Vəkilin iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA
Daxili İşlər Nazirliyi (DİN) vəkil Toğrul Rzayevin peşə fəaliyyətini yerinə yetirərkən polis tərəfindən təzyiqə məruz qalması iddialarına aydınlıq gətirib.

DİN-in Mətbuat Xidmətinin media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Qafarov bildirib ki, vəkil Toğrul Rzayevin Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi üzrə hüquqlarını müdafiə etdiyi şəxslə görüşməsinə şərait yaradılmadığına dair iddiaları şəxsi mülahizələridir.

"Vətəndaş N.İsrəfilov 23.07.2024-cü il tarixdə Nəsimi Rayon Polis İdarəsinə müraciət edərək Cavadxan küçəsi 30 ünvanında yerləşən iş otağından ona məxsus qızıl-zinət əşyalarının tanışı Zəkiyev Asif Şükür oğlu tərəfindən oğurlandığını bildirməklə tədbir görülməsini xahiş edib.

Fakta görə Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanılaraq A.Zəkiyev şübhəli şəxs qismində tutulub. Elə həmin gün 23.07.2024-cü il tarixdə vəkil Toğrul Rzayev şübhəli şəxs A.Zəkiyevin hüquqlarının müdafiə olunması məqsədi ilə order təqdim edib və ona şübhəli şəxslə konfidensial şəraitdə görüş üçün şərait yaradılıb. Buna baxmayaraq iyulun 25-də A.Zəkiyev ibtidai araşdırmaya qoşulan digər vəkilin iştirakı ilə ərizə ilə müraciət edərək T.Rzayev tərəfindən hüquqlarının müdafiə olunmasından könüllü imtina edib. Buna görə həmin tarixdə vəkil T.Rzayevin cinayət prosesində iştirakına xitam verilib", - Anar Qafarov deyib.

Nazirlik rəsmisi qeyd edib ki, A.Zəkiyevin ifadəsi yerində yoxlanılıb və yaşadığı ünvandan oğurluq yolu ilə ələ keçirdiyi 2 700 manat dəyərində 1 ədəd qızıl üzük, 8.000 manat dəyərində 1 ədəd qızıl qolbağ və 4 500 manat dəyərində 1 ədəd qızıl qol saatı götürülüb:

"İfadənin yerində yoxlanılması zamanı cinayət prosesində iştirakına xitam verilməsinə baxmayaraq vəkil T. Rzayev hadisə yerinə gələrək istintaq hərəkətinin keçirilməsinə qəsdən müdaxilə etməklə maneçilik göstərib.

Qeyd olunub ki, təqsirləndirilən şəxsin ondan imtina etməsinə baxmayaraq T.Rzayev məqsədli şəkildə əsassız olaraq səs-küy salıb, vəkillik fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə yol verib.

Vəkil T. Rzayevin fəaliyyətinə polis əməkdaşları tərəfindən müdaxilə edilməyib, təqsirləndirilən şəxsin başqa vəkilə müraciəti nəzərə alınaraq o, prosesdən kənarlaşdırılıb".

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
 

Bölmənin digər xəbərləri

21 Aprel 2025 ABŞ-də təyyarə qəzası: Ölənlər var
21 Aprel 2025 “EŞKİYA DÜNYAYA HÜKÜMDAR OLMAZ” HİKAYESİ…
21 Aprel 2025 Bakıda şadlıq sarayında KÜTLƏVİ DAVA: Polis müdaxilə ETDİ
21 Aprel 2025 Qəzada sağ qalan sürücünü köməyə gələn kranın trosu öldürdü
21 Aprel 2025 Bakıdakı yanğın zamanı beş avtomobil külə döndü — VİDEO
21 Aprel 2025 Uşağa pul göstərib sonra oğurlayıbmış — VİDEO
20 Aprel 2025 60-dan çox şagird bu gün keçiriləcək buraxılış imtahanında iştirak edə bilməyəcək - SƏBƏB
20 Aprel 2025 Türkiyədə turistlər üçün hazırlanmış saxta avro sikkələri müsadirə olundu
20 Aprel 2025 Bu gün Bakının 550 küçəsi yuyulub
20 Aprel 2025 32 nəfərin zəhərləndiyi "Venesiya"da bu axşam da toy var - Bir nəfər 80 manatdan başlayır
20 Aprel 2025 Adı plastik cərrahların siyahısında olmayanların aqibəti necə olacaq? - VİDEO
20 Aprel 2025 İntensiv yağıntı zamanı su altında qalan maşınların aqibəti necə olacaq? - VİDEO
19 Aprel 2025 Nazir müavini Saməddin Əsədovun qanunsuzluqları aşkarlandı- Tenderlərdə bu qədər vəsaiti.....
19 Aprel 2025 Qanunsuz mərc oyunları - 29 milyon dövriyyəsi olan Urfan Quliyev necə bəraət alıb?
19 Aprel 2025 Azərbaycanda “brend mallar” adı altında keyfiyyətsiz məhsullar satılır – HEÇ BİR QURUM MƏSULİYYƏTİ ÜZƏRİNƏ GÖTÜRMƏK İSTƏMİR
19 Aprel 2025 Anar Axundovla Valeh Mirzəliyevin 1.3 milyonluq vəsaiti.....-Qalmaqal
18 Aprel 2025 Bakıda həmin vaxt avtobuslardan pulsuz istifadə ediləcək?
18 Aprel 2025 İcra Hakimiyyəti məndən hər ay 500 manat istəyir
18 Aprel 2025 Təhsil Tələbə Krediti Fondu kimlərə kredit verib? - Rəsmi yoxlama aparıldı, ortaya elə faktlar çıxdı ki...
18 Aprel 2025 Bakıda təhlükəli vəziyyət: Körpünü bu balaca taxta saxlayır – FOTO

Dünyapress TV

Xəbər lenti