Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) idarə rəisi olmuş Akif Çovdarovu həyat yoldaşı məhkəməyə verib.
Çovdarovla bağlı iddianı məhkəmədə Çovdarova İbadət Rza qızı qaldırıb. İşin mahiyyəti ailə münasibətləri üzrə mübahisədir. Ər-arvad arasında əmlak mübahisəsi tərəfləri məhkəməlik edib. İş Bakı Apellyasiya Məhkəməsindədir. Tərəflər arasında növbəti proses 2 iyul tarixində baş tutacaq. Işə hakim Məmməd Məmmədovun sədrliyi ilə baxılacaq. Xatırladaq ki, aprel ayında da A.Çovdarovu ailə üzvləri – həyat yoldaşı, qızları və oğlu ilə yanaşı əlavə 60 nəfər zərərçəkən məhkəməyə vermişdi.