Alimlərdən xoş müjdə:
Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə 230 alimin hazırladığı hesabata görə, ozon təbəqəsi bərpa olunur.
Teref.az Hürriyet-ə istinadən xəbər verir ki, hesabtda Ozon dəliyinin 20-40 ildən sonra əvvəlki vəziyyətinə qayıda biləcəyi bildirilir.
Hesabata görə, atılan addımlar insanların ozon təbəqəsinə vurduğu ziyanın geri qaytarıla bilən həddə çatdırıldığını ortaya çıxarıb.
30 ölkədən təxminən 230 elm adamının töhfələri ilə dərc etdilən hesabtda bildirlir ki, ozon təbəqəsi 1980-ci ildəki vəziyyətə qayıdacaq. Ozon dəliyinin daralması sayəsində dünyada qlobal istiləşmənin qarşısının 0,5-1 dərəcəyədək alınacağı proqnozlaşdırılır.
 

Dünyapress TV

Xəbər lenti