Şahzadə Harri: “Həyatda olmağımın səbəbi qardaşımın xəstələnmə ehtimalıdır” - FOTO
Britaniya kral ailəsinin sirlərini açıqladığı avtobioqafik kitabı satışa çıxarılan şahzadə Harri uşaqlıq travmaları ilə bağlı açıqlamaları ilə gündəmdə qalmağa davam edir.

Harri “Spare” (Ehtiyat”) adlı kitabında qeyd edib ki, onun həyatda olmasının səbəbi böyük qardaşı, hazırda taxtın bir nömrəli varisi olan Şahzadə Uilyamın xəstələnmə ehtimalıdır.

38 yaşlı şahzadə bildirib ki, qardaşına böyrək və ya qan köçürülməsi lazım olarsa, ona donor olmaq, orqanlarını ona bağışlamaq üçün ehtiyat tədbiri kimi dünyaya gətirilib. Həmçinin bu barədə uşaqlıqdan bildiyini də qeyd edib.

Uşaqlığı ilə bağlı təfərrüatı açıqlayan Harri böyük qardaşı ilə çətin münasibətlərindən danışıb. O bildirib ki, hətta ailə üzvləri belə, Uilyamın varis, onun isə ehtiyat varis olduğunu açıq şəkildə ifadə ediblər.

Şahzadə vurğulayıb ki, dünyaya gəlməsinin səbəbi qardaşı üçün əyləncə olmaq və zərurət yaranarsa, ona donor kimi orqanlarını bağışlamaq olub. Harri doğulduqdan sonra atası Kral III Çarlzın anası Şahzadə Dianaya dediyi sözləri xatırladıb. “Əla, mənə bir varis verdin, bir də ehtiyat varis verdin. Artıq işim bitdi”, - deyə o atasının sözlərini sitat gətirib.

Şahzadə Harri həmçinin özündən iki yaş böyük olan qardaşı Uilyamın mübahisə zamanı onu döydüyündən də bəhs edib.
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2023-01_1673496338_3.jpg
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2023-01_1673496339_2.jpg
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2023-01_1673496340_1.jpg
Mənbə: Haber Global
 
 
 

Bölmənin digər xəbərləri

20 Aprel 2025 İtaliya baş nazirinin müavini ABŞ-İran danışıqlarının keçirildiyi məkana şortla gəlib
20 Aprel 2025 2040-cı ilə qədər dünyanın bu hissələri su altında qalacaq – Alimlərdən xəbərdarlıq /XƏRİTƏ
20 Aprel 2025 Dağıstanda fövqəladə vəziyyət elan olundu
20 Aprel 2025 ABŞ-la danışıqlar alınmasa, müharibəyə hazırıq - Arakçı
20 Aprel 2025 Paşinyan artıq yeni müharibə təhlükəsindən qorxmur – Səbəb nədir?
20 Aprel 2025 Türkiyəli nazir: “Orduya göndərməyə gənclər tapmaya bilərik
19 Aprel 2025 Trampın yüksək vəzifə verdiyi Mehmet Öz kimdir?- DOSYE
19 Aprel 2025 Dmitri Qordon: "İlham Əliyev dəqiq dedi, təşəkkür edirəm" - Video
19 Aprel 2025 Bunu etmək üçün insan gərək vicdansız olsun
19 Aprel 2025 23 milyon insan təhlükədə – 8 bal gücündə zəlzələ gözlənilir
19 Aprel 2025 Bu məktəbdə təhsil haqqı 289 min manatdır
19 Aprel 2025 İmamoğlu anketinden iktidara kötü haber geldi: Halk ikna olmadı
19 Aprel 2025 Simonyana orden, sizə həbsxana: paradoks və absurd - Sibirlilərə yazığımız gəlmir, amma Moskvaya toxunmayın…
18 Aprel 2025 Yunanıstandan təxribat xarakterli xəritə: “Türkiyə üçün müharibə səbəbi!” - VİDEO
18 Aprel 2025 Ukrayna və ABŞ faydalı qazıntılarla bağlı memorandum imzalayıb
18 Aprel 2025 CHP ilə bağlı açıqlama verən jurnalist tutulub
18 Aprel 2025 Dünya "Təbii fəlakət" deyib qıraqdan baxır? - Onlar belə önləyici tədbirlər alırlar...
17 Aprel 2025 Tramp və Ərdoğan arasında strateji anlaşma: ABŞ və Türkiyə yeni qlobal güc mərkəzi qurur
17 Aprel 2025 Mirzoyandan sensasion açıqlama: Sülh müqaviləsi Azərbaycan-Ermənistan sərhədində imzalana bilər
17 Aprel 2025 Fransadan Azərbaycana böyük pislik - Bakı bağışlamayacaq!

Dünyapress TV

Xəbər lenti