Gürcüstan Konstitusiya Məhkəməsi Prezident Salome Zurabişvilinin və müxalif siyasətçilərinin oktyabrın 26-da keçirilmiş parlament seçkisinin konstitusiyaya zidd elan edilməsini tələb edən iddialarını mahiyyəti üzrə baxılmaq üçün qəbul etməyib.
Bu barədə Gürcüstanın Konstitusiya Məhkəməsinin yaydığı məlumatda deyilib.
“1848 və 1849 saylı konstitusiya iddiaları mahiyyəti üzrə baxılmaq üçün qəbul edilməyib. Hökm qətidir, işə yenidən baxıla bilməz”, – məlumatda qeyd olunub.