Paşinyan Putinin hüzurunda -
“Putin ikili oynayır. Bir tərəfdən Azərbaycanla strtateji tərəfdaşlıqdan danışır, digər tərəfdən İkinci Qarabağ müharibəsindən sonra Ermənistana dəxli olmayan mövzunu bu ölkənin baş naziri ilə müzakirə edir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Ermənistan və Rusiya arasındakı son gəlişmələrə diqqət çəkib:

“Rusiya Prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadi Forumu çərçivəsində Ermənistan Baş naziri Nikol Paşinyanla görüşüb. Birincisi, Kreml sahibinin bölgədə iqtisadi dəyəri olmayan Ermənistanın baş nazirini uzaq Vladivostokda iqtisadi foruma dəvət etməsinin məqsədi nədir? İkincisi, Kreml sahibi Vladivostokda Paşinyanla Qarabağla bağlı nəyi müzakirə edib?

Putin ikili oynayır. O, bir tərəfdən Azərbaycanla strtateji tərəfdaşlıqdan danışır, digər tərəfdən İkinci Qarabağ müharibəsindən sonra Ermənistana dəxli olmayan mövzunu bu ölkənin baş naziri ilə müzakirə edir. Putinin Paşinyandan xoşu gəlməsə də, Kreml sahibi Ermənistandan imtina etməyib, Cənubi Qafqazdakı son forpostunun Azərbaycan qarşısında tam gücsüz duruma düşməsinin qarşısını almaq istəyir. Paşinyanın böyük ehtimalla Putindən xahişi bu olub ki, Rusiya hərbçiləri Azərbaycana Qarabağda qayda-qanun yaratmasına imkan verməsinlər. Rusiyalı hərbçilər alternativ yolu “dəhliz” adlandırır və əli silahlı erməni separatçılarının bu yolla hərəkətlərinə şərait yaradıblar. Bunun özü elə Azərbaycana qarşı növbəti təxribatdır”.

Elxan Şahinoğlu qeyd edib ki, Paşinyan forumdakı çıxışında Azərbaycanla sərhədlərin müəyyənləşməsinə, kommunikasiya xətlərinin açılmasına və Türkiyə ilə dialoqa müsbət yanaşdığını bildirib:

“Onun bu sözlərində yeni heç nə yoxdur, hər zaman söylədiyini, ancaq həllini uzatdılqarını təkrarlayıb. Diqqətimi Paşinyanın başqa sözləri çəkib. O, Ukraynadakı münaqişəni Qafqazda vəziyyətin pisləşməsi ilə əlaqələndirərkən bunları deyib: “Ermənistanı Moskvada qərbyönlü, Avropada isə rusiyayönlü hökumət kimi təqdim etmək üçün səy göstərən qüvvələr var. Bundan regionda sabitliyin pozulmasına haqq qazandırmaq üçün amil kimi istifadə edirlər”.

Bu sözlərin özü Paşinyanın Rusiya ilə Qərb arasında vurnuxduğunu göstərir. Moskvada Paşinyanı ona görə qərbyönlü kimi dəyərləndirirlər ki, küçə yürüşləri vasitəsilə hakimiyyətə gəlib, bunu isə Kremldə xoşlamırlar. İkincisi, nazirləri mütəmadi Vaşinqtona, amerikalı yüksək rütbəli rəsmilər və diplomatlar isə İrəvana müəmmalı səfərlər edirlər.

Paşinyanın “Ermənistanı Avropada rusiyayönlü kimi təqdim edirlər” ifadəsi isə hekayədir, sadəcə baş nazir bu cümlə ilə özünü sığortalamağa çalışıb. Paşinyan Rusiya və digər tərəflərlə sıx əməkdaşlıq etməklə Ermənistanın regiondakı vəziyyəti nəzarətdə saxlaya biləcəyinə ümid etdiyini və Moskva ilə strateji müttəfiqliyin vacibliyini vurğulayıb. Paşinyan Putinin hüzurunda başqa cür çıxış edə bilməzdi”.
 
 
 

Bölmənin digər xəbərləri

11 Aprel 2025 Moskva Tehranı qoruyurmu, yoxsa Vaşinqtonla balans oyunu oynayır?
11 Aprel 2025 Axios: İran ABŞ-la müvəqqəti nüvə sazişi imzalamağı düşünür
11 Aprel 2025 Ermənistan prizmasından Iranla təlimlər siyasi mesaj xarakteri daşıya bilər - Ekspert danışır...
11 Aprel 2025 Moskva öz dostlarına da “müharibə” elan edir? – Qəribə qadağa
10 Aprel 2025 Moskva polisi Özbəkistan vətəndaşını Ukraynada döyüşə məcbur göndərməyə çalışıb
10 Aprel 2025 ABŞ 4 ölkə ilə tariflərin yumşaldılmasını müzakirə edir
09 Aprel 2025 Nazir Rəşad Nəbiyev İsrailin “ICL Group” və “Elbit Systems” şirkətlərinin rəhbərləri ilə görüşü
09 Aprel 2025 Səssiz müharibə - Tramp bütün dünyaya savaş elan edib
08 Aprel 2025 İnsanlıq tarixinin ən dağıdıcı ili müəyyən edilib
08 Aprel 2025 Rusiyada yaşayan azərbaycanlılara XƏBƏRDARLIQ: Proses başlandı - Fitnes zallarına BASQINLAR... - VİDEO
08 Aprel 2025 BMT Təhlükəsizlik Şurası Ukrayna üzrə aprelin 8-də iclas keçirəcək
08 Aprel 2025 Ermənilərin “boz kardinal”nın “çirkli pul”u: - Və onların oyuncağına çevrilən Avropa Parlamenti
08 Aprel 2025 Ermənistan dövlət sərhədlərinin ləğvini istəyir - Gözlənilməz bəyanat
07 Aprel 2025 Mühərriki sıradan çıxan təyyarə avtomobil yoluna endi - ANBAAN VİDEO
07 Aprel 2025 Ağ Ev Rusiyanın gömrük rüsumları siyahısına daxil edilməməsini izah edib
07 Aprel 2025 Rusiyanın ikinci adamının Azərbaycan kəndi Tayçarıxla nə əlaqəsi? - İLGİNC
06 Aprel 2025 Bir qrup fransız Baykonura daxil olmaq istəyərkən saxlanılıb
06 Aprel 2025 ABŞ-da Tramp və Maska qarşı kütləvi nümayişlər keçiriləcək
06 Aprel 2025 Məşhur akvaparkda HƏYƏCANLI ANLAR – 2000-dən çox insan TƏXLİYƏ EDİLDİ
06 Aprel 2025 Estoniya XİN-dən Macarıstanla bağlı qalmaqallı AÇIQLAMA

Dünyapress TV

Xəbər lenti