"Rusiya üzərindən uçuşlarla bağlı direktiv yayımlanıb" - EASA
"Bu direktiv Türkiyə, Ermənistan, Gürcüstan və Azərbaycan istiqamətindən Rusiyaya reyslərin ləğv edilməsinə səbəb ola bilər..."

Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) aviaşirkətlərə Rusiyanın 60-cı şərq uzunluq meridianının qərbində yerləşən hava məkanından, yəni Yekaterinburqdan qərbdə yerləşən bütün Avropa ərazisi üzərindən uçuşlardan çəkinməyi tövsiyə edən direktiv yayımlayıb.

Moderator.az xəbər verir ki, bu barədə "atorus.ru" nəşri məlumat yayıb.

Məlumatda deyilir ki, direktiv uçuşların yüksək risk zonaları üzərindən təhlükəsizliyini təmin etmək məqsədilə verilib. Tövsiyə Rusiyada mülki və hərbi aviasiya arasında koordinasiyanın mümkün çatışmazlıqları və səhv identifikasiya ehtimalı səbəbindən mülki təyyarələrə təsadüfi hücum riskləri ilə izah olunur.

Bundan əlavə, EASA qeyd edir ki, Rusiya ərazisində qlobal naviqasiya peyk sistemlərinin siqnallarının saxtalaşdırılması və basdırılması halları müşahidə olunur.

Tövsiyə 31 iyul 2025-ci il tarixinə qədər qüvvədədir, lakin vəziyyətin dəyişəcəyi təqdirdə yenidən nəzərdən keçirilə bilər.

Avropa aviaşirkətləri Ukrayna müharibəsi başlanandan bəri Rusiya üzərindən uçuşlar həyata keçirmir, lakin EASA-nın tövsiyələrini könüllü olaraq digər ölkələrin aviaşirkətləri də izləyir. Buna görə də bu direktiv Türkiyə, Ermənistan, Gürcüstan və Azərbaycan istiqamətindən Rusiyaya reyslərin ləğv olunmasına səbəb ola bilər.

Dekabrın sonlarında Qazaxıstanın Aktau şəhərində Bakıdan Qroznıya uçan "Azərbaycan Hava Yolları"na məxsus təyyarə qəzaya uğrayıb, nəticədə 38 nəfər həlak olub. Azərbaycan tərəfinin məlumatına görə, təyyarə Rusiya hava hücumundan müdafiə sistemi tərəfindən raketlə vurulub.

Hadisədən sonra İsrailin "El-Al", Qazaxıstanın "Kvazar Air", Türkmənistan Hava Yolları, "Azərbaycan Hava Yolları" və Birləşmiş Ərəb Əmirliklərinin "Flydubai" şirkətləri Rusiyaya olan uçuşları ləğv edib və ya məhdudlaşdırıb.

Bu arada "Rosaviasiya" bu gün artıq ikinci dəfə Kazan hava limanında reyslərin qəbulu və göndərilməsi ilə bağlı məhdudiyyətlər tətbiq edib. Eyni zamanda, Ulyanovsk və Samara hava limanlarının da fəaliyyəti məhdudlaşdırılıb.

"Bu tövsiyə, əslində, Qərb ölkələrinin Rusiya Federasiyasının mülki aviasiya sektoruna sanksiya təzyiqi siyasətinin davamıdır. Tövsiyə Transsibir marşrutlar sistemi vasitəsilə Avropa İttifaqı hava limanlarına uçuş edən Asiya aviaşirkətlərinin sayını azaltmaq üçün növbəti cəhddir", - bəyanatda deyilir.

"Aydındır ki, EASA vasitəsilə dost olmayan ölkələr Rusiya Federasiyasına, onun mülki aviasiyasına nüfuz və iqtisadi cəhətdən zərər vurmağa, öz aviaşirkətlərinə itirilmiş rəqabət üstünlüyünü qaytarmağa çalışır", - "Rosaviasiya" iddia edib.
 

Bölmənin digər xəbərləri

20 Aprel 2025 İtaliya baş nazirinin müavini ABŞ-İran danışıqlarının keçirildiyi məkana şortla gəlib
20 Aprel 2025 2040-cı ilə qədər dünyanın bu hissələri su altında qalacaq – Alimlərdən xəbərdarlıq /XƏRİTƏ
20 Aprel 2025 Dağıstanda fövqəladə vəziyyət elan olundu
20 Aprel 2025 ABŞ-la danışıqlar alınmasa, müharibəyə hazırıq - Arakçı
20 Aprel 2025 Paşinyan artıq yeni müharibə təhlükəsindən qorxmur – Səbəb nədir?
20 Aprel 2025 Türkiyəli nazir: “Orduya göndərməyə gənclər tapmaya bilərik
19 Aprel 2025 Trampın yüksək vəzifə verdiyi Mehmet Öz kimdir?- DOSYE
19 Aprel 2025 Dmitri Qordon: "İlham Əliyev dəqiq dedi, təşəkkür edirəm" - Video
19 Aprel 2025 Bunu etmək üçün insan gərək vicdansız olsun
19 Aprel 2025 23 milyon insan təhlükədə – 8 bal gücündə zəlzələ gözlənilir
19 Aprel 2025 Bu məktəbdə təhsil haqqı 289 min manatdır
19 Aprel 2025 İmamoğlu anketinden iktidara kötü haber geldi: Halk ikna olmadı
19 Aprel 2025 Simonyana orden, sizə həbsxana: paradoks və absurd - Sibirlilərə yazığımız gəlmir, amma Moskvaya toxunmayın…
18 Aprel 2025 Yunanıstandan təxribat xarakterli xəritə: “Türkiyə üçün müharibə səbəbi!” - VİDEO
18 Aprel 2025 Ukrayna və ABŞ faydalı qazıntılarla bağlı memorandum imzalayıb
18 Aprel 2025 CHP ilə bağlı açıqlama verən jurnalist tutulub
18 Aprel 2025 Dünya "Təbii fəlakət" deyib qıraqdan baxır? - Onlar belə önləyici tədbirlər alırlar...
17 Aprel 2025 Tramp və Ərdoğan arasında strateji anlaşma: ABŞ və Türkiyə yeni qlobal güc mərkəzi qurur
17 Aprel 2025 Mirzoyandan sensasion açıqlama: Sülh müqaviləsi Azərbaycan-Ermənistan sərhədində imzalana bilər
17 Aprel 2025 Fransadan Azərbaycana böyük pislik - Bakı bağışlamayacaq!

Dünyapress TV

Xəbər lenti