Qazaxda gənc toyuna bir gün qalmış özünü asıb. TEREF Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Orta Salahlı kəndində baş verib. Belə ki, dünən kənd sakini 27 yaşlı Əhliman Omarovun meyiti həyətlərindəki çardaqdan asılı halda tapılıb. İntiharın səbəbi hələlik müəyyənləşdirilməyib. Sözügedən şəxsin bu gün toyu olacaqmış. Faktla bağlı araşdırma aparılır.