Soruşurlar ki, niyə iştirak etmədim.
Düzü, həmin tədbirdən öncə açıqlanan “Qlobal İnnovasiya İndeksi 2024” hesabatı, innovasiya reytinqdə Azərbaycanın gözlənilmədən xeyli geriləməsi və uyğun olmayan ölkələrlə bir yerdə sıralanması məni çox düşündürmüşdü.
Potensial imkanlarımıza heç yaxın gəlməyəcək ölkələrlə bir yerdəyik bu hesabatda. Təəssüf ki, reallıq da təxminən hesabatdakına uyğundur.
Öncədən də əlaqəli şəxslərdən Sammitdə nələr gözlənildiyini soruşmuşdum.
Əlbəttə, “INMerge İnnovasiya Sammiti” kimi böyük tədbirlər böyük də əziyyətlə başa gəlir. Təşkilatçıların zəhməti çoxdur. Səsləndirilən mesajlar da faydalıdır.
Bununla belə düşünürəm ki, indiki halda bizə qlobala yönəlik tədbirlədən daha çox, bütün lokal maraqlı tərəfləri, yerli ekosistem iştirakçılarını bir yerə toplayıb MÖVCUD vəziyyətdən çıxış yollarını axtarmaq daha vacibdir.
Hesabatdakı indikatorlara cavabdeh olan qurumların, RİNN, İRİA, ASAN, ETN, İN, KOBİA, Əqli Mülkiyyət Agentliyi və s. qurumların məsul şəxsləri bir araya gəlib, vəziyyətdən çıxış yolları axtarması İNDİKİ ANDA daha məntiqli və doğru olardı.
Anlaşıqlı desəm, 95-ci yerdə olan ölkə üçün PRİORİTETLƏR “INMerge İnnovasiya Sammiti”ində səslənənlərdən çox fərqlidir.
Yeri gəlmişkən, qatılmayan tək mən deyildim