Femidanın əyilmiş tərəzisi:
Pərviz Hüseynov, Cahangir Yusifov və Şərafaət Məmmədova üçlüyü qazini konstitusion məhkəmə,
hüququ yardım hüququndan sui-istifadə etməkdə suçlayır

1-ci dərəcəli Qarabağ əlilinə kassasiya şikayəti verməyə vəkil ayrılmasından imtina - hüquq və azadlıq
sayılır

"Hakim adından, hakim andından, görəvindən rüşvət- korrupsiya amacı ilə sui- istifadə edilməsini
vurğulamaqla nəsə aşırı, gözlənilməz hal baş verdiyini diqqətə çatdırmaq Azərbaycan (məhkəmə-
hüquq) gerçəkliyində gülüncdür. Şərəfli hakim adını şərəflə daşıyanların sayının barmaqla ölçülməsi
kimsəyə gizlin deyil". Bu barədə DİA.Az-a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra deyilir: "Di gəl, hakim adından – andından sui-istifadə edib vətəndaşın məhkəmə
təminatı, hüquqi yardım almaq hüququnu HÜQUQDAN SUİ-İSTİFADƏ ETMƏK sayıb qadağa qoymaq -
heç də hamıya bəlli deyil. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının eyni cavabdehlərə
qarşı iki ayrı nömrəli işlə təyin edilən eyni heyəti – ŞƏRAFƏT MƏMMƏDOVA, PƏRVİZ HÜSEYNOV ,
CAHANGİR YUSİFOV hakim adından sui- istifadədə elə irəli gedib ki, hər iki ayrı nömrəli eyni iş üzrə
iddiaçının məhkəmə aktlarını mübahisələndirməsini, kassasiya şikayəti verməyə dövlət hesabına
vəkil ayrılmasına ərizə verməsini HÜQUQDAN SUİ-İSTİFADƏ KİMİ dəyərləndirib .(?)
“..İDDİAÇI ƏSASSIZ İDDİALAR QALDIRMAQLA, həmin İDDİALARIN istər QEYRİ - MÜMKÜN
SAYILMASI barədə olan QƏRARDADLARI, istərsə də belə İDDİALARIN RƏDDİNƏ dair QƏRARLARI
HƏR ÜÇ MƏHKƏMƏ İNSTANSİYASINDA MÜBAHİSƏLƏNDİRMƏKLƏ HÜQUQUNDAN SUİ-İSTİFADƏ
EDİR” . Bu nəticə sözügedən 3 hakimin birgə imzaladığı məhkəmə aktında yazılıb. Heç demə,
Konstitusiyanın 60-cı maddəsi ilə təminat verilən məhkəmə müdafiəsi hüququndan yararlanıb iddia
qaldırmaq hüquqdan sui-istifadə sayılır(mış).(?) Fikrimizcə , artıq şərhə , izahata ehtiyac yoxdur,
Məhkəmə Hüquq Şurası bu “sui-istifadə hüququna” dair hər 3 hakimdən izahat almağa borcludur.
Ardını oxuyaq: “ HÜQUQDAN SUİ-İSTİFADƏ EDƏN ŞƏXSLƏRİN DÖVLƏT HESABINA VƏKİLLƏ TƏMİN
EDİLMƏSİ İSƏ DÖVLƏT VƏSAİTİNİN TƏYİNATINDAN KƏNAR əsassız yerə XƏRCLƏNMƏSİNƏ səbəb
olur.” Heç demə, Konstitusiyanın 61-ci maddəsinin ll hissəsinə uyğun olaraq 1-ci dərəcəli Qarabağ
əlillinə ödənişsiz, dövlət hesabına hüquq yardım göstərilməsi dövlət büdcəsini çökdürəcəkmiş !(?)
Dövlət büdcəsinin keşiyində xidmətlərinə görə , hər 3 hakimə büdcədən ödül düşür.
Hələ “sui-istifadə”nin yekəsinə baxın: “Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda ƏRİZƏÇİNİN
DÖVLƏT BÜDCƏSİNİN VƏSAİTİ HESABINA VƏKİLLƏ TƏMİN EDİLMƏMƏSİ onun HÜQUQ və
AZADLIQLARININ MƏHDUDLAŞDIRILMASI KİMİ QİYMƏTLƏNDİRİLƏ BİLMƏZ. Belə ki, əsassız olaraq
KASSASİYA ŞİKAYƏTİ TƏRTİB OLUNMASI üçün DÖVLƏT HESABINA VƏKİLLƏ TƏMİN edilmə QANUN və
MƏHKƏMƏ QARŞISINDA BƏRABƏRLİK HÜQUQUNUN POZULMASINA ( hazırkı iş üzrə CAVABDEHLƏRƏ
MÜNASİBƏTDƏ) , SÜRÜNDÜRMƏÇİLİYƏ səbəb olur, şəxslərin İNTİZAMSIZLIĞINA şərait yaradır.” Heç
demə, kassasiya şikayəti verməyə vəkillə təminat cavabdeh inzibati-dövlət orqanlarının hüququnu
pozurmuş, intizamsızlıq imiş .(?) Yəqin Məhkəmə Hüquq Şurası intizam icraatında bu intizamsızlığa,
süründürməçiliyə , tərəflərin hüquq bərabərliyinin pozulmasına qiymət verər. Necə olur, cavabdeh
dövlət orqanları ( DİN və ƏƏSMN tabeliyində DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı)
dövlət hesabına VK-nın intizam komissiyasının üzvü, DİN-in saxta vəkili və nümayəndəsi Əlirza
Həbilov və Orxan Qılman oğlu Babayevlə, DSMF-in məhkəmə mübahisələri ilə iş üzrə 39 saylı vəkil
bürosu ilə ( Emil İsgəndərli və b.) müdafiə olunur, amma 1-ci dərəcəli Qarabağ əlilinə dövlət
hesabına vəkil ayrılması hüquqdan sui-istifadə, büdcə vəsaitinin əsassız xərclənməsi , intizamsızlıq
sayılır?! Hələ biz məhkəmələrin də inzibati dövlət orqanlarına vəkillik etməsini demirik. Hüquq
bərabərliyi prinsipi belə olur?
... Hər özbaşınalığı , hüquqsuzluğu görmüşdük, məhkəməyə müraciət etməyin, hüquqi yardım
istəməyin hüquqdan sui-istifadə olmasını, dövlət hesabına hüquqi yardımdan imtinanın əsas hüquq
və azadlıqlardan olmasının aktlaşdırılmasını da gördük. Hələ görəcəyimiz qabaqdadır..."
Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
 

Bölmənin digər xəbərləri

25 Noyabr 2024 Bakıda bu ərazilər plana düşdü: Tezliklə söküləcək
25 Noyabr 2024 Rusiya təyyarəsi Antalya hava limanında YANDI - VİDEO (YENİLƏNİB)
24 Noyabr 2024 Çin avtomobillərinin ölkəyə axını sürətlənib: Seçərkən nələrə diqqət etmək lazımdır?
24 Noyabr 2024 AZƏRBAYCANLI İSTANBULDA 70 KQ QIZILLA TUTULDU - Kimliyi və hadisənin detalları bilindi + VİDEO
24 Noyabr 2024 Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23 Noyabr 2024 70 kq qızılla tutulan diplomatımız bu səfirlikdə işləyir - Bakıya gətirildi
23 Noyabr 2024 Restoranlarda təklif olunan ucuz setlər təhlükəlidir? - “Belə istisnalar var”
23 Noyabr 2024 “Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... BƏLAYA DÜŞDÜ!
22 Noyabr 2024 Cavid Qurbanov köməkçisini Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin etdirdi - BU DA BELƏ.
21 Noyabr 2024 Acun Ilıcalı barədə araşdırma başladıldı
21 Noyabr 2024 Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik - Emin Əmrullayev
20 Noyabr 2024 4 yaşlı uşağı yırtıcı parçalayıb - Ata-anası biçində olarkən...
20 Noyabr 2024 Qızını özlərindən çox gözəl olduğunu düşünən ata DNT TESTİ ETDİ
20 Noyabr 2024 Bakıda “Fermerlər üçün İqlim Maliyyəsinin işlək mexanizmi” mövzusunda panel müzakirələr keçirilib
20 Noyabr 2024 YENİ DƏLƏDUZLUQ: Smartfonlara toy dəvətnamələri göndərərək, vətəndaşları ALDADIRLAR
20 Noyabr 2024 Tramp türk həkimə yüksək vəzifə verdi
19 Noyabr 2024 COP29 çərçivəsində hansı sazişlər imzalanıb ?
19 Noyabr 2024 Dünyanın ən yaxşıları arasında Azərbaycanın hansı universitetləri var? – SİYAHI
19 Noyabr 2024 Azərbaycanlı tələbələrə böhtan: Rusiya universitetindən qovmaq istəyirlər? - VİDEO
19 Noyabr 2024 Üç yaşlı uşaq suda boğularaq ölüb

Dünyapress TV

Xəbər lenti