“Azərbaycanın Ukraynanı ən azı etibarsız tərəfdaş kimi görmək üçün əsası var” -
Ermənistanın baş naziri Nikol Paşinyanın xanımı Anna Akopyanın birinci xanımlar və cənablar sammitində iştirak etmək üçün Kiyevə səfəri, hətta ona Qarabağdakı erməni separatçılarına dəstək məqsədilə çıxış etmək üçün tribuna təqdim edilməsi dostluqdan uzaq addımdır. Bu, açıq şəkildə Cənubi Qafqaz regionunun təhlükəsizliyinə xələl gətirir və Ermənistanı hərbi əməliyyatlara təhrik edir. Kiyev faktiki olaraq separatçılara dəstək verib.

Bunu Oxu.Az-a ukraynalı-israilli politoloq, Yaxın Şərq üzrə ekspert, dövlət idarəçiliyi üzrə elmlər doktoru, “LLC Corporate Research and Consulting International Bureau”nun rəhbəri Denis Kislov deyib:

- Ukrayna Azərbaycanın Türkiyə və İsraillə sıx əməkdaşlıq etdiyini nəzərə almır. Amma Ankara bir növ sülhməramlı kimi çıxış edir, Ukraynada müharibəni dayandırmaq üçün vasitəçilik səylərini təmin etməyə çalışır. Ukrayna artıq İsraillə münasibətlərini mürəkkəbləşdirib. Kiyevin regionda anti-Azərbaycan gündəmini dəstəkləməsi avtomatik olaraq anti-İsrail gündəmini gücləndirir. Bütün bunlar, artıq dediyim kimi, regional münaqişəni daha da gərginləşdirir.

Rusiya üçün Cənubi Qafqazda bəlkə də “ikinci cəbhə”nin açılması ilə bağlı müəyyən məqsədlər güdən Kiyev bunun üçün Azərbaycanla dostluq, çox isti münasibətləri və Cənubi Qafqazda təhlükəsizliyi qurban verməyə hazırdır.

Amma humanitar və iqtisadi məsələlər də var. Azərbaycan Ukraynaya çox böyük yardım göstərir. SOCAR fövqəladə hallar xidmətlərinin, o cümlədən təcili yardım, yanğınsöndürən maşınlar və humanitar təhlükəsizlik məsələləri ilə məşğul olan bütün nəqliyyat vasitələrinin daşınması üçün yanacaq təmin edir. Lakin Kiyev, belə çıxır ki, bunu asanlıqla unudur.

Ukrayna qərar verməlidir: Azərbaycanla tərəfdaşlıq münasibətlərini davam etdirəcəkmi? Bəli, həmin münasibətlərin hərbi sahəyə aidiyyatı yoxdur, lakin Kiyevdə hamını yalnız bu dostluq formatına məcbur etmək istəyirlər. Axı humanitar yardım da az əhəmiyyət kəsb etmir. Görünən odur ki, Ukraynada bu münasibətlərə dəyər verilmir. Bütün dostluqlar situativ xarakter daşıyır və anlıq maraqlardan asılıdır.

Diplomatik və tərəfdaşlıq münasibətlərinin etikası deyilən bir anlayış var, lakin Kiyev bu etik standartlara əməl etmir. Belə siyasətdə yaxşı heç nə yoxdur və Azərbaycanın obyektiv olaraq Ukraynanı ən azı etibarsız tərəfdaş kimi görmək üçün əsası var.
 
 
 

Bölmənin digər xəbərləri

21 Aprel 2025 İtaliyada mafiyanın sonunu gətirən HADİSƏ - FOTO
21 Aprel 2025 Səmada uçan naməlum obyekt göründü - VİDEO
21 Aprel 2025 Tramp düşünür ki, Ukrayna və Rusiya bu həftə sülhə razılaşacaq
21 Aprel 2025 Kremldən türk liderə xəbərdarlıq — Putini qəzəbləndirən qərar verildi
21 Aprel 2025 ABŞ Zaporojye “AES”in ətrafındakı ərazilərə nəzarət etmək istəyir - KİV
21 Aprel 2025 Obamalar 70 milyonluq sərvəti bölə bilmirlər
20 Aprel 2025 İtaliya baş nazirinin müavini ABŞ-İran danışıqlarının keçirildiyi məkana şortla gəlib
20 Aprel 2025 2040-cı ilə qədər dünyanın bu hissələri su altında qalacaq – Alimlərdən xəbərdarlıq /XƏRİTƏ
20 Aprel 2025 Dağıstanda fövqəladə vəziyyət elan olundu
20 Aprel 2025 ABŞ-la danışıqlar alınmasa, müharibəyə hazırıq - Arakçı
20 Aprel 2025 Paşinyan artıq yeni müharibə təhlükəsindən qorxmur – Səbəb nədir?
20 Aprel 2025 Türkiyəli nazir: “Orduya göndərməyə gənclər tapmaya bilərik
19 Aprel 2025 Trampın yüksək vəzifə verdiyi Mehmet Öz kimdir?- DOSYE
19 Aprel 2025 Dmitri Qordon: "İlham Əliyev dəqiq dedi, təşəkkür edirəm" - Video
19 Aprel 2025 Bunu etmək üçün insan gərək vicdansız olsun
19 Aprel 2025 23 milyon insan təhlükədə – 8 bal gücündə zəlzələ gözlənilir
19 Aprel 2025 Bu məktəbdə təhsil haqqı 289 min manatdır
19 Aprel 2025 İmamoğlu anketinden iktidara kötü haber geldi: Halk ikna olmadı
19 Aprel 2025 Simonyana orden, sizə həbsxana: paradoks və absurd - Sibirlilərə yazığımız gəlmir, amma Moskvaya toxunmayın…
18 Aprel 2025 Yunanıstandan təxribat xarakterli xəritə: “Türkiyə üçün müharibə səbəbi!” - VİDEO

Dünyapress TV

Xəbər lenti