Asiyalı-amerikalı seçicilər həm mədəniyyətdə, həm də siyasi baxışlarında müxtəlifdirlər  VİDEO
Tədqiqatlara əsasən, 2020-ci ildən bəri asiyalı-amerikalılar ABŞ-da ən sürətlə artan seçici qrupudur. 2022-ci ilin rəqəmlərinə əsasən, ölkədə ən çox asiyalı-amerikalı seçici Kaliforniya ştatında yaşayır. Bu göstəriciyə görə ikinci və üçüncü yerlərdə Nyu-York və Texas ştatlarıdır.

Amerikada Asiya təamlarını dadmaq üçün ən yaxşı məkanlarından biri Hyuston şəhəridir. Buradakı qidalar şəhər və ətrafında yaşayan müxtəlif mənşəli asiyalılar icmasının mədəniyyətini təccüssüm edir.

Hyuston kənarındakı Fort Bend bölgəsində əhalinin 21 faizindən çoxu asiyalılardır. Çinli-amerikalı mühacir JJ Klemens burada yaşayır.

JJ Klemens, Çinli-amerikalı: “Məncə hər iki partiyanın asiyalılar icmasına diqqət yetirməmək imkanı yoxdur.”

Sorğulara əsasən, asiyalı-amerikalılar ABŞ-da ən sürətlə artan etnik qrupdur. Son iki prezident seçkilərində bu qrup arasında iştirak sayı da rekord səviyyədə artıb.

Demokratların prezidentliyə namizədi Kamala Harris bunu nəzərə alıb və asiyalıları hədəfləyən iki seçki reklamı hazırlayıb.

Asiyalılar arasında Demokratlar Respublikaçılardan daha çoxdur. Səbəb odur ki, asiyalı-amerikalı seçicilərin yarısından çoxu mühacirdir.

Beki Kim, Koreyalı-amerikalı: “Fikrimcə, Trampın siyasəti azlıqlara zərər vurur.”

Riçard Murrey, Hyuston Universitetinin tədqiqatçısı: “Bu siyasətlərin çoxu nəinki Meksika və Cənubi Amerikadan qeyri-qanuni miqrasiyanı hədəf aldı, həm də qanuni miqrasiyanı məhdudlaşdırdı.”

Bununla bərabər, sorğulara əsasən, asiyalı-amerikalıların 22 faizi Respublikaçı olduğunu deyir.

Daniel Vonq, Çinli-amerikalı: “Kiçik hökumət asiyalıların istədiyidir. Daha çox azadlıq və daha az vergi.”

Sorğuya əsasən, daha 31 faiz asiyalı-amerikalı özünü müstəqil seçici hesab edir.

Amma sorğuda iştirak edən 42 faiz asiyalı-amerikalı seçici deyir ki, onlarla heç bir siyasi namizəd və ya partiya əlaqə yaratmayıb.

Yerli seçkili orqanda xidmət etmiş Daniel Vonq deyir ki, məsuliyyət həm də asiyalı-amerikalı seçicilərin üzərinə düşür.

Daniel Vonq, Çinli-amerikalı: “Biz təşkilatlanmamışıq. Biz Amerika siyasi sistemini anlamırıq. Ona görə də, biz hər hansı bir hədəf üçün necə bir araya gəlib, enerjimizi sərf edəcəyimizi bilmirik.”

Hesablamara əsasən, müxtəlif kökləri olan 15 milyona yaxın asiyalı-amerikalı seçmək hüququna malikdir. Amma asiyalı seçiciləri birləşdirmək asan iş deyil. Vonq şəhər bələdiyyəsi seçkilərində iştirak edəndə bunun fərqinə varıb.

Daniel Vonq, Çinli-amerikalı: “Asiyalılar siyasi ianərlərə vərdiş etməyiblər. Onlar bunun necə işlədiyini bilmirlər.”

Klemens də bələdiyyə seçkilərində namizəd olub.

JJ Klemense, Çinli-amerikalı: “Düşünürəm ki, asiyalılar icması xristian icması kimi deyil. Xristianların ianə etmək vərdişi var. Ona görə də, asiyalılarla görüşüb, onları maarifləndirməyə ehtiyac var.”

Son prezident seçkilərində asiyalı-amerikalıların 60 faizi səs verib. Siyasi fəallar deyir ki, asiyalı-amerikalılarla ünsiyyətin formalaşması, siyasi proseslər haqda maarifləndirilməsi onları daha fəal edəcək.

 

Bölmənin digər xəbərləri

21 Aprel 2025 İtaliyada mafiyanın sonunu gətirən HADİSƏ - FOTO
21 Aprel 2025 Səmada uçan naməlum obyekt göründü - VİDEO
21 Aprel 2025 Tramp düşünür ki, Ukrayna və Rusiya bu həftə sülhə razılaşacaq
21 Aprel 2025 Kremldən türk liderə xəbərdarlıq — Putini qəzəbləndirən qərar verildi
21 Aprel 2025 ABŞ Zaporojye “AES”in ətrafındakı ərazilərə nəzarət etmək istəyir - KİV
21 Aprel 2025 Obamalar 70 milyonluq sərvəti bölə bilmirlər
20 Aprel 2025 İtaliya baş nazirinin müavini ABŞ-İran danışıqlarının keçirildiyi məkana şortla gəlib
20 Aprel 2025 2040-cı ilə qədər dünyanın bu hissələri su altında qalacaq – Alimlərdən xəbərdarlıq /XƏRİTƏ
20 Aprel 2025 Dağıstanda fövqəladə vəziyyət elan olundu
20 Aprel 2025 ABŞ-la danışıqlar alınmasa, müharibəyə hazırıq - Arakçı
20 Aprel 2025 Paşinyan artıq yeni müharibə təhlükəsindən qorxmur – Səbəb nədir?
20 Aprel 2025 Türkiyəli nazir: “Orduya göndərməyə gənclər tapmaya bilərik
19 Aprel 2025 Trampın yüksək vəzifə verdiyi Mehmet Öz kimdir?- DOSYE
19 Aprel 2025 Dmitri Qordon: "İlham Əliyev dəqiq dedi, təşəkkür edirəm" - Video
19 Aprel 2025 Bunu etmək üçün insan gərək vicdansız olsun
19 Aprel 2025 23 milyon insan təhlükədə – 8 bal gücündə zəlzələ gözlənilir
19 Aprel 2025 Bu məktəbdə təhsil haqqı 289 min manatdır
19 Aprel 2025 İmamoğlu anketinden iktidara kötü haber geldi: Halk ikna olmadı
19 Aprel 2025 Simonyana orden, sizə həbsxana: paradoks və absurd - Sibirlilərə yazığımız gəlmir, amma Moskvaya toxunmayın…
18 Aprel 2025 Yunanıstandan təxribat xarakterli xəritə: “Türkiyə üçün müharibə səbəbi!” - VİDEO

Dünyapress TV

Xəbər lenti