Güney Azərbaycan Təşkilatlarının Cənab Zelenski, Ukraynanın hörmətli prezidentinə məktubu
Cənab Zelenski, Ukraynanın hörmətli prezidenti

Zati-alilərinizin Rusiyanın Ukraynaya qarşı talehsiz təcavüzündə İran İslam Respublikasının terrorçu rejiminin iştirakı və Ukrayna xalqını öldürmək üçün silah göndərilməsi ilə bağlı sözləriniz və İran vətəndaşlarının rejimin cinayətkar əməllərinə etiraz etmək xahişiniz Güney Azərbaycan mətbuatında geniş əksini tapıb.
Bu müharibənin başlandığı gündən bəri Güney Azərbaycan Türklərinin ictimai rəyi bu savaşda insanların çəkdiyi əziyyətləri xüsusi həssaslıq və kədərlə izləyir.

Cənab Prezident,
İran əhalisinin təxminən 40%-ni təşkil edən Türk xalqı bir əsrdir ki, İran rejimləri tərəfindən şiddətli irqçi repressiyaya məruz qalır və İranda Türklər hər cür ayrı-seçkilik və repressiyalarla üzləşirlər. Millətimiz on illərdir ki, İrandakı şah və molla rejimlərinin müstəmləkəçilik və irqçi siyasətlərinə qarşı mübarizə aparır.
Biz çox yaxşı bilirik ki, siz və Ukrayna milləti də irqçilik və faşizmlə mübarizənin ön cəbhəsindəsiniz və açıq şəkildə deyə bilərik ki, Güney Azərbaycan Türklərinin və Ukrayna millətinin bu mənada dərdləri eynidir. Təbii ki faşizmin və irqçiliyin məğlubiyyəti məzlum və işğal olunmuş xalqların ortaq arzusudur.

Buna görə də Güney Azərbaycan Türklərinin siyasi təşkilatları olaraq Zati-aliləriniz və Ukrayna xalqını tam dəstəklədiyimizi bəyan edir və İran İslam Respublikası rejiminin anti-insani siyasətini pisləyirik.

Möhtərəm Prezident
Siz yaxşı bilirsiniz ki, İran İslam Respublikasının diktator rejimi İraq, Suriya, Yəmən, Əfqanıstan və s. ölkələrə terror müdaxilələri olduğu kimi, İran daxilində də öz vətəndaşlarına, xüsusən də fərqli etnik və dini cəmiyyətlərə qarşı repressiv tədbirlər görür.
Bir halda ki Güney Azərbaycan Türkləri İran rejiminin basqılarına məruz qalırlar, rejim Qarabağ bölgəsində Şimali Azərbaycanın tarixi torpaqlarını işğal edən təcavüzkarlara hərbi və digər növ yarımlar edərək dəstək vermişdir. Bu isə Güney Azərbaycanda küçə etirazlarına səbəb olmuşdur ki nəticədə yüzlərlə vətəndaşımız İran rejimi tərəfindən həbs edilmişdir.

Bütün dünya Azərbaycanlılarının taleyi ilə yaxından ilgliənən Azərbaycan Respublikasının möhtərəm prezidenti cənab İlham Əliyev də sizin kimi dəfələrlə Tehran rejimindən istəmişdi ki, başqa dövlətlərin işinə qarışmaqdan çəkinsin, lakin faşist İran rəhbərləri terrorçular və işğalçılara silah göndərərək, eləcə də Azərbaycan Respublikasının səfirliyinə hücum təşkil edərək öz faşist və terrorçu xislətlərini sübut etdilər.

Möhtərəm Prezident
Biz Güney Azərbaycan Türkləri və onun siyasi təşkilatları olaraq İran İslam Respublikasının müdaxiləçi və terrorçu siyasətləri, xüsusilə Ukraynanın günahsız vətəndaşlarını öldürmək üçün silah göndərilməsi qarşısında səssiz qalmamışıq. Bu mənada bu günə qədər İran İslam Cümhuriyyəti rejiminin terror siyasətlərinə qarşı çıxmışıq və çıxmaya davam edəcəyik. Çünki Güney Azərbaycan Türk millətinin ürəyi Ukraynalılarladır. Ümid edirik ki, siz də Ukrayna prezidenti və faşizm və irqçiliyə qarşı mübarizədə bir lider figür olaraq fars faşizmi və irqçiliyi tərəfindən əzilən Güney Azərbaycan Türklərinin səsi olasınız.

Ümid edirik ki, məzlum millətlərin birlik və həmrəyliyi faşizmin və irqçiliyin məğlubiyyətinə və məhvinə səbəb olacaq və zülm və işğal altında olan bütün xalqlar öz müqəddəratını təyin etmək hüququ əldə edəcəklər.

Azərbaycan Mərkəzi Partiyası – AMP

Azərbaycan Milli Müqavimət Təşkilatı - Dirəniş

Azərbaycan Öyrənci Hərəkatı - AZOH

Güney Azərbaycan Demokrat Partiyası - GADP
Teref.az

Bölmənin digər xəbərləri

21 Aprel 2025 İtaliyada mafiyanın sonunu gətirən HADİSƏ - FOTO
21 Aprel 2025 Səmada uçan naməlum obyekt göründü - VİDEO
21 Aprel 2025 Tramp düşünür ki, Ukrayna və Rusiya bu həftə sülhə razılaşacaq
21 Aprel 2025 Kremldən türk liderə xəbərdarlıq — Putini qəzəbləndirən qərar verildi
21 Aprel 2025 ABŞ Zaporojye “AES”in ətrafındakı ərazilərə nəzarət etmək istəyir - KİV
21 Aprel 2025 Obamalar 70 milyonluq sərvəti bölə bilmirlər
20 Aprel 2025 İtaliya baş nazirinin müavini ABŞ-İran danışıqlarının keçirildiyi məkana şortla gəlib
20 Aprel 2025 2040-cı ilə qədər dünyanın bu hissələri su altında qalacaq – Alimlərdən xəbərdarlıq /XƏRİTƏ
20 Aprel 2025 Dağıstanda fövqəladə vəziyyət elan olundu
20 Aprel 2025 ABŞ-la danışıqlar alınmasa, müharibəyə hazırıq - Arakçı
20 Aprel 2025 Paşinyan artıq yeni müharibə təhlükəsindən qorxmur – Səbəb nədir?
20 Aprel 2025 Türkiyəli nazir: “Orduya göndərməyə gənclər tapmaya bilərik
19 Aprel 2025 Trampın yüksək vəzifə verdiyi Mehmet Öz kimdir?- DOSYE
19 Aprel 2025 Dmitri Qordon: "İlham Əliyev dəqiq dedi, təşəkkür edirəm" - Video
19 Aprel 2025 Bunu etmək üçün insan gərək vicdansız olsun
19 Aprel 2025 23 milyon insan təhlükədə – 8 bal gücündə zəlzələ gözlənilir
19 Aprel 2025 Bu məktəbdə təhsil haqqı 289 min manatdır
19 Aprel 2025 İmamoğlu anketinden iktidara kötü haber geldi: Halk ikna olmadı
19 Aprel 2025 Simonyana orden, sizə həbsxana: paradoks və absurd - Sibirlilərə yazığımız gəlmir, amma Moskvaya toxunmayın…
18 Aprel 2025 Yunanıstandan təxribat xarakterli xəritə: “Türkiyə üçün müharibə səbəbi!” - VİDEO

Dünyapress TV

Xəbər lenti