“Ermənistanla Azərbaycan arasında gərginlik artır, Putin...” - Rusiyadan mesaj
İkinci Qarabağ Maharibəsinin bitməsindən dörd il keçməsinə baxmayaraq, Azərbaycan və Ermənistan hələ də anlaşmaya yaxın deyil.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Stanislav Tarasov deyib.

“Putin Moskvanın İrəvanla Bakı arasında sülh müqaviləsinin bağlanmasına kömək etməyə hazır olduğunu deyəndə, əslində Bakı və İrəvanı Moskvanın danışıqlar platformasına qayıtmağa çağırır. Bakı buna qarşı deyil. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da bildirdi ki, Moskva Azərbaycan və Ermənistan arasında sülh danışıqları üçün əlverişli platformadır. İrəvana gəlincə, Rusiya platformasını boykot edərkən, Avropa və Amerika platformalarına üstünlük verir. Nəticədə tərəflər Moskva platformasından ayrılaraq, Qərbdə önəmli diplomatik marafonu başa vurdular, amma yenə dalana girdilər”, - Tarasov bildirib .

Onun sözlərinə görə, İrəvanda Moskvanın Bakının, Azərbaycanda da Qərbin Ermənistanın tərəfində oynadığı güman edilir: “Bu vəziyyətdə tərəflər vasitəçilərsiz danışıqlar apara bilərdi, amma məsələlər çoxşaxəli və mürəkkəbdir. İkinci Qarabağ Müharibəsinin bitməsindən dörd il keçsə də, hələ də hər şey yolunda deyil”.

Ekspert əlavə edib ki, Bakı və İrəvanın önündə Ermənistan konstitusiyasına dəyişiklik və sərhəd kimi problemlər var:

“Üstəgəl, gözlənilmədən danışıqlar prosesini pozan bəzi yeni fikirlər ortaya çıxır. Ona görə də, yenidən iki ölkə arasında gərginliyin artması təsadüfi görünmür”.

Tarasovun fikrincə, İrəvan və Bakının Moskva platformasına qayıtması hadisələrin gedişatını tamam başqa məcraya çevirə bilər:

“Putin əlavə kənar müdaxilə olmadan dalana dirənmiş danışıqlar prosesini bərpa etməyi təklif edir. Amma İrəvan regionda siyasi və geosiyasi qüvvələrin balansının dəyişə biləcəyinə inanaraq nəyisə gözləməkdə davam edir. Belə bir vəziyyətdə Putinin Bakıya son səfəri və Əliyevlə şəxsi təması xüsusi önəmə malikdir. Bu mənada Paşinyanla Putin arasında mümkün görüş gündəmə gətirilir, amma danışıqlar prosesini gecikdirən Paşinyan hələlik “uyğun fürsət” gözləyir. Qərb kuratorlarına arxalanan Paşinyana bu lazımdırmı?”.
 
 

 


Bölmənin digər xəbərləri

21 Aprel 2025 İtaliyada mafiyanın sonunu gətirən HADİSƏ - FOTO
21 Aprel 2025 Səmada uçan naməlum obyekt göründü - VİDEO
21 Aprel 2025 Tramp düşünür ki, Ukrayna və Rusiya bu həftə sülhə razılaşacaq
21 Aprel 2025 Kremldən türk liderə xəbərdarlıq — Putini qəzəbləndirən qərar verildi
21 Aprel 2025 ABŞ Zaporojye “AES”in ətrafındakı ərazilərə nəzarət etmək istəyir - KİV
21 Aprel 2025 Obamalar 70 milyonluq sərvəti bölə bilmirlər
20 Aprel 2025 İtaliya baş nazirinin müavini ABŞ-İran danışıqlarının keçirildiyi məkana şortla gəlib
20 Aprel 2025 2040-cı ilə qədər dünyanın bu hissələri su altında qalacaq – Alimlərdən xəbərdarlıq /XƏRİTƏ
20 Aprel 2025 Dağıstanda fövqəladə vəziyyət elan olundu
20 Aprel 2025 ABŞ-la danışıqlar alınmasa, müharibəyə hazırıq - Arakçı
20 Aprel 2025 Paşinyan artıq yeni müharibə təhlükəsindən qorxmur – Səbəb nədir?
20 Aprel 2025 Türkiyəli nazir: “Orduya göndərməyə gənclər tapmaya bilərik
19 Aprel 2025 Trampın yüksək vəzifə verdiyi Mehmet Öz kimdir?- DOSYE
19 Aprel 2025 Dmitri Qordon: "İlham Əliyev dəqiq dedi, təşəkkür edirəm" - Video
19 Aprel 2025 Bunu etmək üçün insan gərək vicdansız olsun
19 Aprel 2025 23 milyon insan təhlükədə – 8 bal gücündə zəlzələ gözlənilir
19 Aprel 2025 Bu məktəbdə təhsil haqqı 289 min manatdır
19 Aprel 2025 İmamoğlu anketinden iktidara kötü haber geldi: Halk ikna olmadı
19 Aprel 2025 Simonyana orden, sizə həbsxana: paradoks və absurd - Sibirlilərə yazığımız gəlmir, amma Moskvaya toxunmayın…
18 Aprel 2025 Yunanıstandan təxribat xarakterli xəritə: “Türkiyə üçün müharibə səbəbi!” - VİDEO

Dünyapress TV

Xəbər lenti