun daldığı göl niyə canlıları yox edirdi?- Maraqlı faktlar-FOTO
Statistikalar göstərir ki, okeanların cəmi 5%-i öyrənilib. Təəssüf ki, bu ecazkar aləmin kəşfinə və öyrənilməsinə kifayət qədər vaxt və maliyyə ayrılmır.

Hansısa təsadüf və ya həvəskar alimlərin araşdırmaları nəticəsində əldə olunan yeni məlumatlar insanı hər dəfə valeh edir.

Meksika körfəzi deyəndə ağlımıza ilk oraya tonlarla neftin axıdılması və həyatın canlılar üçün iflic edilməsi təsəvvürü gəlir. Üstəlik bu sızma dəfələrlə baş verib və tarixin ən iri həcmli neft sızması hesab olunub. Uğursuz və uzun-uzadı cəhdlərdən sonra ABŞ hökuməti guya, 2010-cu ildə sızmanı dayandırıldığını iddia etsə də, 2012-ci il araşdırması sızmanın hələ də davam etdiyini göstərir.

Körfəzin bəlası təkcə oraya milyonlarla barel neft sızması ilə bağlı deyil. Sən demə, suyun dərinliklərində başqa bir ölümcül “qatil” də yatırmış.

2014-cü ildə körfəzdə araşdırma aparan alimlər qəribə bir mənzərənin şahidi olublar. Körfəzin təxminən min metr dərinliyindən aşağıda yerləşən, dərinliyi 3,5 olan və hövzəsi 30 metr səthi əhatə edən kiçik bir göl kəşf olunub. Lakin qeyd olunan ərazidə nədənsə bircə canlıya da rast gəlməyiblər. Araşdırmalar zamanı bəlli olub ki, qeyd olunan ərazidə çox kiçik mikroorqanizmlər yaşayırlar. Müxtəlif versiyalar irəli sürülsə də, axırda kəşf olunan “sualtı göl”ün duzluluq faizinin ölçülməsi qərara alınır. Bəlli olur ki, “sualtı qatil”in duzluluq dərəcəsi o qədər yüksəkdir ki, nəinki canlılara yaşamağa imkan vermir, hətta hövzəyə daxil olan canlılar üçün də ölüm saçır.

Elm dünyasına səs salan bu hövzəyə “Ölüm cakkuzisi” adı verilir. Dəfələrlə su heyvanlarının sakitcə daxil olduqları bu “cakkuzi”də saniyələr içində məhv olduqları müşahidə olunub.

Bu kəşf kosmosda başqa qalaktikalarda həyat axtarışında olan alimlərin diqqətini çəkib. İki ildən sonra böyük maliyyələr hesabına “qatil göl”ə robotla dalış həyata keçirilib. Göndərilən robot həm ərazinin xəritəsini tərtib etməli, həm də araşdırmalar edib məlumatlar göndərməli idi. Robot bütün missiyaları uğurla həyata keçirib və olduqca qiymətli məlumatlar göndərib.

“Ölüm cakkuzisi”nin kəşfi Templ Universitetinin bioloqu Erik Kardesin adına yazılır. Kardes hövzə ilə bağlı təəssüratlarını bölüşərkən bunları deyib: “Ora okeanın altında bir göl və çay kimidir. Oranı görəndə sanki bu dünyaya aid olmayan bir yer deyilmiş kimi hiss edirsən”.

Kardes bu ölümcül hövzədə mikroorqanizmlərin yaşama sirrini də izah edir. O, bunu yüksək duzluluq faizinə və oksigenə az adaptasiya ilə izah edir.

Canlıların adaptasiya xüsusiyyəti məhz bu “ölüm cakkuzisi”ndə kəşf olunur və gələcəkdə belə çətin şəraiti olan planetlərdə də həyat axtarmaq üçün bir stimul yaradır.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-08_1723480282_2.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-08_1723480283_3.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-08_1723480283_4.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-08_1723480283_5.jpg

 

Bölmənin digər xəbərləri

21 Aprel 2025 ABŞ-də təyyarə qəzası: Ölənlər var
21 Aprel 2025 “EŞKİYA DÜNYAYA HÜKÜMDAR OLMAZ” HİKAYESİ…
21 Aprel 2025 Bakıda şadlıq sarayında KÜTLƏVİ DAVA: Polis müdaxilə ETDİ
21 Aprel 2025 Qəzada sağ qalan sürücünü köməyə gələn kranın trosu öldürdü
21 Aprel 2025 Bakıdakı yanğın zamanı beş avtomobil külə döndü — VİDEO
21 Aprel 2025 Uşağa pul göstərib sonra oğurlayıbmış — VİDEO
20 Aprel 2025 60-dan çox şagird bu gün keçiriləcək buraxılış imtahanında iştirak edə bilməyəcək - SƏBƏB
20 Aprel 2025 Türkiyədə turistlər üçün hazırlanmış saxta avro sikkələri müsadirə olundu
20 Aprel 2025 Bu gün Bakının 550 küçəsi yuyulub
20 Aprel 2025 32 nəfərin zəhərləndiyi "Venesiya"da bu axşam da toy var - Bir nəfər 80 manatdan başlayır
20 Aprel 2025 Adı plastik cərrahların siyahısında olmayanların aqibəti necə olacaq? - VİDEO
20 Aprel 2025 İntensiv yağıntı zamanı su altında qalan maşınların aqibəti necə olacaq? - VİDEO
19 Aprel 2025 Nazir müavini Saməddin Əsədovun qanunsuzluqları aşkarlandı- Tenderlərdə bu qədər vəsaiti.....
19 Aprel 2025 Qanunsuz mərc oyunları - 29 milyon dövriyyəsi olan Urfan Quliyev necə bəraət alıb?
19 Aprel 2025 Azərbaycanda “brend mallar” adı altında keyfiyyətsiz məhsullar satılır – HEÇ BİR QURUM MƏSULİYYƏTİ ÜZƏRİNƏ GÖTÜRMƏK İSTƏMİR
19 Aprel 2025 Anar Axundovla Valeh Mirzəliyevin 1.3 milyonluq vəsaiti.....-Qalmaqal
18 Aprel 2025 Bakıda həmin vaxt avtobuslardan pulsuz istifadə ediləcək?
18 Aprel 2025 İcra Hakimiyyəti məndən hər ay 500 manat istəyir
18 Aprel 2025 Təhsil Tələbə Krediti Fondu kimlərə kredit verib? - Rəsmi yoxlama aparıldı, ortaya elə faktlar çıxdı ki...
18 Aprel 2025 Bakıda təhlükəli vəziyyət: Körpünü bu balaca taxta saxlayır – FOTO

Dünyapress TV

Xəbər lenti