Nə elm var... nə də təhsil: BELƏ HARA GEDİRİK?
509052 yaza bilməyən 1042 müəllim var imiş. Buna gülək, yoxsa ağlayaq? Təxminən 4 minə yaxın müəllim sertifikasiyadan keçə bilməyib və 30 bal belə yığmayıb. Elm və Təhsil Nazirliyinin əsas qayəsi təhsil verməkdirsə, heç bir göstərici ictimailəşdirmədən, ikinci şansda belə uğur qazana bilməyən müəllimlərlə müqaviləyə tərəddüdsüz xitam verməli idi. Amma nazirlik özünü rüsvayi-aləm elədi. Bizim övladlarımıza 509052 yaza bilməyənlər dərs keçir? Millətin gələcəyini onlar yetişdirir? Bəs bu müəllimlər özləri harada təhsil alıblar, necə pedaqoji biliklərə yiyələniblər ki, məktəbdə dərs öyrətmək haqqına sahibləniblər? Ümumiyyətlə, onları necə işə götürüblər? Lakin bu faciə nazir Emin Əmirullayevi narahat etmir. Ona elə gəlir ki, islahat aparır və keyfiyyət dəyişikliyinə gedir. Məgər bu illər ərzində nazirin hansı islahatından bir xeyir görən olub? Hətta adına "elm" də əlavə olundu nazirliyin, hansı elm və təhsildən, fövqəlinkişafdan danışmaq olar? Əgər o 3900 müəllim 2 il ərzində hazırlaşıb bir şeyə nail ola bilmədisə, deməli, quyu çox qurudu. Ona görə sertifikasiyadan ikinci dəfə də "kəsilən" müəllimlərə bundan artıq şans vermək cinayətdir.
Üstəgəl, bir çox məktəblərdə kitablar keçən həftədən yığılıb. Hər halda, çox sayda məktəbdə yığıldığını bilirik. Bəs iyunun 15-dək dərs olmalıdır dirənişinin səbəbi nədir? Hələ üstəlik, Elm və Təhsil Nazirliyinin karyerada ildırım sürəti ilə irəliləyən gənc kadrı Eşqi Bağırov açıqlama verib ki, məktəblərdə yoxlamalar aparılacaq. Nəyi və niyə yoxlayacaqsız? Öz proqramınızdan xəbəriniz yoxdu, bilmirsiz ki, iyunun ilk həftəsində bitib tədris prosesi? Yəni tədrisi belə, müəllimi elə olan ölkənin məktəbləri, təhsili necə olmalıdır axı?
Başqa bir mühüm problem də var - işsizlik. Biz nəticələrə görə biabırçılıq hesab etdiyimiz bu mənzərəyə görə tənqid edirik, amma imtahandan kəsilən müəllimlərin işdən çıxarılması da çıxış yolu sayılmır. Dövlət vətəndaşına sahib çıxmalıdır. Əgər bu gün müəllimlər yaxşı nəticə göstərməyibsə bu birbaşa Elm və Təhsil Nazirliyinin öz günahıdır. Necəki sertifikasıya imtahanı təşkil edə bilir, müəllimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün də bu illər ərzində təlimlər təşkil edə bilərdi. Əgər belədirsə, o zaman bu müəllimlərə ali təhsil haqqında diplomu verən müəssisələrin rektorları başda olmaqla, bütün idarə heyəti həbsxanada çürüməlidir. İndi 4000-ə yaxın bu insanlar nə işləyəcək, hazırki vəziyyətdə maddi ehtiyaclarını necə qarşılayacaqlar?
Nazirlik günahı tək müəllimlərin ayağına yazmalı deyil. Ölkənin təhsil sistemi bərbaddır və buna görə E. Əmirullayev məsuliyyət daşıyır. Fakt budur ki, hələ də pul yığılmasından tutmuş xonça tutan, qızıl alverinə qədər məşğul olan məktəb direktorlarına qədər eybəcər hallar mövcuddur. Tək dərd sertifikasiya deyil ki...
Ramiz Rövşən necə deyirdi:
Kim qoydu bu büstü bizə
Kim bizi bu günə qoydu
Heç kim yanımıza gəlməz
Hamı gələr üstümüzə...

Anaxeber.info
 

Bölmənin digər xəbərləri

23 Noyabr 2024 70 kq qızılla tutulan diplomatımız bu səfirlikdə işləyir - Bakıya gətirildi
23 Noyabr 2024 Restoranlarda təklif olunan ucuz setlər təhlükəlidir? - “Belə istisnalar var”
23 Noyabr 2024 “Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... BƏLAYA DÜŞDÜ!
22 Noyabr 2024 Cavid Qurbanov köməkçisini Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin etdirdi - BU DA BELƏ.
21 Noyabr 2024 Acun Ilıcalı barədə araşdırma başladıldı
21 Noyabr 2024 Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik - Emin Əmrullayev
20 Noyabr 2024 4 yaşlı uşağı yırtıcı parçalayıb - Ata-anası biçində olarkən...
20 Noyabr 2024 Qızını özlərindən çox gözəl olduğunu düşünən ata DNT TESTİ ETDİ
20 Noyabr 2024 Bakıda “Fermerlər üçün İqlim Maliyyəsinin işlək mexanizmi” mövzusunda panel müzakirələr keçirilib
20 Noyabr 2024 YENİ DƏLƏDUZLUQ: Smartfonlara toy dəvətnamələri göndərərək, vətəndaşları ALDADIRLAR
20 Noyabr 2024 Tramp türk həkimə yüksək vəzifə verdi
19 Noyabr 2024 COP29 çərçivəsində hansı sazişlər imzalanıb ?
19 Noyabr 2024 Dünyanın ən yaxşıları arasında Azərbaycanın hansı universitetləri var? – SİYAHI
19 Noyabr 2024 Azərbaycanlı tələbələrə böhtan: Rusiya universitetindən qovmaq istəyirlər? - VİDEO
19 Noyabr 2024 Üç yaşlı uşaq suda boğularaq ölüb
18 Noyabr 2024 Ən dadlı naringiləri necə seçmək olar?
18 Noyabr 2024 Rusiyada silsilə qətllər törədən erməni ələ keçdi
18 Noyabr 2024 Yeni inşa olunan yerüstü keçidi aşdı - Yol bağlandı - FOTO
18 Noyabr 2024 Məktəblərin sinifləri, zalı və ya həyəti icarəyə verilə bilərmi? - Valideynlər narazıdırlar
17 Noyabr 2024 Bu qurumun bütün üzvləri işdən çıxarıldı - ADLAR

Dünyapress TV

Xəbər lenti