Qazaxıstan qara qutuları Brazilyaya göndərəcək
Azərbaycanın obyektiv və prinsipial mövqeyi nəzərə alınaraq, Azərbaycan Hava Yollarına məxsus və Aktau yaxınlığında qəzaya uğrayan “Embraer 190” tipli sərnişin təyyarəsinin qara qutuları Braziliya Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzinə (CENIPA) göndərilməsi barədə qərar qəbul olunub.

Axar.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

CENIPA-da qara qutuların çatdırılması və oxunması prosesi azərbaycanlı mütəxəssislərin birbaşa müşayiəti və bilavasitə iştirakı ilə həyata keçiriləcək. Bununla yanaşı, Azərbaycan tərəfindən cəlb edilmiş bu sahədə ixtisaslaşmış beynəlxalq ekspertlər də bu prosesdə iştirak edəcəkdir. Bu yanaşma, qəza araşdırmalarının tam şəffaf və beynəlxalq standartlara uyğun şəkildə aparılmasını təmin etmək məqsədi daşıyır.

Bu addım həm də qəzaya dair araşdırmaların obyektivliyinə dair mümkün şübhələrin qarşısını almağa və nəticələrin beynəlxalq ictimaiyyət üçün etibarlılığını artırmağa xidmət edir. Azərbaycanlı mütəxəssislərin bilavasitə iştirak etməsi və beynəlxalq ekspertlərin prosesi müşayiət etməsi araşdırmanın əhatəliliyini və dəqiqliyini daha da gücləndirəcək.

Məlumat üçün bildiririk ki, CENIPA təyyarə qəzalarının araşdırılmasında yüksək texniki imkanlara malikdir. Mərkəz müasir avadanlıqlarla təchiz olunub və məlumatların deşifr edilməsi üçün beynəlxalq səviyyədə sertifikatlaşdırılmış laboratoriyalara sahibdir.

Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.
 
 

 


Bölmənin digər xəbərləri

02 Yanvar 2025 ABŞ-də terroçu avtomobili insanların üzərinə sürərərk atəş açıb - 10 ölü, 30 yaralı
01 Yanvar 2025 2025-ci ildə havaya qalxan təyyarə 2024-cü ildə YERƏ ENDİ - FOTO
01 Yanvar 2025 Bu ölkədə ölüm hökmü ləğv edildi
01 Yanvar 2025 Şolts Maska cavab verib: “Almaniyanın gələcəyini vətəndaşları müəyyən edəcək”
01 Yanvar 2025 Rusiyaya gedən vətəndaşların NƏZƏRİNƏ: Yeni miqrasiya qaydaları qüvvəyə mindi
01 Yanvar 2025 İki prezidentlə çaxnaşma yaşayan ölkə: Gürcüstanı nə gözləyir?
31 Dekabr 2024 Arıxlı kəndi niyə ayağa qalxıb: Gürcü xüsusi təyinatlıları ilə toqquşmanın gerçək səbəbi - VİDEO
31 Dekabr 2024 Azərbaycan Kadırovun qardaşı oğlunu beynəlxalq axtarışa verir? – Həmzəti bu cəza gözləyir
31 Dekabr 2024 Daha bir fəlakət yaşanacaqdı – Təyyarə qəzasının qarşısı son anda belə alındı + VİDEO
31 Dekabr 2024 Putin Bastrıkini Qroznıya göndərdi: Əsas sual budur! - GƏLİŞMƏ
30 Dekabr 2024 Əliyevin ritorikası və Tokayevin prinsipial qərarı… - Qazax ekspert
30 Dekabr 2024 Ukraynadan azərbaycanlı pilotla bağlı QƏRAR
30 Dekabr 2024 Tokayev həmin xilasediciləri təltif etdi
30 Dekabr 2024 Tramp və Mask Qrenlandiya və Kanadanı satın ala bilərlər - Medvedev
29 Dekabr 2024 Kadırovdan QUDURĞAN TƏHDİD: Təyyarənin vurulmasına görə məni ittiham edənləri...
29 Dekabr 2024 Həlak olanların cəsədləri tam müəyyən edilməyib? - Bozumbayev
29 Dekabr 2024 Qəzanı araşdırmaq üçün bu ölkələrdən ekspertlər cəlb edildi
29 Dekabr 2024 Putindən miqrantlara daha bir QADAĞA
29 Dekabr 2024  AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiyada cinayət işi açılıb
28 Dekabr 2024 “Mən sənin xidmətçin deyiləm” - Zelenskiyə sərt cavab

Dünyapress TV

Xəbər lenti