Ermənistanı Rusiyadan qorumaq mümkün olmayacaq - GÖRÜNƏNİ BUDUR...
“ABŞ ilə Fransa arasında Ermənistan üzərində geosiyasi rəqabət gedir”.

Bu sözləri politoloq Asəf Nərimanlı “Cebheinfo.az”-a şərhində Ermənistanın təhlükəsizliyinə cavabdeh olan KTMT-yə Qərbin alternativ olmasının mümkünlü barədə fikir bildirərkən söyləyib.

Onun sözlərinə görə, Qərbin Ermənistanın gələcək təhlükəsizliyinə təminat verib-verməyəcəyi sual altındadır:

“Rusiya rəsmiləri hər zaman bu məsələ ilə bağlı açıqlama verərkən həm erməni cəmiyyətinə, həm də Paşinyan hakimiyyətinə mesaj göndərir.

Ermənistan ictimaiyyətinə onu deməyə çalışırlar ki, hazırki hakimiyyətin həyata keçirdiyi siyasət milli təhlükəsizliyə ciddi təhdid yaradır.

Paşinyan hakimiyyətinə xəbərdarlıq edirlər ki, İrəvanın KTMT ilə münasibətləri korlaması və bu təşkilatı tərk etməsi Ermənistanın təhlükəsizliyinə yaxşı heç nə vəd etmir. Sözsüz ki, Moskva Ermənistan daxilində özünə bağlı olan revanşist müxalif qüvvələrdən Paşinyan hakimiyyətinə qarşı istifadə etməyə çalışacaq”.

Ekspert qeyd edib ki, Qərb güc mərkəzləri Ermənistana kollektiv şəkildə dəstək vermir:

“Qərbin Ermənistanın gələcək təhlükəsizliyinə təminat verib-verməyəcəyi zamana bağlı prosesdir. Daha doğrusunu desək, bu, sual altındadır.

Gürcüstan buna çox yaxşı nümunədir. 2003-ci ildə Gürcüstanda Mixail Saakaşvili hakimiyyətə gələndən sonra ölkənin xarici siyasət kursunu dəyişib Qərbə yaxınlaşmağa çalışdı. Daha sərt şəkildə anti-Rusiya siyasəti yürüdürdü. Ümid edirdi ki, Qərb onun ölkəsinin təhlükəsizliyinə təminat verəcək və ölkəsini Rusiya təhlükəsizindən qoruyacaq.

Amma bunun tam əksi baş verdi. 2008-ci ilin avqustunda beş günlük müharibədə Rusiya Gürcüstanın ərazilərini işğal etdi. Saakaşvili Qərbdən gözlədiyi dəstəyi ala bilmədi. Nəticə etibarilə Gürcüstanın indiki hakimiyyəti təhlükəsizlik faktorlarını nəzərə alaraq ölkənin xarici siyasət kursunu yenidən nəzərdən keçirməyə məcbur olub. Qərb bu gün İrəvana müəyyən vədlər versə də, uzaq perspektivdə Ermənistanın təhlükəsizliyinin Qərb tərəfindən tam təmin olunacağı sual altındadır”.

Ekspert bir önəmli məqamı da xüsusilə qeyd edib ki, Ermənistanın gələcək təhlükəsizliyinin təminatında Rusiyanı əvəz etmək istəyən ABŞ ilə Fransa arasında rəqabət gedir:

“Nə ABŞ, nə də Fransa Ermənistan məsələsində birgə yanaşma ilə çıxış edir. Fransa hər vəchlə Ermənistanın təhlükəsizliyi və müdafiəsində söz sahibi olmağa çalışır. Digər tərəfdən ABŞ Ermənistanda aktivləşib. ABŞ və Fransa Ermənistan üzərində geosiyasi mübarizə aparır. Bunun özü Ermənistan üçün ciddi təhlükə yaradır.

Yəni Ermənistanı Rusiya təhlükəsi qarşısında müdafiə etmək mümkün olmayacaq”. A.Nərimanlı, həmçinin vurğulayıb ki, ABŞ-nin Ermənistanın təhlükəsizliyinin təminatına cavabdeh olub-olmayacağını yalnız zaman göstərəcək: “Noyabrda ABŞ-də prezident seçkiləri keçiriləcək. Əgər Donald Tramp bu seçkilərdə qalib gələrsə, Vaşinqton Cənubi Qafqaz, xüsusilə Ermənistanla bağlı xarici siyasətini yenidən nəzərdən keçirəcək. Ola bilər ki, Bayden administrasiyası dövründə Ermənistana verilən dəstək Tramp administrasiyası dövründə verilməsin”.

A.Nərimanlı onu da əlavə edib ki, Rusiya Ermənistanı əlindən buraxmamağa çalışacaq:

“Ermənistan məsələsində Rusiya üçün qırmızı xətt Gümrüdəki 102-ci rus hərbi bazasıdır. Bu bazanın mövcud olduğu müddətdə Rusiya Ermənistana qarşı heç bir sərt addım atmayacaq. Amma Paşinyan hakimiyyəti Gümrüdəki 102-ci rus hərbi bazasının çıxarılmasını gündəmə gətirərsə, o zaman Moskva Ermənistana qarşı çox ciddi və sərt mövqe nümayiş etdirəcək”.
 

Bölmənin digər xəbərləri

21 Aprel 2025 İtaliyada mafiyanın sonunu gətirən HADİSƏ - FOTO
21 Aprel 2025 Səmada uçan naməlum obyekt göründü - VİDEO
21 Aprel 2025 Tramp düşünür ki, Ukrayna və Rusiya bu həftə sülhə razılaşacaq
21 Aprel 2025 Kremldən türk liderə xəbərdarlıq — Putini qəzəbləndirən qərar verildi
21 Aprel 2025 ABŞ Zaporojye “AES”in ətrafındakı ərazilərə nəzarət etmək istəyir - KİV
21 Aprel 2025 Obamalar 70 milyonluq sərvəti bölə bilmirlər
20 Aprel 2025 İtaliya baş nazirinin müavini ABŞ-İran danışıqlarının keçirildiyi məkana şortla gəlib
20 Aprel 2025 2040-cı ilə qədər dünyanın bu hissələri su altında qalacaq – Alimlərdən xəbərdarlıq /XƏRİTƏ
20 Aprel 2025 Dağıstanda fövqəladə vəziyyət elan olundu
20 Aprel 2025 ABŞ-la danışıqlar alınmasa, müharibəyə hazırıq - Arakçı
20 Aprel 2025 Paşinyan artıq yeni müharibə təhlükəsindən qorxmur – Səbəb nədir?
20 Aprel 2025 Türkiyəli nazir: “Orduya göndərməyə gənclər tapmaya bilərik
19 Aprel 2025 Trampın yüksək vəzifə verdiyi Mehmet Öz kimdir?- DOSYE
19 Aprel 2025 Dmitri Qordon: "İlham Əliyev dəqiq dedi, təşəkkür edirəm" - Video
19 Aprel 2025 Bunu etmək üçün insan gərək vicdansız olsun
19 Aprel 2025 23 milyon insan təhlükədə – 8 bal gücündə zəlzələ gözlənilir
19 Aprel 2025 Bu məktəbdə təhsil haqqı 289 min manatdır
19 Aprel 2025 İmamoğlu anketinden iktidara kötü haber geldi: Halk ikna olmadı
19 Aprel 2025 Simonyana orden, sizə həbsxana: paradoks və absurd - Sibirlilərə yazığımız gəlmir, amma Moskvaya toxunmayın…
18 Aprel 2025 Yunanıstandan təxribat xarakterli xəritə: “Türkiyə üçün müharibə səbəbi!” - VİDEO

Dünyapress TV

Xəbər lenti