"Meta" şirkəti "WhatsApp" sosial şəbəkəsində bu gün səhər saatlarında müşahidə olunan iki saatlıq fasilənin səbəbini açıqlaylb.
"Report" "Bloomberg"ə istinadən xəbər verir ki, açıqlamada bunun "Meta" şirkəti tərəfindən buraxılan texniki səhvlə bağlı olduğu bildirilib.
"Problemi həll etdik və yaranan narahatlığa görə üzr istəyirik", - şirkət əlavə edib.
Qeyd edək ki, bu gün saat 10:00-da dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycanda “Whatsapp” sosial şəbəkəsinin işində problem yaranıb. Nasazlığın yaratdığı fasilə iki saat davam edib.
Xatırladaq ki, sonuncu dəfə sosial şəbəkədə ötən il problem yaranıb və "WhatsApp" 6 saat işləməyib.