|
Musavat.com xəbər verir ki, O, cütlüyün 27 illik birgə həyatına baxmayaraq, rəsmi olaraq evli olmadığını bildirib.
"Bir neçə gündən sonra evliliyimizin 27-ci ildönümü olacaq, amma biz evli deyilik," - deyə Paşinyan qeyd edib. Onun sözlərinə görə, onların münasibətləri nə dövlət qeydiyyatı, nə də dini nikahla təsdiqlənib. Buna baxmayaraq, ailə bağları ümumi övladları və uzun illərin birgə həyat təcrübəsi ilə möhkəmlənib.
"Əslində, 27 ildir ailəliyik, amma evli deyilik. Üstəlik, Anna artıq uzun müddətdir ki, baş nazirin həyat yoldaşı kimi bəyannamələr təqdim edir," - deyə Paşinyan əlavə edib.
Anna Akopyan da münasibətlərindən bəhs edərək bildirib ki, o, 17 yaşından etibarən həyatını Paşinyanla bağlayıb və həyatının böyük bir hissəsini onunla yaşayıb.
Paşinyanın bu açıqlamaları Ermənistanda diqqət çəkərək sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Musavat.com