Bakının yaşıllıq və landşaft dizaynı Pakistanda tətbiq edilir
Bu il iyunun 14-də Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycanda rəsmi səfərdə olub.
Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, səfər çərçivəsində keçirilən rəsmi mərasimdə iki dost ölkənin rəhbərinin mətbuata verdikləri bəyanat zamanı Məhəmməd Şahbaz Şərif Azərbaycanın paytaxtı Bakı şəhərinin son dərəcə təmiz olduğunu bildirərək onun gözəlliyinə valeh olduğunu xüsusi vurğulayıb və şəhər planlaşdırılması, tullantıların emalı, xüsusilə də yaşıllaşdırma sahəsində Bakının təcrübəsinə Pakistanda ehtiyac olduğunu bildirib.
Qeyd edilən səfərdən sonra İslamabad Paytaxt İnkişafı Hakimiyyətinin dəvəti ilə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş mühəndisi Cavanşir Məmmədov və landşaft dizaynı üzrə mütəxəssis Firuzə Əhmədovadan ibarət Bakı şəhərinin nümayəndə heyəti Pakistanın paytaxtı İslamabadda işgüzar səfərdə olublar.
Azərbaycandan gələn nümayəndə heyəti yerli mütəxəssislərlə birgə İslamabad da daxil olmaqla bir neçə şəhərdə park və yaşıllıq sahələrinə baxışlar keçiriblər.
Mövcud şəraitlə tanışlıqdan sonra Azərbaycanlı mütəxəssislər burada yaşıllıq sahələrinin yeni dizaynla qurulması, landşafta yeniliklərin gətirilməsi, gözəl mənzərə yaradan layihələrin tətbiqi, mövcüd olan ağaclara qulluq, mütəmadi olaraq gübrələrin verilməsi, daha gözəl görünməsi üçün yaşıl guşələrdə müxtəlif rəng çalarlarından, mövsümi güllərdən istifadə edilməsi, yol kənarlarına alleya görünüşü verilməsi üçün onlara paralel yeni ağacların əkilməsi, dekorativ bitki və daşlardan geniş istifadə edilməsi və s. bu kimi təkliflər veriblər.
Səfərin sonunda İslamabad Paytaxt İnkişafı Hakimiyyətinin rəhbərliyi tərəfindən Azərbaycanlı mütəxəssislərə təşəkkür bildirilib.
 

Bölmənin digər xəbərləri

21 Aprel 2025 İtaliyada mafiyanın sonunu gətirən HADİSƏ - FOTO
21 Aprel 2025 Səmada uçan naməlum obyekt göründü - VİDEO
21 Aprel 2025 Tramp düşünür ki, Ukrayna və Rusiya bu həftə sülhə razılaşacaq
21 Aprel 2025 Kremldən türk liderə xəbərdarlıq — Putini qəzəbləndirən qərar verildi
21 Aprel 2025 ABŞ Zaporojye “AES”in ətrafındakı ərazilərə nəzarət etmək istəyir - KİV
21 Aprel 2025 Obamalar 70 milyonluq sərvəti bölə bilmirlər
20 Aprel 2025 İtaliya baş nazirinin müavini ABŞ-İran danışıqlarının keçirildiyi məkana şortla gəlib
20 Aprel 2025 2040-cı ilə qədər dünyanın bu hissələri su altında qalacaq – Alimlərdən xəbərdarlıq /XƏRİTƏ
20 Aprel 2025 Dağıstanda fövqəladə vəziyyət elan olundu
20 Aprel 2025 ABŞ-la danışıqlar alınmasa, müharibəyə hazırıq - Arakçı
20 Aprel 2025 Paşinyan artıq yeni müharibə təhlükəsindən qorxmur – Səbəb nədir?
20 Aprel 2025 Türkiyəli nazir: “Orduya göndərməyə gənclər tapmaya bilərik
19 Aprel 2025 Trampın yüksək vəzifə verdiyi Mehmet Öz kimdir?- DOSYE
19 Aprel 2025 Dmitri Qordon: "İlham Əliyev dəqiq dedi, təşəkkür edirəm" - Video
19 Aprel 2025 Bunu etmək üçün insan gərək vicdansız olsun
19 Aprel 2025 23 milyon insan təhlükədə – 8 bal gücündə zəlzələ gözlənilir
19 Aprel 2025 Bu məktəbdə təhsil haqqı 289 min manatdır
19 Aprel 2025 İmamoğlu anketinden iktidara kötü haber geldi: Halk ikna olmadı
19 Aprel 2025 Simonyana orden, sizə həbsxana: paradoks və absurd - Sibirlilərə yazığımız gəlmir, amma Moskvaya toxunmayın…
18 Aprel 2025 Yunanıstandan təxribat xarakterli xəritə: “Türkiyə üçün müharibə səbəbi!” - VİDEO

Dünyapress TV

Xəbər lenti