Fransa kanalı ermənidən artıq ermənilik edir
26 iyulda Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimi zamanı "France 2" telekanalının ölkəmizə qarşı qərəzli mövqeyini və təxribatını “France24” davam etdirib.

Axar.az xəbər verir ki, Fransa kanalı COP29 ərəfəsində Azərbaycanda insan hüquqlarının vəziyyətinin “mübahisəli” olmasından bəhs edib. Səbəb kimi isə Qarabağın “blokadası” və 2023-cü ilin sentyabrında gedən döyüşlərin “əhali”nin (erməni sakinlər nəzərdə tutulur – red.) “məcburi” köçkünlüyünə gətirib çıxarmasını göstərib.

Rəsmi İrəvanın belə bir iddiada olmamasına baxmayaraq, “France24” ermənilərin Qarabağdan könüllü və heç bir təhlükə olmadan çıxıb getməsini həyasızcasına “qoyqırım” adlandırıb və bu sözü işlətmək üçün Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okampoya istinad edib.

Kanal sabiq prokurora nədənsə çox yer ayırıb və onun keçmiş qondarma qurumun rəhbəri olan, çoxsaylı cinayət əməlləri törədən və hazırda barələrində həbs qətimkan tədbiri seçilərək, Bakıda saxlanılan Arkadi Qukasyan, Bako Saakyan və Araik Arutyunyanın həbsini qanunsuz adlandırmasını efirə verib. Maraqlıdır ki, Ruben Vardanyan da “xeyriyyəçi iş adamı” kimi təqdim edilib. Halbuki Vardanyanın Rusiya hakim dairələrinin çirkli pullarının yuyulmasında müstəsna xidməti və bu şəxsin qara işləri haqqında Qərb mediası və araşdırmaçıları tutarlı faktlarla dəfələrlə çıxış ediblər.

Görünür, Fransa Azərbaycana qarşı təxribatçı təbliğatını dayandırmaq niyyətində deyil və bütün tədbirlərdən – istər Parisdə keçirilən Olimpiya Oyunları, istərsə də Bakıda baş tutacaq COP29-dan öz çirkin məqsədləri üçün istifadə etməkdə maraqlıdır.
 
Bölmənin digər xəbərləri

21 Aprel 2025 İtaliyada mafiyanın sonunu gətirən HADİSƏ - FOTO
21 Aprel 2025 Səmada uçan naməlum obyekt göründü - VİDEO
21 Aprel 2025 Tramp düşünür ki, Ukrayna və Rusiya bu həftə sülhə razılaşacaq
21 Aprel 2025 Kremldən türk liderə xəbərdarlıq — Putini qəzəbləndirən qərar verildi
21 Aprel 2025 ABŞ Zaporojye “AES”in ətrafındakı ərazilərə nəzarət etmək istəyir - KİV
21 Aprel 2025 Obamalar 70 milyonluq sərvəti bölə bilmirlər
20 Aprel 2025 İtaliya baş nazirinin müavini ABŞ-İran danışıqlarının keçirildiyi məkana şortla gəlib
20 Aprel 2025 2040-cı ilə qədər dünyanın bu hissələri su altında qalacaq – Alimlərdən xəbərdarlıq /XƏRİTƏ
20 Aprel 2025 Dağıstanda fövqəladə vəziyyət elan olundu
20 Aprel 2025 ABŞ-la danışıqlar alınmasa, müharibəyə hazırıq - Arakçı
20 Aprel 2025 Paşinyan artıq yeni müharibə təhlükəsindən qorxmur – Səbəb nədir?
20 Aprel 2025 Türkiyəli nazir: “Orduya göndərməyə gənclər tapmaya bilərik
19 Aprel 2025 Trampın yüksək vəzifə verdiyi Mehmet Öz kimdir?- DOSYE
19 Aprel 2025 Dmitri Qordon: "İlham Əliyev dəqiq dedi, təşəkkür edirəm" - Video
19 Aprel 2025 Bunu etmək üçün insan gərək vicdansız olsun
19 Aprel 2025 23 milyon insan təhlükədə – 8 bal gücündə zəlzələ gözlənilir
19 Aprel 2025 Bu məktəbdə təhsil haqqı 289 min manatdır
19 Aprel 2025 İmamoğlu anketinden iktidara kötü haber geldi: Halk ikna olmadı
19 Aprel 2025 Simonyana orden, sizə həbsxana: paradoks və absurd - Sibirlilərə yazığımız gəlmir, amma Moskvaya toxunmayın…
18 Aprel 2025 Yunanıstandan təxribat xarakterli xəritə: “Türkiyə üçün müharibə səbəbi!” - VİDEO

Dünyapress TV

Xəbər lenti