Ardını oxu...
Ermənistan Baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanın yemək bişirməsi videosunu yayımlayıb.

TEREF globalinfo.az-a istinadən bildirir ki,"Anna, sən yenə dolmanı bükürsən. Neçə dolma bükə bilərsən?", - Paşinyan soruşub.

Akopyan isə Paşinyandan videonu paylaşmamağı xahiş edib.

"Əgər bunu etsən, məni sağ görməyəcəksən", - o istehza ilə deyib.

Sözügedən görüntü sosial şəbəkənin erməni seqmentində müzakirə və tənqid obyekti olub.

 
Ardını oxu...
Yaponiyanın Baş naziri Şiqeru İşibanın olduğu avtomobil Tottori prefekturasında polis maşını ilə toqquşub.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Kyodo News” məlumat yayıb.

Məlumata görə, Baş nazirin avtomobili yol ayrıcında qırmızı işıqda dayanan polis maşınına çırpılıb.

Şiqeru İşiba hadisə nəticəsində xəsarət almayıb. Daha sonra Baş nazir oradan təyyarə ilə Tokioya qayıdıb.
El coche del primer ministro de Japón sufre un accidente El vehículo de Shigeru Ishiba chocó con un coche de Policía en Tottori. Ambos conductores detuvieron sus vehículos y el primer ministro no resultó herido

Ardını oxu...
  

Makronun sifarişi ilə Arte.TV əndazəyə sığmayan “sənədli film” çəkib, işğal dövründə Kəlbəcərdən qovulan azərbaycanlıları “erməni” kimi təqdim edib - kəskin etirazlar

Fransanın Arte.TV telekanalı Azərbaycan haqqında nəinki  obyektivlikdən kənar, eyni zamanda heç bir əxlaq normasına və insanlığa sığmayan, saxta, riyakar “sənədli film” çəkib. 

“Ermənistan: Hadisələrin mərkəzində” adlı başdan-başa şər-böhtan olan “film”in bir hissəsi 90-cı illərdə Birinci Qarabağ müharibəsi zamanı ermənilərin guya “deportasiya”sına həsr olunub. Azərbaycanı şərləməyi hədəfləyən “sənədli film” istehsalçılarının “ermənilərin deport olunması” kimi təqdim etdikləri kadrlar isə Kəlbəcərin işğalı zamanı azərbaycanlıların öz yurd-yuvasından didərgin düşməsini əks etdirən görüntülərdir. Özünü dünya azad mediasının hegemonu kimi göstərən, daim peşəkarlıqları ilə öyünən fransızlar azərbaycanlıların qovulması kadrlarını həyasız, əxlaqsızcasına “məzlum erməni qaçqınlar” kimi göstərir. 

Kanalın tapdığı “ekspert” də 90-cı illərdə “məzlum ermənilər”ə Azərbaycanın verdiyi “zülmlər”dən danışıb. Belə ki, Riçard Kirakosyan adlı “ekspert” 90-cı illərdə “məzlum ermənilərə” edilən “zülmləri” qondarma 1915-ci il soyqırımı ilə müqayisə edib. Kirakosyan hətta bir az da irəliyə gedərək deyib ki, Türkiyə və Azərbaycan eyni vəhşilikləri edə bilən qardaş millətlərdir. İşin daha bir dəhşətli cəhəti bundan sonra baş verənlərdir. Bu “sənədli” saxtakarlıq və riyakarlıq təxminən 3 həftə öncə internet resurslarında yayılıb. Azərbaycanlıların filmə qəti etirazından və həqiqəti şərh bölümündə yazmasından sonra isə kanal növbəti, bu dəfə daha əxlaqsız varianta əl atıb: “film”ə Azərbaycandan giriş bloklanıb, azərbaycanlıların yazdığı və həqiqəti üzə çıxaran şərhlər, videolar silinib və Azərbaycandan başqa bütün ölkələr üçün film açıq saxlanılıb.

Bu isə o deməkdir ki, filmi ərsəyə gətirənlər hansı kadrlardan istifadə etdiklərini, qovulanların və didərginlərin azərbaycanlılar olduğunu əvvəlcədən də biliblər, ifşa olunduqlarını gördükdə isə Azərbaycandan girişi blok edərək, ölkəmizə qarşı saxtakarlığı davam etdiriblər. Bu, əslində Fransada Azərbaycana qarşı hansı əxlaqsız bir siyasət aparıldığının əyani sübutudur. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar bu “film”in şərh bölümündə ifşanı davam etdirə, etirazlarını bildirə bilər. 

Hüquqşünas Qulamhüseyn Əlibəyli “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, həmin telekanalın rəhbərliyinə müraciət edilməlidir: “Azərbaycan sübutlar göstərməlidir ki, təqdim olunan faktlar düzgün təqdim olunmayıb. Eyni zamanda, Ermənistan Beynəlxalq Ədalət Məhkəməsinə müraciətdə Azərbaycanı ”işğalçı" kimi qələmə verməyə çalışır. Ona görə də biz dəlil-sübutlarımızı ortaya qoymalıyıq, daha çox işləməliyik. Bundan əlavə, beynəlxalq təşkilatlara, Fransa məhkəmələrinə müraciət edilə bilər. Çünki həmin “film”də böhtan xarakterli məlumatlar yayımlanıb. Yəni əlimizi yanımıza salmalı, ancaq özümüz deyib, özümüz eşitməli deyilik. Bu etirazlar daxili auditoriyaya çatır, biz beynəlxalq müstəvidə fəal iş görməliyik ki, çəkilən “film”in başdan-ayağa saxtakarlıq olduğu dünyaya çatdırılsın".

Ardını oxu...

 Çingiz Qənizadə

“Yeni Müsavat”a danışan Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə isə hesab edir ki, Fransaya aid həmin “telekanalizasiya” özünü rüsvay edib: “Bunun adı qeyri-ciddilikdir. İndi dünyanın hansı vaxtıdır ki, uzaq olmayan tarixi saxtalaşdıra biləsən? Kəlbəcərdən azərbaycanlıların necə qaçmağa məcbur qaldığını, gülləbaran altında canını qurtarmağa çalışdığını, terrorçu Melkonyanın çağırışlarını hamı yaxşı xatırlayır. İndi Makronun sifarişi əsasında çəkilən murdar bir ”film"lə nə qədər qərəzli, saxtakar və xain olduqlarını növbəti dəfə sübut etdilər. Hesab edirəm ki, Fransaya bu özbaşınalıqla bağlı etiraz məktubu göndərilməli, “film”in silinməsi tələb olunmalıdır". Hüquq müdafiəçisinin fikrincə, Makron Fransası ağını çıxarıb və ermənidən betər düşmənçilik edir: “Birinci Qarabağ müharibəsi zamanı ermənilərin bölgədən qovulması necə ola bilər? BMT-nin dörd qətnaməsi var ki, işğalçı qüvvələr ərazilərimizdən çıxmalıdırlar. Bu qətnamələr sübut edir ki, etnik təmizləməyə azərbaycanlılar məruz qalıblar. İkinci Qarabağ müharibəsi də ermənilər qovulmayıblar, onlara vətəndaşlıq təklif olunub. Sadəcə, Fransa total şəkildə hücuma keçib. Bu hücum həm diplomatik, həm informasiya cəbhəsində özünü göstərməkdədir. Biz yüksək səslə etirazımızı bildirməliyik və çəkilən ”sənədli film"lə bağlı məhkəməyə müraciət də edə bilərik". 

Ardını oxu...

 Azər Badamov

Deputat Azər Badamovun sherg.az-a sözlərinə görə, “sənədli film” Makron hakimiyyətinin sifarişi ilə hazırlanıb: “Fransadan bu cür riyakarlıq və saxtakarlıqdan başqa hərəkət gözlənilmir. Fransa və Ermənistanın eyni cinayətkar tarixi var. Fransa da soyqırımlar və qırğınlar törədib, Ermənistan da. Fransa ona görə də öz xristian cinayətkar qardaşını ”məzlum", “qaçqın” kimi təqdim edir. Bununla dünya ictimaiyyətində Azərbaycana qarşı mənfi rəy formalaşdırmağa çalışır. Məhz ona görə də filmdə “müsəlman Azərbaycan və xristian Ermənistan” terminlərini qabardaraq xristianları həmrəyliyə səsləyirlər. Ermənistana dəstəyin vacibliyini təbliğ edirlər. Təbii ki, bu, Fransanın riyakarlığının, azərbaycanofob, türkofob və islamofob baxışlarının təzahürüdür".

Ardını oxu...

Azər Həsrət

Siyasi ekspert Azər Həsrət “Bakı-Xəbər”ə deyib ki, beynəlxalq qurumlara göndərmək lazımdır və öz adına bu addımı atıb: “Qərb mediası, xüsusilə Fransanın Arte.TV telekanalı media etikasını, jurnalistlərin tərəfsizliyi prinsipini, ümumiyyətlə obyektivliyi ayaq altına ataraq açıq şəkildə saxtakarlığa yol verir. Bu videoda diqqətimi çəkən məqamlardan biri də helikopterin rənginin belə dəyişməsidir. Videoya baxanda görünür ki, helikopteri Ermənistanın bayrağı rəngində ediblər. Halbuki, o video Kəlbəcərin işğalı zamanı çəkilib və həmin il kadrda görünən rəngdə helikopter olmayıb. Yəni o vaxtı milli bayraqlarla bəzədilmiş helikopter olmayıb. Bu həyasız saxtakarlar helikopterin üzərini erməni bayrağının rəngləri ilə örtüblər. Hesab edirəm ki, Azərbaycanın müvafiq dövlət qurumları, siyasi xadimlər, millət vəkilləri və digər ictimai şəxslər beynalxalq platformalarda bunu sübutlarla dilə gətirməlidir”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat” 

 
 
Ardını oxu...
Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) struktur təşkilatlarının əməkdaşlarına uzun illərdən sonra “13-cü maaş” veriləcək.

Bununla bağlı SOCAR prezidenti Rövşən Nəcəf əmr imzalayıb.

Əmrdə qeyd olunur ki, SOCAR-ın struktur təşkilatlarının 2023-cü il üzrə performans nəticələrinə əsasən, işçi kateqoriyalarına uyğun olmaqla birfəlik mükafatlandırılma ödəniləcək.

Əmrə əsasən, fəhlə, mütəxəssis və texniki heyət kateqoriyasında çalışan əməkdaşların ödənişləri bu ilin noyabr ayının əmək haqqı ilə birgə ödəniləcək.

Strateji və taktiki rəhbər kateqoriyasında çalışan əməkdaşların ödənişləri isə 2025-ci ilin yanvar ayının əmək haqqı ilə birgə ödənilməsi təmin olunacaq.//Demokrat.az
 
Ardını oxu...
İranda Xameneinin varisinin kim olacağı məsələsi geniş müzakirə mövzusudur. Tribunainfo.az xəbər verir ki, əksər proseslərin yeni varisin kimliyi üzərində qurulduğu da aşkar görünür.
Dünən Xamineyinin ofisində qəribə bir hadisə baş verib. Belə ki, İranın dini liderinin müşaviri olan keçmiş spiker Əli Laricaninin vəzifəsi dəyişdirilib. O, İran İncəsənət Kredit Fondunun İdar Heyətinin rəhbəri təyin edilib.

Laricani İranın dini lider postuna namizədlərdən biri hesab olunur. O, böyük bir nəslin nümayəndəsi olmaqla yanaşı, həm də kifayət qədər varlı bir ailənin üzvüdür. Hətta o, dini lider postuna iddia etməsə belə, dəstəkləyəcəyi şəxsin uğur qazanma ehtimalı çox böyük hesab olunur.
Görünür, Laricani əsas namizədlərdən biri olması səbəbindən ona qarşı bu addım atılıb. Siyasət ustası kimi tanınan birinin incəsənət fonduna təyinat alması o deməkdir ki, onu nə din, nə də siyasət işlərinə buraxmaq istəmirlər.
Tribunainfo.az xəbər verir ki, keçmiş prezident Haşimi Rəfsəncaninin keçmiş müşaviri Qulam Əli Rəcai isə bildirib ki, hazırda əsas məsələ elə liderliklə bağlıdır. “Hazırda bizim ən mühüm məsələmiz Amerika ilə münasibət deyil, Xamineyinin varisinin, gələcək liderin kimliyi məsələsidir”.
 
Ardını oxu...
Hurriyyet.az xəbər verir ki, Gürcüstanın Xarici İşlər Nazirliyinin 100 nəfərdən artıq əməkdaşı hakimiyyətin Avropa İttifaqına inteqrasiya ilə bağlı danışıqlarının dayandırılmasını pisləyiblər.
Diplomatlar Baş nazir İrakli Kobaxidzenin Gürcüstanın Aİ üzvü olması prosesini 2028-ci ilə qədər dondurmaq qərarına qarşı birgə bəyanatla çıxış ediblər. Sənəddə bu qərarın ölkənin strateji maraqlarına və Gürcüstan Konstitusiyasının 78-ci maddəsinə zidd olduğu bildirilir.
Diplomatlar Avropa kursuna sadiq qaldıqlarını bildiriblər və Aİ-nin indiki genişlənmə dalğasının inteqrasiya üçün unikal imkan yaratdığını, belə bir fürsətin bir daha təkrar ola bilməyəcəyini bəyan ediblər. Onların sözlərinə görə, danışıqların dayandırılması ölkənin təcrid edilməsinə, qlobal çağırışlar fonunda təhlükəsizliyinin zəifləməsinə aparacaqdır.
Hökumətin qərarının əleyhinə çıxan nazirlik əməkdaşları Gürcüstan diplomatiyasının uzun illər ərzində Avropa və Avroatlantika təşkilatlarına daxil olmağa çalışdığını, bunun xalqın iradəsinə və tarixi seçiminə uyğun olduğunu xatırladıblar.
Xəbər verdiyimiz kimi, Gürcüstanın Baş naziri İrakli Kobaxidze noyabrın 28-dəki çıxışında hakim "Gürcü arzusu" partiyasının Avropa İttifaqına daxil olma prosesini 2028-ci ilə qədər təxirə salmağı qərara aldığını və hökumətin Avropanın büdcə qrantlarından imtina etdiyini bəyan edib.
Ardını oxu...
Gürcüstan Müdafiə Nazirliyinin əməkdaşları ölkənin Avropa və Avro-Atlantik strukturları ilə əməkdaşlığının vacibliyini vurğulayan bəyanat yayıblar.

“Cebheinfo.az”-ın məlumatına görə, bəyanatın müəllifləri həmçinin Qərb tərəfdaşlarının Gürcüstanın müdafiə və çəkindirmə qabiliyyətinin inkişafına verdiyi töhfəni tanıdıqlarını bildiriblər.

Müdafiə Nazirliyinin 41 əməkdaşın imzası ilə dərc olunmuş bəyanatda onlar Konstitusiyanın 78-ci maddəsi ilə müəyyən edilmiş öhdəliklərə sadiq qaldıqlarını qeyd ediblər.

“Məhz Avropaya və Avroatlantikaya inteqrasiya ölkənin gələcək təhlükəsizliyini gücləndirmək və suverenliyini möhkəmləndirməyin alternativsiz yolu, eləcə də həm Gürcüstan Konstitusiyasında, həm də milli və idarələr səviyyəsində bütün konseptual sənədlərdə təsbit olunmuş xarici və təhlükəsizlik siyasətinin əsas prioritetidir”,-deyə bəyanatda yazılıb.
 
Ardını oxu...
Belarus prezidenti həmçinin vurğulayıb ki, dünyada çoxqütblülük tarixi labüdlükdür.
Qərb bütün gücünü saxta problemlərlə mübarizəyə sərf edir, yalnız dünyada birgə mübarizə aparmaq üçün çoxlu təhlükələr möcuddur.
Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
"Qərbin bütün gücünü saxta problemlərlə mübarizəyə sərf etməsi təəssüf doğurur. Üstəlik, bu saxtakarlıqları onlar özləri yaradırlar", - Belarus prezidenti bildirib.
Lukaşenko qeyd edib ki, "müasir dünyada çox sayda transmilli çağırışlar və təhdidlər var ki, onlarla yalnız birgə mübarizə aparmaq lazımdır".
Prezident həmçinin vurğulayıb ki, dünyada çoxqütblülük tarixi labüdlükdür.
"Ölkəmiz tərəfindən təklif olunan XXI əsrdə Müxtəliflik və Çoxqütblülük Xartiyası ideyası bərabərlik, suverenlik, təhlükəsizliyin bölünməzliyi və inkişaf yollarının müxtəlifliyinə hörmət prinsiplərinə əsaslanan ədalətli dünya nizamının formalaşmasına yönəlib", Lukaşenko söyləyib.
 
Ardını oxu...
ABŞ Prezidenti Cozef Bayden Çinlə münasibətlərdə status-kvonun əldə olunduğunu açıqlayıb.

Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Baydenin sözlərinə görə, iki ölkənin hərbçiləri ilə yanaşı, liderləri arasında birbaşa əlaqə xətti qurulub.

"Əminəm ki, Si Cinpin səhv etmək istəmir", - Amerika lideri qeyd edib.

ABŞ Prezidenti iki ölkə arasında əsir mübadiləsi nəticəsində azad edilmiş 3 vətəndaşla söhbət apardığını vurğulayıb.

Xatırladaq ki, noyabrın 27-də Vaşinqton və Pekin "üçün üçə" formulu üzrə məhbus mübadiləsi həyata keçirib.
 
Ardını oxu...
Ermənistanın sülh sazişindən yayınması regionda sabitliyə və inkişafa əsas təhlükə olaraq qalır.

Təbii ki, 4 il əvvəl sülh xahişi ilə yalvaran və kapitulyasiya sənədini qeyd-şərtsiz imzalayan Ermənistanın indi silahlanmaya meyil etməsi Fransa başda olmaqla Qərbin Cənubi Qafqaza geosiyasi müdaxiləsi ilə bağlıdır.

Azərbaycana qarşı xarici təxribatların arxasında da məhz Fransa, Avropa İttifaqı, ABŞ-nin erməni lobbisi dayanır. Azərbaycanın bölgədə artan nüfuzu, müstəqil praqmatik siyasət həyata keçirməsi Fransa hakimiyyətinin, o cümlədən Prezident Emmanuel Makronun "münaqişələrdən bəhrələnmək" planları ilə üst-üstə düşmür.

Fransa xalqının istefa tələbləri ilə üzləşən Emmanuel Makron başqa regionlarda qayda-qanun yaratmaq iddiasına düşüb. Ancaq zaman Azərbaycanın xeyrinə, müstəmləkəçi Makron iqtidarının isə əleyhinə işləyir.

Qərbin, o cümlədən Fransanın Azərbaycana qarşı apardığı əks-təbliğatın məqsədi nədir?

Milli Məclisin deputatı, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Fransanın Azərbaycana yönəlik siyasəti təəssüflər olsun ki, Makron hakimiyyəti dövründə vüsət alıb və bu istiqamət hələ də davam etməkdədir:

"Təbii ki, bu istiqamət regiona təsir imkanlarını genişləndirmək, ermənilərdən istifadə etməklə regiona yerləşmək prosesində Azərbaycanı hanısa formada neytrallaşdırmaq, müəyyən güzəştlərə getmək, geri çəkilməyə məcbur etmək siyasətidir ki, bu da heç bir halda mümkün deyil. Azərbaycan müstəqil siyasət yürüdür.

Azərbaycan regionun əsas aparıcı dövlətidir. Bu regionda hər hansı bir formada mövcudluğunu təmin etmək üçün mütləq Azərbaycanla normal əməkdaşlıq mühitinin formalaşması lazımdır.

Təəssüflər olsun ki, Makron hakimiyyəti tərəfindən bu istiqamətdə əks fəaliyyət göstərilməkdədir. Məqsəd birdir və bu, erməni sevgisindən irəli gələn bir məsələ də deyil. Sadəcə olaraq, ermənilərdən istifadə etməklə regionda özünün siyasi, iqtisadi, hətta hərbi maraqlarını hansısa formada təmin etməkdir. Azərbaycanla normal münasibət formalaşdırmadan heç bir halda mümkün deyil".
 

Dünyapress TV

Xəbər lenti