"Təəssüflər olsun ki, biz İran tərəfindən bunların əksini görmüşük"
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşündə diqqətçəkən açıqlamalar verib.

O bildirib ki, İran və Türkiyə eyni gəminin sərnişinləridir və düşmənlər bu potensialı bilərək ikitərəfli əməkdaşlıq prosesini pozmağa çalışırlar.

Ali Milli Təhlükəsizlik Şurasının katibi, həm də Qafqaz regionunda baş verən prosesləri və İranın regionda hər hansı geosiyasi dəyişikliyə qarşı çıxmasını xatırladıb.

Görünür, rəsmi Tehran yenə də öz mövqeyindən əl çəkmək istəmir.

DİA.AZ-ın məlumatına görə, Milli Məclisin deputatı Vüqar İskəndərov Cebhe.info-ya açıqlamasında bildirib ki, İran tarix boyu öz siyasətində ali, dini dəyərlərdən və insan haqlarından danışıb:

"Hətta İslam ənənələrini təbliğ etdiyini söyləyib, amma konkret mövqeyində və hərəkətlərində bunların əksini edib. Uzun illər Azərbaycanla olan münasibətlərdə yalnız bizim qoruyub saxladığımız mövqe, qonşuluq siyasətinə uyğun hərəkət İranla olan münasibətimizdə bütün bu işləri tənzimləyib.

Rəsmi Bakı hər zaman bütün bunları ciddi cəhdlə qoruyub. Təəssüflər olsun ki, biz İran tərəfindən bunların əksini görmüşük. 1990-cı illərdə Qarabağ müharibəsi başlayanda İranın Ermənistana ərzaq, silah və maliyyə yardımı etməsi Azərbaycan tərəfinə məlum idi. Bunu Ümummilli Liderimiz Heydər Əliyev də dəfələrlə İran liderlərinə öz iradlarını bildirib.

Cənab Prezident İlham Əliyev də bu məsələlərdə açıq şəkildə Azərbaycanın milli maraqlarını, habelə İranın yarıtmaz siyasətini həmin ölkənin ali dini rəhbərinə və prezidentinə zamanla söyləyib. Lakin hələ də rəsmi Tehran tərəfindən söylədiyimiz məsələlərdə rassional mövqe nümayiş etdirilməsini görmürük”.

Millət vəkili vurğulayıb ki, 44 günlük Vətən müharibəsindəki şanlı qələbəmiz, uğurlarımız, eləcə də bölgədə lider ölkə olmağımız və qlobal anlamda artan nüfuzumuz İranı da narahat etməyə başlayıb:

“O da özünü regionda vacib aktor kimi göstərmək üçün ciddi cəhdlər etdi. Hətta Vətən müharibəsi dövründə də İranın Ermənistana hansı dəstəyi verdiyini açıq-aydın gördük.

Butün bunlara baxmayaraq, Azərbaycan Prezidenti yenə də İranla qonşuluq siyasəti həyata keçirdi. Hətta Xudafərin körpüsünü dostluq və qardaşlıq körpüsü adlandırdı. Bu, bir növ İrana bir mesaj idi.

Təəssüf ki, İran bunlardan nəticə çıxarmadı və sərhəddə hərbi təlimlər keçirərək, Azərbaycana hədə-qorxu gəlməyə çalışdı. Həmçinin, səfirliyimizə terror hücumu oldu və hələ də İranın hüquq-mühafizə orqanları tərəfindən normal araşdırılmayıb. Bunlar da göstərir ki, Tehran hakimiyyəti Azərbaycanla olan siyasətinə hələlik düzəliş etmək istəmir”.

Vüqar İskəndərov İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşdə səsləndirdiyi fikirlərə də toxunub:

“Əslində İran Türkiyənin Azərbaycanın yanında olduğunu bilir. Ona görə də rəsmi Tehran belə fikirlərlə Ankaranı sakitləşdirməyə çalışır. Bütün dünya bilir ki, Türkiyə ilə İran bir çox məsələlərdə tamamilə ayrı fikirdədirlər.

Onlar tamam ayrı blokdadırlar və yolları bir çox halda kəsişmir. Lakin bütün bunlara baxmayaraq, rəsmi Ankara da Tehrana olan münasibətlərdə hər zaman daha rassional, doğru və düzgün siyasət həyata keçirib.

Düşünürük ki, İranın bu fikirləri Türkiyənin xarici siyasətində heç nəyi dəyişə bilməz. Türkiyə hər zaman olduğu kimi bütün məsələlərdə Azərbaycanın yanındadır.

Bu görüşdə Azərbaycan-Ermənistan münasibətləri və bölgədəki bugünkü vəziyyət də müzakirə olunub. İstərdik ki, İran çox gec olmadan anlasın ki, Azərbaycan ləyaqətli qonşudur. Üstəlik, Azərbaycanın Ermənistandan başqa heç bir ölkə ilə konflikti mövcud deyil. Kimlərsə Azərbaycanla konflikt yaratmaq və ya hər hansısa məsələdə güc yolu ilə danışmaq istəyirsə, layiqli cavabını alacaq. Rəsmi Bakı da Türkiyə ilə İranın münasibətlərinin normal olmasında maraqlıdır. Ümumiyyətlə, hər bir qonşu dövlətdə stabil siyasətin və inkişafın tərəfdarıyıq”.

Bölmənin digər xəbərləri

21 Aprel 2025 İtaliyada mafiyanın sonunu gətirən HADİSƏ - FOTO
21 Aprel 2025 Səmada uçan naməlum obyekt göründü - VİDEO
21 Aprel 2025 Tramp düşünür ki, Ukrayna və Rusiya bu həftə sülhə razılaşacaq
21 Aprel 2025 Kremldən türk liderə xəbərdarlıq — Putini qəzəbləndirən qərar verildi
21 Aprel 2025 ABŞ Zaporojye “AES”in ətrafındakı ərazilərə nəzarət etmək istəyir - KİV
21 Aprel 2025 Obamalar 70 milyonluq sərvəti bölə bilmirlər
20 Aprel 2025 İtaliya baş nazirinin müavini ABŞ-İran danışıqlarının keçirildiyi məkana şortla gəlib
20 Aprel 2025 2040-cı ilə qədər dünyanın bu hissələri su altında qalacaq – Alimlərdən xəbərdarlıq /XƏRİTƏ
20 Aprel 2025 Dağıstanda fövqəladə vəziyyət elan olundu
20 Aprel 2025 ABŞ-la danışıqlar alınmasa, müharibəyə hazırıq - Arakçı
20 Aprel 2025 Paşinyan artıq yeni müharibə təhlükəsindən qorxmur – Səbəb nədir?
20 Aprel 2025 Türkiyəli nazir: “Orduya göndərməyə gənclər tapmaya bilərik
19 Aprel 2025 Trampın yüksək vəzifə verdiyi Mehmet Öz kimdir?- DOSYE
19 Aprel 2025 Dmitri Qordon: "İlham Əliyev dəqiq dedi, təşəkkür edirəm" - Video
19 Aprel 2025 Bunu etmək üçün insan gərək vicdansız olsun
19 Aprel 2025 23 milyon insan təhlükədə – 8 bal gücündə zəlzələ gözlənilir
19 Aprel 2025 Bu məktəbdə təhsil haqqı 289 min manatdır
19 Aprel 2025 İmamoğlu anketinden iktidara kötü haber geldi: Halk ikna olmadı
19 Aprel 2025 Simonyana orden, sizə həbsxana: paradoks və absurd - Sibirlilərə yazığımız gəlmir, amma Moskvaya toxunmayın…
18 Aprel 2025 Yunanıstandan təxribat xarakterli xəritə: “Türkiyə üçün müharibə səbəbi!” - VİDEO

Dünyapress TV

Xəbər lenti