Rusiya Prezidenti Vladimir Putin Milli Sağlamlıq Konqresindəki çıxışında Rusiya Federasiyasının süni intellektin tibbdə istifadəsi sahəsində böyük təcrübəyə malik olduğunu bildirib.
Redaktor.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Putinin sözlərinə görə, ixtisaslaşmış milli layihədə süni intellekt də daxil olmaqla, innovativ müalicə üsullarının tətbiqi üçün bir çox konkret göstərişlər var.
"Bizim bu sahədə böyük təcrübəmiz var. Məsələn, Moskvada perspektivli rəqəmsal platforma sınaqdan keçirilir, burada aparılan tədqiqatlar haqqında böyük verilənlər süni intellektdən istifadə etməklə emal olunur və təbii ki, həkimlərə diaqnoz qoymağa kömək edir".