Elmar Hüseynovun ailəsinin gizli saxlanılan Azərbaycan səfəri - İLGİNC
Məlum olduğu kimi, mərhum jurnalistin ailəsi ölkəni tərk etdikdən sonra Bakıya səfər etdikləri açıqlanıb...

Qətlə yetirilən jurnalist Elmar Hüseynovun xanımı və oğlu 17 il sonra Azərbaycana səfər edib.

Abzas Media-ya bu barədə məlumatı hüquqşünas Aslan İsmayılov verib. İsmayılov bildirib ki, Elmar Hüseynovun ailə üzvləri 2 həftə əvvəl Bakıya gəliblər və artıq daimi yaşadıqları Norveçə qayıdıblar:

“Səfəri Diasporla iş üzrə Dövlət Komitəsi təşkil edib. Özləri ailə ilə maraqlanıblar, səfəri təşkil ediblər. Onlar da gəlib 2 həftə burda qaldılar, vətəni gördülər, Elmarın məzarına ziyarət etdilər, doğmaları ilə görüşüb Norveçə qayıtdılar. Bircə mənimlə təmasda oldular, heç kimlə ünsiyyətdə olmaq istəmədilər”.

A.İsmayılov mərhum jurnalistin ailə üzvlərinin onun qətl işinin istintaqı ilə maraqlanıb-maraqlanmadıqları sualını cavablandırmayıb: “Məlumatı lazım bilsə, onlar özləri deyərdilər”,- hüquqşünas bildirib.

Ölkəni tərk edərkən 1 yaş 4 aylıq olan və mətbuatda atasının qara lent bağlanmış fotosunu öpərkən çəkilən şəkili ilə yadda qalan Aslan Hüseynov gununsesi.info saytına açıqlamasında deyib ki, Bakıda ilk dəfə qohumları ilə görüşüb, atasının məzarını ziyarət edib.
“İlk dəfə Bakıya uzun illər sonra gəldim və məni emosiyalar bürüdü. İlk dəfə qohumlarımla görüşdüm, vətənimi, şəhərimi gördüm. Atam Elmarın məzarını ziyarət etdim. Çox kədərli bir an idi. Bilirəm ki, Elmar öz şəhərini çox sevirdi. Mən də Elmar kimi Bakı şəhərinə aşiq oldum. Bakını Avropanın digər şəhərlərindən daha çox bəyəndim, ona görə ki, ən gözəli deyil, ən əzizidir bu şəhər”.

Aslan Hüseynov deyib ki, ölkəyə Azərbaycan diasporunun dəvəti ilə gəliblər.

Diasporla iş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən isə Abzas Media-ya bildirilib ki, Rüşaniyyə Hüseynovanın müraciəti əsasında onun ölkəyə səfəri təşkil olunub.

"Bu, onun ilk müraciəti idi",- deyə Komitə açıqlamasında bildirib.

E.Hüseynovun həyat yoldaşı Rüşaniyyə Hüseynova və oğlu Aslan Hüseynov səfər çərçivəsində işğaldan azad edilən Şuşa şəhərində də olublar.

Elmar Hüseynov Azərbaycan hakimiyyətini tənqid edən "Monitor" jurnalının yaradıcısı və baş redaktoru olub. O, 2005-ci ildə mənzilinin qarşısında güllənərək qətlə yetirilib. Hadisədən 18 il keçsə də, qətlin sifarişçiləri və icraçıları tapılmayıb.

Jurnalistin qətlindən sonra 2006-cı ildə ailəsi Norveçə köçüb.

13 aprel 2017-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi Elmar Hüseynovun qətli ilə bağlı istintaqa dair hökmündə, 4 əsas məqamı vurğulayaraq, Azərbaycanı jurnalistin yaşamaq hüququnu pozmaqda təqsirli sayıb. Qərara əsasən, Azərbaycan hökuməti mənəvi zərərə görə 20 min, hüquqi məsrəflərə görə isə 10 min avro cərimələnib.
 

Bölmənin digər xəbərləri

28 Aprel 2025 “Azərsun Holdinq”ə məxsus şirkətdə ciddi pozuntular aşkarlandı
28 Aprel 2025 Gəncədə Şəhid şəkillərinin söküləcəyi cəmiyyətin qəzəbinə səbəb oldu -VİDEO
27 Aprel 2025 İranda limanda partlayışda yaralıların sayı 700 keçib
27 Aprel 2025 İranda limanda partlayış nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb
27 Aprel 2025  "Zəhmət olmasa, bu qurumla bağlı bir tədbir görün" - ÇAĞIRIŞ
27 Aprel 2025  Heydərov 'saman çöpü'ndən İKİƏLLİ YAPIŞIB - ARTIQ QƏRAR ANIDIR
26 Aprel 2025 Vaqif Əsədovdan maraqlı açıqlama: "Sea Breez"dən 2-3 mənzil alacam" - VİDEO
26 Aprel 2025 Azərbaycanda məktəbliləri daşıyan mikroavtobus aşdı: Çox sayda xəsarət alan var
26 Aprel 2025 SON XƏBƏRLƏR! İstanbulda güclü zəlzələ baş verib
25 Aprel 2025 Məhkumların məktəbində 63 min manat mənimsəyən direktor: - “Pulu müalicəmə xərclədim”
24 Aprel 2025 DİQQƏT! Bakıda bu binaların sakinləri köçürüləcək - Çox pul almaq üçün…
24 Aprel 2025 Naxçıvanda Hesablama Palatası DTX və Baş Prokurorluğa müraciət edib
24 Aprel 2025 Körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı- SON DƏQİQƏ
24 Aprel 2025 Camalovlar ailəsinin 55 min dolları və 156 ədəd qızıl-zinət əşyası oğurlanıb - “BTB BANK”ın SAXLANCINDAN ŞOK OĞURLUQ
24 Aprel 2025 Növbə STOMATOLOQLARDA – İndi də onların sənədləri YOXLANILIR
23 Aprel 2025 Gəncədə şagirdlər arasında mübahisə düşüb, xəsarət alan var
23 Aprel 2025 Hacıqabuldakı sel yolu UÇURDU, sakinlər çətin VƏZİYYƏTDƏ - İcr Hakimiyyətinin nəzərinə VİDEO
23 Aprel 2025 Baş Notarius VƏZİFƏSİNİ İTİRDİ — Ədliyyə Nazirliyində KORRUPSİYA ƏMƏLİYYATI?
23 Aprel 2025 Mal əvəzinə qoyun əti, qoyun əvəzinə toyuq, toyuq əvəzinə... - "İstehlakçıların aldadılması yolverilməzdir"
22 Aprel 2025 Rəşad Cəbrayılov yeni başçı təyin edilən Rüstəm Xəlilovun `saqqızını oğurlaya` bilib - İLGİNC İDDİALAR

Dünyapress TV

Xəbər lenti