![]() |
![]() ![]() ![]() |
|
Qarabağdakı xunta rejiminin keçmiş başçısı Samvel Şahramanyan 2023-cü ilin məlum hadisələrindən sonra açılan 3 cinayət işi üzrə dindirilib.
Musavat.com bu barədə erməni mediasına istinadən bildirir. Vəkil Yeritsyan təsdiqləyib ki, o, son 2 həftə ərzində artıq 4-cü dəfə dindirilib. Cinayət işi “artsaxın təslim olması”, 2023-cü ildə hərbçilərin guya səhlənkarlığı, o cümlədən “silah, sursat və silah-sursatın düşmənə verilməsi” ilə bağlıdır. Şaxramanyanın növbəti dindirilməsi iyunun 6-na təyin edilib.
Müdafiə tərəfi Şahramanyana qarşı cinayət təqibinin mümkünlüyünü istisna etmir.
Musavat.com